Dilmaçoğulları bəyliyi


Dilmaçoğulları bəyliyi — 1085–1192-ci illər arasında Bitlis və Erzendə müstəqil olan bir türk bəyliyi.

Tarixi dövlət
Dilmaçoğulları bəyliyi
Dilmaçoğulları Beyliği
1085 — 1394

Paytaxt Bitlis
Rəsmi dilləri Türk dili
Dövlət dini İslam

Qurucusu Böyük Səlcuq hökmdarı Alp Arslanın komandirlərindən biri olan Dilmaç Məmməd bəydir (1085–1104-cü illər). Quruluş dövründə Böyük Səlcuq dövlətinə bağlılığını davam etdirən Dilmaçoğulları Toğan Arslan dövründə (1104–1137-ci illər) ən parlaq illərini yaşayıblar. Saltuklular və Ardıqlılar ilə birlikdə xristianlara və gürcülərə qarşı döyüşüblər. Bəyliyin qurucusu Dilmaçoğlu Məmməd (Məhəmməd) Bəy Sultan Alp Arslan dövründə Bekçioğlu Afşin və Əhməd Şah kimi türkmən bəyləri ilə Bizans idarəsindəki Anadoluya axınlarda olurdu. Malazgirt Müharibəsində (1071-ci il) də iştirak edən Dilmaçoğlu Məmməd Bəy daha sonra Səlcuq ordusunun Hələb ətrafında həyata keçirdiyi fəthlərə qatıldı. 1085-ci ildə diyar-ı Bəkir (Diyarbakır) alındıqdan sonra Bitlis və Ahlat da Səlcuq qüvvələri tərəfindən zəbt edildi. Bitlis və ətrafı Məmməd bəyin idarəsinə verilərək ona ikta (istifadə haqqı) tətbiq edildi. Bu şəkildə Dilmaçoğulları Bəyliyi qurulmuş oldu. Əvvəl Qılınc Aslana, onun ölümündən sonra da Ermenşahlara (Ahlatşahlar) tabe oldu. Togan Arslan daha sonra Artuklulardan II Qaziyə tabe olmuş və bu Hökmdarla birlikdə xristianlara və gürcülərə qarşı müharibədə iştirak etmişdir. 1192-ci ildə Ermenşahlardan Begtimur Bitlisi zəbt etdi. Bundan sonra Dilmaçoğulları Bəyliyi XIV əsrin sonlarına qədər hökm sürmüş, ehtimalla Ağqoyunlular dövründə tarixə qarışmışdır.

Bəyliyin hökmdarları

redaktə
  • Atabəy Məhəmməd bəy (1085–1090)
  • Hüsaməddövlə Yeltəkin (1090–1100)
  • Şəmsəddövlə Toğan Arslan (1100–1138)
  • Hüsaməddövlə Kurti (1138–1146)
  • Şəmsəddövlə Yakut Arslan (1146–1148)
  • Fəxrəddövlə şah (1148–1180)
  • Fulan bəy (1180–1192)[1]

İstinadlar

redaktə
  1. Öztuna, Yılmaz, "Devletler ve Hanedanlar" Cilt:2, Kültür Bakanlığı Yayınları, Ankara (1996), s. 48

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES