Yaşıl yosunlar

(Chlorophyta səhifəsindən yönləndirilmişdir)

Yaşıl yosunlar (lat. Chlorophyta) — chromista aləminin gyrista tipinə aid xromist sinfi.

Yaşıl yosunlar
Elmi təsnifat
Şöbə:
Yaşıl yosunlar
Beynəlxalq elmi adı

Hüceyrələrində nüvə, sitoplazma, iri vakoul və həmçinin yaşıl xlorofil piqmentinə malik xromatafor var. Fotosintez məhsulu karbohidratları nişastayağlar şəklində yığırlar. Hüceyrə divarı bəzi formalarda sellüloza tərkibli polisakkaritlerden yaranır. Adətən iki qamçı daşıyırlar. Bəzən qismi dəyişikliklər göstərərək "tallus" yaradırlar. Çox hüceyrəli olanlar mürəkkəb hüceyrə fərqlənməsi yoxdur. Təxminən 9.000-dən artıq növü məlumdur. 90%-i şirin sularda, 10%-i isə dənizlərdə(duzlu sularda) yaşayan növlərdir. Bundan başqa, rütubətli torpaq və quraq yerlərdə yaşayanları da var.[2]

Birhüceyrəli yaşıl yosunlar

redaktə

Xlamidomonada

redaktə

Xlamidomonada birhüceyrəli yaşıl yosundur. Volvoks yosunlar sinfinə aiddir. İkiqamçılı hərəkətli formadır. Həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır.

Xlamidomonadanın quruluşu

redaktə

bu yosun gölməçələrdələrə, nohurlara açıq-yaşıl rəng verir, ele bil su "çiçəkləyib". Bu cür "çiçəklənməyə" səbəb suya yaşıl rəng verən xlamidomonadaların toplusudur. Xlamidomonada hüceyrəsi armudvari formadadır. Onun ön tərəfində bir cüt qamçı yerləşir; onun köməyi ilə yosun hərəkət edir. Bu da onun heyvan orqanizmi ilə qohumluğunu göstərir. Hüceyrə qılafdan, sitoplazmadan, nüvə və iri kasaşəkilli xloroplastdan ibarətdir. Yosunların xloroplastlarını xromatofor (yunanca "xromos" -rəngləyirəm, "foros" — daşıyıram) da adlandırırlar. Hüceyrənin ön tərəfindən qırmızı rəngli işığahəssas "gözcüyü", hüceyrə şirəsi ilə dolu olan iri vakuol və iki yığılıb-açılan kiçik vakuol vardır. İşığahəssas gözcük işığı qəbul edir və qamçılar vasitəsilə xlamidomonada işığa doğru hərəkət edir. Yığılıb-açılan vakuollar vasitəsilə xlamidomonada özündə olan artıq suyu ifraz edir. Xlamidomonada xlorofilli orqanizm olduğundan işıqda müstəqil qidalanır; bununla yanaşı, öz bədən səthi ilə hazır üzvi maddələri uda bilir.

 
Xlomidomonada yosunu : 1 — Qamçı 2 — Yığılıb açılan Vakuol 3 — Qılaf 4 — işığa həssas qırmızı gözcük 5 — Nüvə 6 — Sitoplazma

Xlamidomonadanın çoxalması

redaktə

Xlamidomonada cinsi və qeyri-cinsi yolla çoxalır. Qeyri-cinsi yolla çoxalarkən (əlverişli şərait olduqda) əvvəlcə bir yerdə dayanır, qamçılarını itirir. Onun daxili möhtəviyyatı 4 hissəyə bölünür; hər hüceyrənin 2 qamçısı əmələ gəlir və qlafla örtülür. Ana hüceyrənin ümumi qılafı daxilində gələcəkdə çoxalma və yayılmağa xidmət edəcək 4 xüsusi hüceyrə-spor əmələ gəlir. Qamçılarla təchiz olunmuş sporlar zoospor adlanır. Xlamidomonadanın qamçılı sporları (zoosporlar) suda müstəqil hərəkət edir. Beləliklə, xlamidomonadanın qeyri-cinsi çoxalması sporlar vasitəsilə baş verir. Ana hüceyrənin ümumi qılafı dağıldıqdan sonra kiçik xlamidomonada şəklində sporlar suya çıxır. Bir müddət sonra hüceyrələr böyüyür (əlverişsiz şəraitdə: soyuqda, su azaldıqda) xlamidomonadanın ana hüceyrəsində iki qamçı qamet əmələ gəlir. Ana hüceyrə dağıldıqdan sonra qametlər suya tökülərək digər xlamidomonadaların qametləri ilə cüt-cüt birləşirlər və nəticədə bərk qlafla örtülmüş ziqot (ziqospor) əmələ gəlir. Əlverişli şəraitdə ziqot bölünür və ondan 4 müstəqil xlamidomonada əmələ gəlir.

Bundan əlavə bu qrupa (plevrokokk və xlorella) yosunları da aiddir.

