Kirkid

(Daraq (xalça) səhifəsindən yönləndirilmişdir)

Kirkid (Kirkit, və ya kirki[1])xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan[2], ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar.

Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin toxuculuq məntəqələrindən biri Qasımuşağı obasında istifadə edilmiş xalça toxuculuq aləti — kirkid.

Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.710.
  2. Kirkit[ölü keçid]
  NODES