Christian Science Monitor

Christian Science Monitor (tələffüzü "Krisçen Sayens Monitor") — bazar ertəsindən cümə gününə qədər İnternetdə gündəlik olaraq çap olunan beynəlxalq qəzet. 1908-ci ildə Xristian Elmi Kilsəsinin qurucusu Meri Beyker Eddi tərəfindən qurulmuşdur.

Christian Science Monitor
Loqonun şəkli
Format Həftəlik qəzet
Təsisçi Mari Beyker Eddi
Baş redaktor Con Yemma
Yaranma tarixi 1908
Dil İngilis
Baş ofis
Ünvan 210 Massachusetts Avenue Boston, Massachusetts 02115 ABŞ
Ölkə
ISSN 0882-7729, 0145-8027
csmonitor.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzetdə beynəlxalq xəbərlər və ABŞ cəmiyyətində baş verən aktual hadisələri işıqlandırır. KSM-in "Ana Forum" səhifəsində gündəlik dini məqalələr yer alır, lakin onlar dinə dönüş platforması olmadıqlarını bildirilər.[2]

28 oktyabr 2008-ci ildə redaktor Con Yemma, Christian Science Monitor veb nəşrinə diqqət ayırmaq üçün çap nəşrlərin dayandırılacağını bildirdi. KSM həftəlik çap nəşri əvəzinə daha çox beynəlxalq xəbərlərə fokuslanan gündəlik xəbərlər dərgisi nəşr edəcək.[3]

Christian Science Monitor adına baxmayaraq dini mövzulu qəzet deyil və öz himayəçi kilsəsinin doktrinasını təbliğ etmir. Lakin qurucusu Eddinin istəyi ilə Christian Science Monitor qəzetinin hər sayında gündəlik dini məqalələr yer alır. Eddi həmçinin qəzetin başlığına Xristian Elmi kəlməsininin daxil edilməsini tələbi ilə çıxış etdi, bu da əvvəlcə dini mənsubiyyətə istinadın dünyəvi dinləyiciləri özündən uzaqlaşdıracağına inanan onun bəzi məsləhətçilərinin etirazı ilə qarşılandı.[3] Eddi, Christian Science Monitor-un missiyasının "heç kimə zərər verməmək və bütün insanlığa xeyir-dua vermək" olduğunu açıqladı.[3]

Qəzet gurultuluqdan çəkinən və qeyri-isterik jurnalistika markası ilə fərqlənməklə məşhurdur.[4][5] 1997-ci ildə ABŞ-nin Orta Şərqdəki siyasətini tənqid edən Washington Report on Middle East Affairs jurnalında Christian Science Monitor haqqında İslamı və Orta Şərqi obyektiv və məlumatlandırıcı şəkildə yaydığı üçün tərifləyici bir məqalə yayımlandı.[6]

2006-cı ildə qəzetin ştatdankənar qəzet müxbiri Cill Keroll Bağdadda qaçırıldı və 82 gün sonra salamat buraxıldı.[7]

İstinadlar

redaktə
  1. 1 2 3 http://www.usnpl.com/addr/aaddressresult.php?id=1343.
  2. "About the Monitor". The Christian Science Monitor. 2012-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 5, 2007.
  3. 1 2 3 Clifford, Stephanie. "Christian Science Paper to End Daily Print Edition". The New York Times. October 28, 2008. səh. B8. April 17, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2008.
  4. Alex Beam. "Appealing to a higher authority". The Boston Globe. 2005-06-09. 2008-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  5. Carnegie Reporter, Vol. 3 No. 3, Nonprofit Journalism: Removing the Pressure of the Bottom Line Arxiv surəti 11 mart 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-03-11 at the Wayback Machine
  6. As U.S. Media Ownership Shrinks, Who Covers Islam? Arxivləşdirilib 2005-04-21 at the Library of Congress Web Archives, Washington Report on Middle East Affairs, December 1997
  7. "Carroll Reunited with Family in Boston, " Associated Press, April 2, 2006 Arxiv surəti 24 may 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-05-24 at the Wayback Machine. Retrieved April 4, 2006.
  NODES