Çoxhüceyrəli yaşıl yosunlar

redaktə

Axar su hövzələrində sualtı əşyalarda (daşlarda) yaşıl rəngli örtük əmələ gətirən, sapşəkilli çoxhüceyrəli yosun ulotriksdir. Ulotriks sapını əmələ gətirən hüceyrələr qısa, qalın qılaflı, bir nüvəlidirlər, xromatoforu qapanmayan halqaya oxşayır. Ulotriks xlamidomonada kimi qidalanır (miksotrof). Əlverişli şəraitdə ulotriksin hər hüceyrəsi, ən altdakı rəngsiz hüceyrədən başqa (bu hüceyrənin vasitəsilə bitki əşyaya yapışır), iki və ya dörd dördqamçılı hərəkətli hüceyrələrə (zoosporlara) bölünür. Bu sporlar suda bir müddət üzəndən sonra sualtı əşyalara yapışır, bölünüb yeni sap yosunları (qeyri-cinsi çoxalma) əmələ gətirir. Əlverişsiz şəraitdə yosunun bəzi hüceyrələrində xirda, hərəkətli ikiqamçılı qametlər əmələ gəlir. Müxtəlif saplardan əmələ gəlmiş qametlər cüt-cüt birləşir və ziqot əmələ gətirir. Onlar qalın qlafla örtülür və uzun müddət sakitlik dövrünü keçirir. Yazda, əlverişli şəraitdə, ziqot 4-spor — qamçısız hüceyrələrə bölünür. Onların hər biri sualtı əşyaya yapışaraq yeni sapşəkilli yosun — ulotriksə başlanğıc verir.

Spirogira

redaktə
 
Spirogira yosunu hüceyrəsi

Ən geniş yayılan, çoxhüceyrəli yosunların nümayəndələrindən biri də spirogira yosunudur. Sakit və durğun şirin sularda, yapışqan çənglərdə və nohurlarda yaşayır. Yapışqan yığımı , adətən, suda sərbəst üzən spirogira sapının toplusudur. Sapların üzərini selikli maddə əhatə edir. Spirogira sapşəkilli çoxhüceyrəli yosundur. Bir cərgə hüceyrələrdən ibarətdir. Hüceyrələrinin çoxu bölünür və bunun sayəsində onların sayı çoxalır. Spirogiranın hüceyrələri birnüvəlidir, sitoplazma qılafın divarlarına çəkilib, ortasında şirə ilə dolu vakuol vardır. Xromatofor lentşəkillidir (bir və ya bir neçə lentdən ibarətdir); lentlər sitoplazmada divaryanı qatlar əmələ gətirir və hüceyrəni spiralvari bürüyür.

Spirogiranın quruluşu və çoxalması

redaktə

Spirogira qeyri-cinsi və cinsi yolla çoxalır. Yanaşı olan iki spirogira sapı ümumi seliklə örtülür. Sonra qarşı-qarşıya yerləşən hüceyrələrdən çıxıntılar uzanır; bu çıxıntılar ucları ilə bir birinə qovuşduqda, pilləkənə oxşar bir fiqur əmələ gətirir. Çıxıntıların arasındakı arakəsmələr əridikdə bir hüceyrənin möhtəviyyatı axıb ikinci hüceyrənin möhtəviyyatına qarışır və ziqot əmələ gəlir. Bu cür cinsi prosesə, yəni iki hüceyrənin möhtəviyyatının bir-birilə qarışmasına konyuqasiya deyilir. Hər ziqotdan,sakit dövrdən sonra, 4-spor inkişaf edir və hər spordan yeni spirogira əmələ gəlir. Qeyri-cinsi çoxalma zamanı onun sapı ayrı-ayrı hissələrə bölünür; hər hissədən yeni spirogira inkişaf edir.

Xəzər dənizində

Xəzər planktonunda üçüncü yeri yaşıl yosunlar tutur (102 növ). Onlara əsasən dənizin şirin sulu hissələrində, xüsusən Şimali Xəzərdə rast gəlinir. Xəzər fitoplanktonunda dinofitlərin 39 növü yayılmışdır, onlar dənizin məhsuldarlığı və zooplanktonun qidalanmasında əhəmiyyətli rol oynayırlar. Dinofitlər arasında Prorocentrum cordata ən yaxşı inkişaf edənidir, ona Xəzər dənizinin hər yerində rast gəlinir.[3]

Çoxalmaları

Yaşıl yosunlar həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır. Əlverişli şəraitdə onlarda qeyri-cinsi, əlverişsiz şəraitdə (su hövzəsinin soyuması, quruması və s.) isə cinsi çoxalma müşahidə edilir. Xlamidomonadadan fərqli olaraq xlorella yalnız qeyri-cinsi yolla-ikiyə bölünməklə çoxalır.[4]

İstinadlar

redaktə
  1. Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
  2. Yosunlar [ölü keçid]
  3. "Bioloji aləm". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-11.
  4. 7-ci sinif Biologiya kitabı

Həmçinin bax

redaktə
  NODES
dada 1
dada 1
Done 1