Bismillah və ya tam şəkildə "Bismillahir-Rahmənir-Rahim" (ar. بسم الله الرحمن الرحيم) kəlməsi ərəb dilində ifadə olub, "Rəhmli və Mərhəmətli Allahın adı ilə" mənasına gəlir. Xeyirli və halal bir işə başlayarkən Allah-Təalanın adını dilə gətirmək və bu adla işə başlamaq mənasına gəlir. İslam dini meydana gəlməmişdən öncə ərəblər cahiliyyə dövründə hər hansı bir işə başladıqları zaman "Bismil-Lat" (Latın (büt)adı ilə) və "Bismil-Uzza" (Uzzanın (büt) adı ilə) deyirdilər. İslam Peyğəmbəri Məhəmməd (ə.s.) İslam dinini təbliğ etməyə başladıqdan sonra bu ifadənin yerinə "Ey Allahım, sənin adınla" mənasına gələn "Bismikə Allahummə""Allahın adıyla" mənasını verən "Bismillah" kəlmələrini işlətmişdir. Ancaq Qurani-Kərimdə Nəml surəsinin 30-cu ayəsi nazil oduqdan sonra "Bismillah" kəlməsi son şəklini almışdır; "Bismillahir-Rahmənir-Rahim". Bu ayədə Süleyman Peyğəmbərin yazdığı məktubun başlığı kimi məhz "Bismillahir-Rahmənir-Rahim" qeyd olunmuşdur.[1]

Qeyd edildiyi kimi, hər hansı bir xeyirli və halal işə başlayarkən bu ifadənin deyilməsi müsəlmanlar üçün təkidlə tövsiyə edilmişdir. Qurani-Kərimdə də bununla bağlı bir sıra ayələr vardır.

"Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin."[2]

"Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) ona tərəf yönəl."[3]

"Səhər-axşam Rəbbinin adını zikr et!"[4]

Təfsiri

redaktə

Abdullah bin Sinan belə rəvayət edir: Əbu Abdullah Cəfər Sadiqdən (əs) "Bismillâhirrahmanirrahim"in təfsirini soruşdum.

Buyurdu ki: ""Bə" hərfi Bəhaullahı (Allahın cəlalını) , "sin" hərfi Sənaullahı (yüksəkliyini) və "mim" hərfi Məcdullahı (ululuğunu) simvolizə edir."[5]

həmçinin:

Rəsulullah (s.ə.v.) buyurdu ki, İsa (əs) anası tərəfindən məktəbə verildi ki, onu öyrətsinlər. (Müəllimi) Ona dedi: "Yaz `Bism`. İsa (əs) ona dedi: `Bism` nədir? Müəllimi dedi ki, bilmirəm. Bu zaman İsa dedi: "Bə" yəni Bəhaullah, "Sin" yəni Sənaullah və "Mim" yəni Mülkullah.[6][7][8][9][10] (ərəbcədə bism sözü "b", "s" və "m" hərflərindən ibarətdir)

İstinadlar

redaktə
  1. Şamil İslam Ansiklopedisi.
  2. "Qurani-Kərim, əl-Bəqərə surəsi, 200". 2014-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
  3. "Qurani-Kərim, əl-Muzzəmmil surəsi, 8". 2013-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
  4. "Qurani-Kərim, əl-İnsan surəsi, 25". 2013-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
  5. Üsuli Kafi, Tövhid kitabı, 17-ci bab, hədis 306
  6. Təbəri, "Cəmiəl Bəyan" cild 1, səh 40
  7. İbn-Kəsir, "Təfsir" cild 1, səh 17
  8. Suyuti, "əd-Durr əl-Mənsur" cild 1, səh 8
  9. Əbu Naim əl İsfahani, "Hilyət əl övliya"
  10. İbn Əsakir, "Tarixi Diməşq"

Xarici keçidlər

redaktə
  NODES