Dövlət

suveren ərazi təşkilatı

Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür.

Dövlət siyasi birlik olmaq etibarilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.

Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var.

Dövlətin mənşəyi haqqında nəzəriyyələr

redaktə

Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b. nəzəriyyələr aiddir.

Dövlət anlayışına yanaşmalar

redaktə

Müasir elmlərdə dövlət anlayışınin tədqiqinə əsasən 3 yanaşma tərzini fərqləndirmək olar:

  1. Siyasi-fəlsəfi və siyasi-elmi yanaşma. Antik dövrlərdən başlayan belə yanaşma tərzi bu gün də qalmaqdadır. Burada dövlət cəmiyyətin "ümumi işlərini" həll edən, hakimiyyət və xalq (cəmiyyət) arasındakı münasibətləri nizama salan, habelə cəmiyyətin və fərdlərin siyasi həyatını təmin edən vasitə kimi nəzərdən keçirilir.
  1. Sinfi yanaşma. Burada dövlət bir sinfin başqa sinfi əzmək, istismar etmək, iqtisadi cəhətdən hakim olan sinfin siyasi hakimiyyətini təmin etmək aləti kimi müəyyən edilir.
  1. Hüquqi və təşkilati-struktur yanaşma. Burada dövlət cəmiyyət həyatını, habelə ictimai-siyasi münasibətlər sistemində dövlətin özünün və onun strukturlarının fəaliyyətini təşkil edən normaların yaradıcısı, mənbəyi nəzərdən keçirilir. Dövlətin mahiyyətini izah edən nəzəriyyənin tərəfdarları idda edirlər ki, dövlət ailənin böyüməsi nəticəsində yaranmışdir. Guya əvvəlcə ailə mövcud olmuş, sonra o böyüyərək qəbiləyə, qəbilə isə tayfaya çevrilmişdir. Tayfa isə böyüyərək dövlət meydana gəlmişdir. Onların fikrincə dövlət hakimiyyəti ata hökmranlığının öz şəklini dəyişməsindən başqa bir şey deyildir. Ata ailə üzvlərinin hər birinə eyni qayğı və eyni münasibət bəslədiyi kimi dövlət də cəmiyyətdəki bütün siniflərə eyni qayğı bəsləyir.

Politologiyada dövlətin yaranmasında əsasən üç qrup amillərin iştirak etdiyi qeyd olunur: ictimai əmək bölgüsü; istehsal vasitələri üzərində xüsusi mülkiyyətin, istismarın antoqonist siniflərin yaranması; insanın özünü təkrar istehsalında baş verən mühüm dəyişikliklərdir. Dövlətin mövcud olması çox qədimdən insanlara bəlli olmuş və onlar onu müxtəlif anlayışlara (polis, imperiya, krallıq, knyazlıq və s.) ifadə etmişlər. Bir çox burjua sosioloqları dövlətin yaranmasını zorakılıq vasitəsilə izah edirlər. Onların fikrincə, dövlət bir tayfa və xalqın başqalarını özünə tabe etməsi nəticəsində meydana gəlmişdir. Qalib xalq məğlub xalqın əmlakını zəbt edir və xüsusi şəkildə yaradılmış aparatın köməyi ilə onu idarə etməyə başlayır. Zorakılıq nəzəriyyəsinin tərəfdarları Durinq və Kautski dövlətin mənşəyini belə izah edir. Qalib tayfalar məğlub tayfaları özünə tabe edir, onların bütün torpağını mənimsəyir və sonradan məğlub tayfanı sistematik olaraq qaliblər üçün işləməyə, xərac və vergi verməyə məcbur edir. Məğlubları idarə etmək üçün qaliblərin yaratdığı məcburetmə aparatı dövlətə çevrilir.

Dövlətin yaranması ilə onun vergi sistemi formalaşır. Vətəndaşlardan müxtəlif formalarda vergilər yığılması demək olar ki, ümumən bütün dövlətlərdə qəbul edilmişdir. Engelsin dediyi kimi, kütləvi hakimiyyəti saxlamaq üçün vergilər lazımdır. Qəbilə cəmiyyətində vergilər qətiyyən yox idi. Lakin mədəniyyət inkişaf etdikcə, vergilər də kifayət etmir, dövlət gələcək üçün vergilər verir, borc alır. Deməli, konkret olaraq dövlətin 3 əlaməti vardır:

  1. Ərazi və sərhədlərin olması.
  2. Kütləvi hakimiyyət.
  3. Vergi sistemi.

Dövlətin birinci ünsürü olan ərazi dövlətin fiziki, maddi-təbii əsasıdır, onun məkan mahiyyətidir. Dövlətin ikinci ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan əhalidir. Xalqsız, milli əsasdan məhrum dövlət ola bilməz.

Dövlətin üçüncü ünsürü müəyyən ərazidə müvafiq orqanlar tərəfindən həyata keçirilən dövlət hakimiyyətidir. Dövlətin formalaşması üçün dövlət hakimiyyəti tarixi zərurətdir. Dövlətin inkişafı iki qlobal mərhələyə ayrılır: ənənəvi dövlət və konstitusiyalı dövlət.

  • Ənənəvi dövlət bir qayda olaraq kortəbii şəkildə, adət ənənələr əsasında formalaşmışdır. Ənənəvi dövlətin ən yayılmış forması monarxiya hesab olunur.
  • Konstitusiyalı dövlət insanları şüurlu sürətdə cəmiyyəti idarəetmə mexanizmi və sistemi yaratma səylərinin nəticəsi kimi qiymətləndirilir.

Dövlətin əlamətləri

redaktə

Siyasi elmdə dövlətin aşağdakı əsas əlamətləri göstərilir:

  1. Məcburetmə. Heç kim dövlətdən kənar olması və dövlət hakimiyyətinə tabe olmaması haqqında özbaşına qərar qəbul edə bilməz, çünki dövlət mənsubiyyəti ictimai zərurətdir.
  2. Zor tətbiq etmək hüququ. Dövlətin xüsusi zor orqanları vardır və qanunu nəzərdə tutduğu hallarda o onlara əl atır.
  3. Suverenlik. Suverenlik müəyyən ərazidə ali hakimmiyyəti nəzərdə tutur. Hamı üçün, hər bir təşkilat və təsisat üçün məcburi xarakter daşıyan hakimiyyət yalnız dövlətə mənsubdur.
  4. Ümumilik. Dövlət hakimiyyəti onun ərzisində yaşayan bütün adamlara aiddir.
  5. Hüquq. Dövlət onun müəyyən etdiyi hüquq qaydaları və normaları çərçivəsində fəaliyyət göstərir.
  6. Əhalidən vergi və mükəlləfiyyətlər toplamaq hüququ. Dövlət idarəetmə strukturlarını mühafizə və müdafiə qurumlarını saxlaməq üçün əhalidən vergilər və müxtəlif mükəlləfiyyətlər şəklində vəsaitlər toplayır.
  7. Pulsuz təhsil haqqı

Dövlətin vəzifəsi

redaktə

Siyasi sistemin başlıca ünsürü dövlətdir. "Dövlət" anlayışı siyasi ədəbiyyatda müəyyən ərazidə yaşayan, ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. O, siyasi sistemin bütün əlamətlərini və funksiyalarını özündə birləşdirir. Dövlət cəmiyyətdə siyasi sistemin əsas təsisatıdır. O, cəmiyyəti idarə edir, qoruyur və onun siyasi və ictimai quruluşunu təmin edir.

Dövlətin mövcud olduğu çoxəsrlik tarix boyu ona çox sayda müxtəlif baxışlar yaranıb — tərifdən, tam inkar etməyə qədər. Qədim Yunan filosofu Demokrit (e.ə. 460–370-ci illər) hesab edirdi ki, dövlətin vəzifəsi hamının rifahını və ölkədə ədaləti təmin etməkdir. Yaxşı idarə olunan dövlət çox böyük dayaqdır. Onun içində hər şey var. Dövlət qorunub saxlananda hər şey tam halındadır, dövlət dağılsa onunla birlikdə hər şey məhv olar.

Dövlətin funksiyası

redaktə

Dövlətin ənənəvi iki başlıca funksiyası vardır: daxili və xarici funksiyalar.

