Dəriinsanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür.

Dəri
İnsanın dəri örtüyü
İnsanın dəri örtüyü
Dərinin quruluşu
Dərinin quruluşu
Latınca Cutis
Yunanca Derma
Qrey subyekt 234 1065
MeSH Dermis
Dorlands/Elsevier Skin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır.

Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur.

İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.

Dəri hissiyyatı

redaktə

İnsan oxuduğu kitabın səhifələrini asanlıqla çevirə bilir, çünki əlləri səhifələri hiss etməkdə heç bir problem yaratmır. Eyni şəkildə düz, sürüşkən səthi olan cisimləri də məsələn, stəkanları da əlinə ala bilir. Bir tükə toxunduqda yumşaqlığını, bir qayanı tutduqda bərkliyini hiss edə bilir. Çünki dəri bütün bunları qəbul edib beyinə lazımi siqnalları göndərərək cisimlərin beyində qavranmasına kömək edən xüsusiyyətə malikdir.

İnsan dərisinin altında yerləşən toxunma sinirləri çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da insana hərəkət asanlığı verir. Bununla yanaşı, kürəkdə də az sayda sinir ucu var.

İnsan dərisinin nəfəs alma qabiliyyəti yoxdur.

İnsan dərisi bir çox təbəqədən əmələ gələn, içində hissedici sinirlər, qan dövranı kanalları, ventilyasiya sistemləri, temperatur və nəm nizamlayıcıları olan, Günəş şüalarından bədəni qoruyan mürəkkəb orqandır.

İnsan dərisi orqanizmin su tarazlığının pozulmasının qarşısını alır, davamlı və elastikdir, öz-özünü təzələyə bilir, bədəni zərərli şüalardan qoruyur, xarici aləm ilə əlaqəni təmin edir, soyuq və ya isti havalarda bədənin temperaturunu tənzimləyir.

Dərinin quruluşu

redaktə

İnsanın dərisi iki qatdan — xarici-dəriüstlüyü və epidermisdən və daxili-xüsusi dəri və ya dermadan ibarətdir. Dərinin altında boş piy toxuması yerləşir ki, bu da dərini bədənin daxili toxuması ilə birləşir. Dəriüstlüyü çoxqatlı epitel toxumasından ibarətdir. Onun üzərində bir-birinə sıx söykənən, rəngsiz pulcuqlara bənzər buynuzlaşmış ölü huceyrələr yerləşir. Bu qat dərinin qoruyucu qatını əmələ gətirərək bədənə mikroorqanizmlərin, bərk cismlərin, maye və qazların daxil olmasının qarşısını alır. Dəriüstlüyünün dərin qatı çoxqatlı canlı hüceyrələrdən təşkil olunmuş və həmin huceyrələr çoxalmaq qabiliyyətinə malikdir.

Dərinin buynuz pulcuqlardan ibarət olan üst qatı daim xarici mühitin təsiri altında sürtülüb tökülür. Lakin bunların altında yerləşən canlı hüceyrələrin fasiləsiz olaraq çoxalması nəticəsində həmin buynuz pulcuqlar yeniləri ilə əvəz olunur..

Xüsusi dəri

redaktə

Sıx lifli birləşdirici toxumadan əmələ gəlmişdir. Xüsusi dərinin hüceyrəarası maddəsi elastik liflərdən təşkil olunmuşdur. Bunun sayəsində xüsusi dəri çox möhkəmliyi və həmçinin elastikliyi ilə fərqlənir və odur ki, bədənin hərəkətinə mane olmur. Dəridə piy və tər vəziləri yerləşir.

Piy vəziləri

redaktə

Sadə və mürəkkəb quruluşlu olur. Onlar dəri üzərinə piy ifraz edərək, dərini və tükləri yumşaldır. Dərinin üzərini nazik piy qatı örtür. Bu piy qatı bədənə su və ona zərər yetirə biləcək başqa mayeləri buraxmır. Onlar dərinin yağlanmış qatı ilə axıb tokülür.

Tər vəziləri

redaktə

Uzun borucuqlar şəklində olub, adətən, üç hissədə qıvrılaraq yumaqcıq əmələ gətirir. Tər vəzilərinin düz axacağı isə dəri üzərinə açılır. Tər vəziləri yumaqcıqlarını qan kapilyarları əhatə edir. Həmin kapilyardan axan qan tər vəzilərinə tərkibində həll olunmuş halda az miqdarda xörək duzu, sidik cövhəri və bəzi başqa maddələr olan su gətirir. Yumaqcıqlarda əmələ gələn tər, tər axacaqları vasitəsilə dəri üzərinə tökülür.

Tüklər

redaktə

Dəridə tüklər yerləşir. İnsanda dərinin çox hissəsi seyrək yerləşən kiçik tüklərlə örtülmüş olur. Lakin insanda tük ötüyü bu və ya digər dərəcədə reduksiya olunmuşdur. Tüklər dəriüstlüyünün canlı qatındakı epitel hüceyrələrinin çoxalması sayəsində daim uzanır. Tüklərin kök hissəsinə insanlarda zəif inkişaf etmiş saya əzələlər birləşir. Bu əzələlər tükləri hərəkətə gətirir. Tükün gövdə hissəsi buynuzlanmış ölü hüceyrələrdən əmələ gəldiyindən, o böyümür. Tükün rəngi onun hüceyrələrində olan piqmentdən asılıdır. İnsanın barmaqlarının ucunda buynuz lövhə-dırnaqlar yerləşir. Dırnaqlar onların əsasında olan hüceyrələr hesabına böyüyür.

Dərinin tamlığı və təmizliyi insanın sağlamlığı üçün zəruridir. Zədəsiz dəri orqanizmi müxtəlif xəstəlik törədicilərinin daxil olmasından yaxşı qoruyur. Çirkli dəridə bakteriyalar çoxlu xəstəliklər yaradır. Odur ki, hər bir adam dərisini həmişə təmiz saxlamalı və zədələnməkdən qorumalıdır.[1]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Kişi dəri baxımının xüsusiyyətlə". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
  NODES