Cahangir Cahangirov

Cahangir Cahangirov (20 iyun 1921, Balaxanı, Bakı qəzası25 mart 1992[1], Bakı) – bəstəkar, pedaqoq, xormeyster, Azərbaycan SSR xalq artisti (1963).

Cahangir Cahangirov
Ümumi məlumatlar
Digər adı Balaqədeş Şirgəşt oğlu Cahangirov
Doğum tarixi
Doğum yeri Balaxanı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri I Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pedaqoq, xormeyster
Janrlar opera, oratoriya[d], kantata, süita
Musiqi aləti piano
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1963 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1958 3-cü dərəcəli "Stalin" mükafatı — 1950
"Qırmızı əmək bayrağı" ordeni — 1959 "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Solist, xor və simfonik orkestr üçün "Arazın o tayında" vokal-simfonik poemasının (1949), "Dostluq haqqında mahnı" (1956), "Füzuli" (1959), "Nəsimi" (1973) kantatalarının, "Sabir" (1962), "Hüseyn Cavid-59" (1984), "Böyük qələbə" (1985) oratoriyalarının, "Azad" (1957), "Xanəndənin taleyi" (1978) operalarının , "Yenilməz batalyon" (film 1965) , "Dəli kür"(film 1969) və s. bədii filmlərinə yazılmış musiqi nümunələrinin müəllifidir . Yaradıcılığında xor musiqisi janrı əsas yer tutur.

Həyatı

redaktə

Balaqədeş[2] Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Layiq olduğu mükafatlar — əməkdar incəsənət xadimi (1958), xalq artisti (1963), SSRİ dövlət mükafatı laureatı (1950). Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.

Yaradıcılığı

redaktə

Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.

Simfonik əsərləri

redaktə

1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür.1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunmuş, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilmişdir.

1962-ci ildə — Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazmışdır.

Operaları

redaktə

Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirmişdir.

"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır.

Cahangir Cahangirov "Xanəndənin taleyi" operasında bir bəstəkar, musiqi dramaturqu kimi ən gözəl keyfiyyətlərini qabarıq şəkildə nümayiş etdirmişdir. Ən başlıcası odur ki, Cahangirovun operası istər üslub, istərsə də musiqi dramaturgiyası baxımıından bitkin və kamildir.

Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olur. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymamışdır. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənmişdir.

1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilmişdir. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.

Mahnıları

redaktə

Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Canahgir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Cahangir Cahangirov çoxlu lirik mahnıların da müəllifidir. Mübaliğəsiz demək olar ki, bəstəkarın hərtərəfli istedadını üzə çıxaran bu janr ona daha çox müvəffəqiyyət gətirmişdir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.

Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında yayılmışdır. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana kür" və "Bayatılar" mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.

Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Canahgirov Zeynal Cabbarzadə, İslam SəfərliRəfiq Zəka ilə birlikdə çalışmışdır.

Cahangir Cahangirov klassiklərin yaradıcılığına da müraciət etmiş, ürəyəyatımlı mahnı və romanslar yazmışdır. Hələ 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində bəstəkar şairin sözlərinə "Gül camalın" romansını və xor üçün "Qəzəl" əsərini yazıb. Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında mahnı-romans yazmışdır. "Ənəlhəq" adlanan həmin əsər Azərbaycan Teleradio Verilişləri Şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülmüşdür.

Füzuli dühası, Füzuli lirikası Cahangir Cahangirovun yaradıcılıq təxəyyülünə çox uyğundur. Məhz bunun nəticəsidir ki, bəstəkar vaxtaşırı Füzuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürlərini qeyd etməliyik. Xüsusilə "Eşitməzdim" qəzəl-romansı cəlbedicidir.

Mükafat və təltifləri

redaktə

Haqqında "Bəstəkar Cahangir Cahangirov" adlı sənədli film çəkilmişdir.[4]

Filmoqrafiya

redaktə

İstinadlar

redaktə
  1. Bibliothèque nationale de France Cahangir Cahangirov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. "Üzeyir Hacıbəyli "Balaqədeş" adlı məşhur bəstəkarımızın adını dəyişibmiş — TARİXİ FAKT". 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  3. C.Ş.Cahangirov yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif еdilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 29 oktyabr 1971-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. "Bəstəkar Cahangir Cahangirov": [Azərbaycan Televiziyasının efirində "Telefilm" Yaradıcılıq Birliyində istehsal olunmuş eyniadlı sənədli film yayımlandı] //Ekran-efir.- 2013.- 29 noyabr.- S.4;10.

Xarici keçidlər

redaktə
  NODES