Dövlətin daxili funksiyasına bunlar aiddir:

  1. Mövcud siyasi quruluşu, cəmiyyətin sosial-siyasi strukturunu qoruyub saxlamaq.
  2. Təsərrüfat-təşkilatçılıq və ictimai iqtisadi vəzifələr (iqtisadiyyatın tənzimlənməsi, iqtisadi sabitliyə nail olmaq)
  3. Sosial vəzifələr, yəni sosial proqramın yerinə yetirilməsi.
  4. Mədəni-tərbiyə vəzifələr. Bura təhsilin, mədəniyyətin, elmin inkişaf etdirilməsi, bir sözlə, cəmiyyətin mənəvi həyatının daimi təkmilləşdirilməsi daxildir.

Xarici funksiyaya ölkənin müdafiəsi, beynəlxalq aləmdə onun mənafeyinin qorunması və suverenliyinin təmin olunması aiddir.

Dövlət quruluşu formaları

redaktə

Dövlət quruluşu forması dövlətin onun tərkib hissələri arasında, dövlət hakimiyyətinin mərkəzi və yerli orqanları arasında qarşılıqlı münasibətlərinin xarakterini aşkar edən milli və inzibati ərazi quruluşudur. İdarəçilik formasından fərqli olaraq dövlətin təşkili burada dövlət hakimiyyətinin və dövlət suverenliyinin mərkəzdə və yerlərdə dövlətin tərkib hissələri arasında bölgüsü nöqteyi-nəzərindən təhlil edilir. Dövlət quruluşu forması dövlətin daxili strukturunun hansı hissələrdən ibarət olduğunu, bu hissələrin hüquqi vəziyyətini və onların orqanlarının qarşılıqlı münasibətlərinin qurulduğunu, həmin dövlətin ərazisində yaşayan hər bir millətin mənsubiyyətinin hansı dövlət formasında ifadə olunduğunu göstərir. Dövlət quruluşu formasına görə dövlətlər üç qrupa bölünür:

1. UNİTAR DÖVLƏT — mərkəzi hakimiyyət orqanlarının mərkəzə tabe olan və dövlət suverenliyi əlamətlərinə malik olmayan inzibati-ərazi vahidlərindən ibarət vahid, bütöv, dövlət birliyidir. Unitar quruluş bütün ölkə üçün müvafiq yerli orqanlar üzərində ali rəhbərliyi həyata keçirən vahid ümumi nümayəndəli-icra və məhkəmə orqanlarının olmasını nəzərdə tutur. Unitar dövlətin ərazisində bir konstitusiya, vahid qanunvericilik sistemi, vahid vətəndaşlıq, vahid pul sistemi fəaliyyət göstərir. Bütün inzibati-ərazi vahidləri üçün məcburi ümumi vergi və kredit siyasəti yeridilir. Unitar dövlətin tərkib hissələri dövlət suverenliyinə qanunvericilik orqanlarına, müstəqil hərbi birləşmələrə, xarici siyasət orqanlarına və digər dövlətçilik atributlarına malik olmurlar. Ərazisində sayına görə çox olmayan millətlər yaşayan unitar dövlətlərdə milli və qanunverici muxtariyyətə yol verilir. Unitar dövlətlərdə bütün xarici dövlətlərarası əlaqələri ölkəni beynəlxalq aləmdə rəsmi təmsil edən mərkəzi orqanlar həyata keçirir. Unitar dövlətin rəhbərliyi mərkəzi dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirir. Unitar dövlət rəhbərliyi mərkəzi dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilən vahid silahlı qüvvələrə malikdir.

2. FEDERASİYA. Federasiya mürəkkəb dövlət birliyidir. Əvvəllər müstəqil olan dövlət qurumlarının bir ittifaq dövlətində könüllü birliyindən ibarətdir O, özündə üç növ subyekt-milli dövlət birliklərini-suveren respublikaları; muxtar dövlət qurumlarını; ərazi qurumlarını birləşdirə bilir.. Federasiyanın ərazisi onun ayrı-ayrı subyektlərinin, ştatların, respublikaların və s. ərazilərdən ibarətdir. İttifaq dövlətində ali qanunverici, icra və məhkəmə hakimiyyəti federal dövlət orqanlarına məxsusdur. Federasiya və onun subyektləri arasında bölünən səlahiyyətlər ittifaq konstitusiyası ilə bölünür. Federal dövlət quruluşunda parlamentin federal dövlət üzvlərinin mənafelərini təmsil edən palatası olur. Federasiyalarda əsas ümumdövlət xarici siyasət fəaliyyətini ittifaq dövlət orqanları həyata keçirir. Ərazi federasiyasını təşkil edən dövlətlər deyildir. Belə ki, daxili və xarici münasibətlər sahəsində onların fəaliyyətləri, ümumi federal dövlət orqanlarının hakimiyyət səlahiyyətlərinin hüquqi və faktiki bölgüsü konstitusiya normaları ilə müəyyən edilir. Ərazi federasiyalarında konstitusiya qanunvericiliyinə görə ittifaqdan birtərəfli qaydada çıxmaq nəzərdə tutulmur. Ərazi federasiyalarının silahlı qüvvələrində idarəçiliyi ittifaq dövlət orqanları həyata keçirir. Federal dövlətin başçısı silahlı qüvvələrin baş komandanıdır. Federasiya subyektlərinə dinc dövrdə peşəkar silahlı birləşmələr saxlamaq qadağan olunur. Milli federasiyalar daha mürəkkəb dövlət quruluşu ilə xarakterizə olunur. Milli federasiyanın subyektləri bir-birindən əhalinin milli tərkibi, onun xüsusi mədəniyyəti, məişəti, adət və ənənələri, dini ilə fərqlənən milli dövlətlər və milli dövlət qurumlarıdır. İqtisadi potensialdan, ərazinin ölçüsündən, əhalinin sayından asılı olmayaraq milli federasiyanın bütün subyektləri eyni hüquqlardan istifadə edirlər. Dövlət vəzifələrinin həllinə eyni dərəcədə təsir göstərmək imkanına malik olurlar. Milli federasiyanın bütün subyektləri dövlət suverenliyi əlamətlərinə malik olan dövlət birləşmələri kimi təşəkkül tapırlar. Onlar özlərinin ali nümayəndələri dövlət hakimiyyəti orqanlarının icra hakimiyyətinə, müstəqil məhkəmə sisteminə malikdirlər. Federasiyada birləşən milli dövlət öz vətəndaşlarını, dövlət ərazisinin sərhədlərini müəyyən edir. Beynəlxalq təşkilatlarda öz nümayəndələrinə malik olur, müstəqil olaraq xarici siyasət və iqtisadi fəaliyyət həyata keçirirlər. Federativ dövlət onun tərkibinə daxil olan bütün millət və xalqların mənafelərini əks etdirir. Milli federasiyaların parlamentlərində işləyən deputatlar ölkənin bütün millət və xalqlarını təmsil edirlər. Milli federasiyanın hər bir subyektinin ittifaqdan ayrılma, öz müstəqil dövlətini yaratmaq və ya başqa dövlətin tərkibinə keçmək hüququ vardır.

Qeyd etmək lazımdır ki, müasir federasiyaların bəzi üzvləri keçmişdə heç bir müstəqil dövlət olmamışlar (Məsələn, ABŞ ştatlarının bir qismi, Avstraliya ittifaqlarının bir sıra ştatları və s.). Onu da qeyd edim ki, federasiya keçmiş unitar dövlətin federativ dövlətə çevrilməsi yolu ilə də yarana bilir (Hazırda Belçikada belə bir proses gedir.). XX əsrin ikinci yarısı paralel proseslə-bir tərəfdən milli ərazi vahidlərinin muxtariyyəti və məlum federativ meyllərin artması (İspaniya, İtaliya, Belçika, Kanada və s.), digər tərəfdən isə respublikaların bayağı suverenliyinə əsaslanan federasiyaların (SSRİ, Yuqoslaviya, Çexoslavakiya və s.) süqutu ilə müşaiət olunur.

