Caldapara Milli Parkı
Caldapara Milli Parkı (hind. জলদাপাড়া ন্যাশনাল পার্ক) və ya keçmiş adı ilə Caldapara vəhşi təbiət qoruğu) — Hindistanın Qərbi Benqaliya ştatının Əlipurduar rayonunda, Himalay dağlarının şərq yamaclarında yerləşən milli park.[1] Milli park Torsa çayının sahilindədir. Milli park dəniz səviyyəsindən 61 metr hündürlükdə yerləşmiş olub sahəsi 216.51 km2-dır. 1941-ci ildə bu ərazidəki zəngin flora və faunanı qorumaq üçün qurulmuşdur. Nəsli təhlükədə olan Hindistan kərgədanlarının 2-ci ən böyük populyasiyası burada yaşamaqdadır və milli park həmçinin biotop statusuna malikdir.[2][3] Çilapata meşələri Hindistan filləri üçün Caldapara ilə Buksa Pələng Qoruğu arasında bir növ dəhliz rolunu oynayır.[4] Bu milli parkın yanında yerləşən Qorumara Milli Parkı da Hindistan kərgədanlarına görə tanınır.
Caldapara Milli Parkı | |
---|---|
hind. জলদাপাড়া ন্যাশনাল পার্ক | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 216.51 km2 ha |
Yaradılma tarixi |
1941 (vəhşi təbiət qoruğu) may 2012 (milli park) |
Faunası | bəbir, fil, Hindistan zambarı, muntjak, axis axis, axis porcinus, çöldonuzu, bizon, pipikli qartal, uzunquyruq qartal, tüvik, sarı toxucu, cəngəllik toyuğu, tovuz quşu, kəklik, Piton, varan, bunqarus, kobra, qeko və 8 tısbağa növü |
Yerləşməsi | |
26°37′43″ şm. e. 89°22′39″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Vilayət | Qərbi Benqaliya |
Rayon | Əlipurduar |
jaldapara.in | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu ərazilərdə 1800-cü illərə qədər Toto və Meç tayfaları məskunlaşmışdılar. Milli park buna görə Totapara adı ilə də tanınır. 1941-ci ildə Hindistan kərgədanlarını qorumaq üçün Caldapara vəhşi təbiət qoruğu adı ilə qurulmuşdur. 2012-ci ilin mayında milli parka çevrilmişdir.[1][5]
Flora və fauna
redaktəMilli parkı böyük savannalar örtür. Əsas diqqət burada Hindistan kərgədanlarına yönəldilir. Kaziranqa Milli Parkından sonra dünyada ən çox Hindistan kərgədanının yaşadığı milli parkıdır. Milli parkda bəbir, fil, Hindistan zambarı, muntjak, aksis, donuz maralı, çöldonuzu, bizon yaşayır.
Caldapara quş cənnətidir. Benqal dovdağının göründüyü nadir yerlərdəndir. Milli parkda yaşayan digər quş növlərinə pipikli qartal, uzunquyruq qartal, tüvik, sarı toxucu, cəngəllik toyuğu, tovuz quşu, kəklik aiddir. Piton, varan, bunqarus, kobra, qeko və 8 tısbağa növü ən geniş yayılmış sürünənlərdir.
Milli parkda bir çox heyvan növü nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "National Park status for Jaldapara Sanctuary". Times of India. 11 may 2012. 11 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2012.
- ↑ "Jalpaiguri Tourism". Jalpaiguri District Website. 2012-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2012.
- ↑ "Jaldapara Wildlife Sanctuary, India". 2014-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
- ↑ "Wildlife Times: Elephants of North Bengal". 2011-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
- ↑ "জাতীয় উদ্যানের স্বীকৃতি জলদাপাড়াকে". Anandabazar Patrika (Benqal dilində). 11 may 2012. 11 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2012.
Xarici keçidlər
redaktə- VikiSəyahətdə Jaldapara haqqında səyahət məlumatları var.
- jaldapara.in — rəsmi saytı