Detroyt (ing. Detroit) — əhalisinin sayına görə Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatının ən böyük şəhəri, ABŞ-Kanada dövlət sərhədində yerləşən ən böyük şəhər. 2016-cı il hesablamalarına görə əhalisi 672,795 nəfər təşkil edir ki, bu da Detroytu əhalisinin sayına görə ABŞ-nin 23-cü ən böyük şəhəri edir. Metro Detroyt adı ilə tanınan metropolis ərazisində 4.3 milyon nəfər yaşayır.

Şəhər
Detroyt
ing. Detroit
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
42°19′54″ şm. e. 83°02′51″ q. u.HGYO
Ölkə  ABŞ
Ştat Miçiqan
Mer Mayk Daqqan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1701
Sahəsi 370.2 km²
Mərkəzin hündürlüyü 183 m
Saat qurşağı UTC−5 , yayda UTC−4
Əhalisi
Əhalisi 681 090 nəfər (2013)
Sıxlığı 1669.6 nəf./km²
Aqlomerasiya 4 493 165
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 313
Poçt indeksi 48201
Digər
detroitmi.gov  (ing.)
Xəritəni göstər/gizlə
Detroyt xəritədə
Detroyt
Detroyt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər Detroyt çayının sahilində yerləşən mühüm limandır. Detroyt Metropolis Aeroportu ABŞ ərazisində yerləşən ən vacib iqtisadi qovşaqlardan biri hesab olunur. Detroyt şəhəri Orta Qərbi ABŞ-də ÇikaqoMinneapolisdən sonra üçüncü, bütövlükdə ABŞ-də isə 14-cü ən böyük iqtisadiyyata sahibdir.[1] Bu şəhər ABŞ-nin ən məşhur avtomobil sənayesi mərkəzi olaraq tanınır. General Motors, FordChrysler kimi avtomobil istehsalçılarının baş qərargahı Detroytda yerləşir.

Detroyt şəhərinin əsası 24 iyul 1701-ci ildə fransız səyahətçi Antuan Lome de Lamot Kadilyak tərəfindən qoyulmuşdur. XIX əsrdə Böyük göllər regionunda mühüm sənaye qovşağına çevrilmişdir. XX əsrin əvvəllərindən etibarən avtomobil sənayesinin inkişaf etməyə başlaması nəticəsində şəhər iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamışdır. Lakin, sənayenin yenidən qurulması prosesi başladıqdan sonra avtomobil sənayesi zəifləməyə başlamışdır ki, bu da Detroyt əhalisinin sayının get-gedə azalması ilə nəticələnmişdir. 1950-ci ildə 1.85 milyon nəfərlə özünün pik həddinə çatan əhali sayı bu tarixdən etibarən indiyə qədər təqribən 60 faiz azalmışdır.[2] 2013-cü ildə Detroytda müflisləşmə baş versə də, 2014-cü ilin dekabrında bunun qarşısı uğurla alınmış və hökumət şəhərin maliyyəsinə nəzarəti yenidən ələ ala bilmişdir.[3]

2015-ci ildə Detroyt şəhəri UNESCO tərəfindən "Dizayn şəhəri" adına layiq görülmüşdür. Detroyt bu ada layiq görülmüş ilk ABŞ şəhəri olaraq tarixə keçmişdir.[4]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Regional Data – GDP & Personal Income". Bureau of Economic Analysis. 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
  2. "2010 Census Interactive Population Search". U.S. Census Bureau. 25 may 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
  3. "Detroit bankruptcy officially over, finances handed back to the city". WXYZ. 4 mart 2016 tarixində orijinalından arxivləşdirilib.
  4. Hadley Keller. "Detroit Named First American City of Design by UNESCO". Architectural Digest. 2015. 2017-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-10.

Xarici keçidlər

redaktə
  NODES
design 1
Done 1
see 1