3. KONFEDERASİYA — ümumi məqsədlərin təmini üçün yaradılmış suveren dövlətlərin müvəqqəti hüquqi ittifaqıdır. Konfederativ dövlət quruluşunda üzvlər həm daxili, həm də xarici işlərdə öz suveren hüquqlarını saxlayırlar. Konfederasiya öz ümumi qanunverici, icra və məhkəmə orqanlarına malik deyildir. Konfederativ orqanlar iqtisadi müdafiə, əməkdaşlıq problemlərini həll edirlər. Konfederativ quruluşun vahid ordusu, vahid vergi sistemi və vahid dövlət büdcəsi olmur. Lakin ayrı-ayrı ölkələr müəyyən müdafiə qabiliyyətini möhkəmləndirmək və ya onlara zəruri, iqtisadi yardım göstərmək üçün konfederasiya üzvlərinin razılığı ilə ümumkonfederal büdcə yaradıla bilər. Bir dövlətin vətəndaşının digər ittifaq dövlətinin ərazisinə yerdəyişməsi əhəmiyyətli dərəcədə yəni vizasız, başqa rəsmiyyətlər götürülməklə sadələşir.

Konfederativ dövlətin vahid pul sistemi, vahid gömrük qaydaları, vahid dövlətlərarası kredit siyasəti, ümumi mənafeləri dünya birliyi ilə dövlətlərarası münasibətlərdə əlaqələndirilməsi ilə məşğul olan xarici siyasət müdafiə orqanlarının fəaliyyəti mümkündür. Konfederativ dövlətlər ümumi məqsədə nail olduqdan sonra bir qayda olaraq parçalayırlar, Dövlət rejimi forması dövlət tərəfindən hakimiyyətin həyata keçirilməsinin üsul və metodlarının məcmusudur.

Dövlət ilə hökumət arasındakı fərqlər

redaktə
  • Dövlət, hökumətdən daha genişdir. Hökumət isə dövlətin bir hissəsidir.
  • Dövlət, davamlıdır. Hökumət isə keçicidir, qısa ömürlüdür.
  • Hökumət, dövlət nüfuzunun işlədilməsini təmin edən bir vasitədir. Hökumət yalnız dövlətin beyni olma vəzifəsindədir; dövlətin digər orqanları hökumətin deyildir.
  • Dövlət, şəxsi olmayan bir otoritadır. Məmurlar təsadüfi deyil, bürokratik prosedurlara görə işə alınır, hökumətin ideoloji istəklərinə duyğusuz olacaq şəkildə seçilir.
  • Dövlət, ortaq yaxşılığı və ümumi iradəni təmsil etməyə çalışır. Lakin hökumət isə müəyyən ideologiyaları təmsil edir.[1]

Rəqib dövlət nəzəriyyələri

redaktə

Plüralist (çoxluqçu) dövlət

redaktə

Liberal fəlsəfədən doğulmuşdur. Buna görə fərd ön planda, dövlət ikinci plandadır. Dövlətin əsas vəzifəsi də cəmiyyətdə bir ‘hakimlik’, ‘bilirkişilik’ vəzifəsi etməkdir. Dövlət, tərəfsiz bir şəkildə hakimlik vəzifəsi edərsə o zaman ortaq yaxşılını təmin edilməsi yolunda çalışmış olur.

Dövlətin olmadığı yerdə fərdlər bir-birlərini istismar edə bilər. Con Lokk bu vəziyyəti "Harada qanun yoxsa orada azadlıq də yoxdur." deyərək açıqlamışdır. Buna tədbir olaraq konstitusiya nizamı ortaya çıxar. Tomas Hobbs isə dövlət olmazsa xaosun ortaya çıxacağını söyləmişdir. Və vətəndaşların mütləqiyyətçilik ilə xaos arasında bir seçim etmələri lazım olduğunu ifadə etmişdir. Yəni təhlükəsizlik istəyən bir insan mütləqiyyətçilik seçmək məcburiyyətindədir.

Cəmiyyət baxımından plüralist dövlət, liberal demokratiyalarda iqtidarın hər kəsə eyni şəkildə dağılmasıdır. Dövlət baxımından isə bütün partiyaların siyasətə təsir etməsinə açıq bir nizamdır. Dövlət heç kimin tərəfini tutmaz; öz mənfəəti da yoxdur.

Kapitalist dövlət

redaktə

Marksist dünyagörüşüylə ortaya çıxmışdır. Buna görə cəmiyyətin, iqtisadi yapısıyla birlikdə analiz edilməsi lazımdır. Bu fikrə görə dövlət, sinif sistemindən doğular və sinif sisteminə dayanır.

