Brabantlı Mariya (Fransa kraliçası)

Brabantlı Mariya (fr. Marie de Brabant; 13 may 1254[1], Leuven12 yanvar 1321[2][1], Myölan-an-İvelin[d], Sena-i-Uaza[d]) — Fransa kralı III Filippin ikinci xanımı, Fransa kraliçası.[3]

Brabantlı Mariya
21 avqust 1274 – 5 oktyabr 1285
Şəxsi məlumatlar
Doğum tarixi 13 may 1254(1254-05-13)[1]
Doğum yeri
Vəfat tarixi 12 yanvar 1321(1321-01-12)[2][1] (66 yaşında)
Vəfat yeri
Həyat yoldaşı III Filipp
Uşaqları Evolu Lüdovik
Fransalı Blanş
Fransalı Marqarita
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Mariya 1254-cü ildə Brabant hersoqu III Henri və xanımı Burqundiyalı Adelyanın qızı olaraq Lövendə dünyaya gəldi. Həyatının ilk illəri ilə bağlı məlumat yoxdur. 21 avqust 1274-cü ildə dul qalmış Fransa kralı III Filipplə evləndirildi. O əsnada kralın ilk xanımı Araqonlu İzabelladan dünyaya gələn 3 oğlu vardı: Lüdovik, FilippÇarlz.

III Filipp, başda anası Marqarita olmaqla, ətrafına topladığı saray məmurlarının təsiri altında idi. 1276-cı ildə kralın böyük oğlu Lüdovik şübhəli şəkildə vəfat etdi və bu ölümün ardından Mariya təqsirləndirildi. Ancaq nəticədə kralın yaxın məmurlarından LaBros təqsirli görüldü və həbs edilərək edam olundu.

1285-ci ildə əri III Filipin ölümünün ardından Mariya öz siyasi nüfuzunu itirdi və geri qalan həyatını övladları Lüdovik, BlanşMarqaritanı böyütməklə keçirdi. Fransa taxtına isə ögey oğlu IV Filipp çıxdı.

IV Filippin səltənəti boyunca yaşayan Mariya 1322-ci ildə vəfat etdi.

Mənbə

redaktə
  • Stanton, Anne Rudloff (2001). The Queen Mary Psalter: A Study of Affect and Audience. Vol. 91 Part 6. American Philosophical Society
  • Bradbury, Jim (2007). The Capetians, Kings of France 987–1328. Hambledon Continuum
  • Gaude-Ferragu, Murielle (2016). Queenship in Medieval France, 1300-1500. Palgrave Macmillan

İstinadlar

redaktə
  1. 1 2 3 4 Pas L. v. Marie of Brabant // Genealogics (ing.). 2003.
  2. 1 2 Lundy D. R. Marie de Brabant // The Peerage (ing.).
  3. Viard, Jules Marie Édouard (1930). Grandes Chroniques de France. Librairie Ancienne Honoré Champion
  NODES