Neo-marksist'lərdən Antonio Qramşi Marksın düşüncələrinə əlavə olaraq ‘hegemoniya’ anlayışını gətirmişdir. Buna görə burjua hegemonyasında dövlət, əhəmiyyətli bir vasitədir.

Leviathan dövlət

redaktə

Özü-özünə xidmət edən və özünü inkişaf etdirən bir canavar kimidir Leviathan dövlət. Bu fikir yeni sağcılara və neo-liberallara aiddir. Onlar üçün dövlət, fərdi məhdudlaşdıran və iqtisadi azadlığı təhdid edən; plüralist hakim dövlət prinsipinin əksinə hər şeyə müdaxilə edən bir ‘dadı’dır. Bu yanaşmanın mərkəzində, dövlətin toplumunkinden ayrı mənfəətləri olduğu düşüncəsi yatar. Yeni sağçı düşünürlər, dövlətlərin 20-ci əsrdəki müdaxiləçi meyllərinin səbəbinin, kapitalizmə tarazlıq gətirərək sinif qarşıdurmasını həll etməyi və sabitliyi təmin etmək deyil, öz məqsədləri və daxili dinamikası olduğunu söyləyər.

Patriarxat dövlət

redaktə

Patriarxat dövlət anlayışının feministlərin dünyagörüşünə əsasən yaranmasına baxmayaraq əslində feminizmin sistematik bir dövlət nəzəriyyəsi yoxdur.

Liberal feministlər plüralist dövlət fikrini qəbul edir və sosial cinsiyyətə bağlı bərabərliyin islahatlarla həll oluna biləcəyini söyləyirlər. Qadınların səs hüququnun olmadığı zamanlarda dövlətin patriarxat olduğunu lakin yenə də bu bərabərsizliyi yalnız dövlətin həll edə biləcəyini qəbul edirlər.

Radikal feministlər isə dövlətə qarşı mənfi yanaşır. Dövlət iqtidarının patriarxat bir təzyiqi əks etdirdiyini düşünürlər. Həmçinin marksistlərlə radikal feministlər arasında müəyyən nöqtələrdə fikir birliyi var. Hər iki qrup da dövlətin özünə xüsusi mənafeləri olduğu fikrini rədd edir. Feministlər üçün dövlət ‘kişilər tərəfindən, kişilər üçün’ idarə olunmaqdadır.

Yəni qadının həyatda "ev xanımı ya da ana" mövqeyi dəyişmədikcə dövlətin patriarxat quruluşu davam edəcək. Dövlət qadınları ictimai sahəyə yönəltsə belə bu hərəkət ‘adi peşələr’ qrupundakı peşələrlə məhdudlaşdırıldığı müddətcə qadınlar, dövlətdən daha asılı hala düşəcəklər. Beləcə qadın kişi bərabərsizliyi hər zaman davam edəcək.[2]

İdarəetmə üsuluna görə təsnifat

redaktə

Dövlətin formalarının digər bir təsnifatı idarə üsullarına əsaslanır. Bu baxımdan dövlətin iki forması var:[monarxiya] və [respublika]. Monarxiya mütləq (qeyri məhdud) və məhdud (konstitusiyalı) ola bilər. Mütləq monarxiyanın bir növü də teokratik monarxiyadır.

Məşhur şəxslərin dövlət haqqında dedikləri

redaktə
  • Aristotelin, dövlət quruculuğu ilə bağlı olan maraqlı konfliktoloji ideyları var. O, hesab

edirdi ki, dövlət – insanları barışdıran bir alətdir. Dövlətdən kənarda insan təcavuzkar və təhlükəlidir.[3]

● Leninə görə :" Cəmiyyət nə vaxt siniflərə bölünürsə, dövlət də o vaxt yaranır"

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Andrew Heywood Siyaset (say. 128)
  2. Andrew Heywood Siyaset (say. 128, 129, 130, 131, 132, 133, 134, 135)
  3. "Konfliktologiya elmi haqqında" (PDF). 2021-08-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-05-05.

Xarici keçidlər

redaktə
  NODES
dada 1
dada 1
Done 1
lenin 1