Dismorfofobiya və ya Güzgü xəstəliyi — hər hansı şəxsdə var olan, amma onun düşündüyü qədər gözə batmayan qüsurların həmin şəxs tərəfindən kifayət qədər çox şişirdilməsi. İlk dəfə E.Morselli tərəfindən 1886-cı ildə işlədilmişdir. Yunanca "δυσ" (dis) anti, "μορφή" (morfo) forma, "φόβος" (fobos) qorxu deməkdir. Çox vaxt heç estetiklə əlaqəsi olmayan bu xəstəlik əslində psixoloji xəstəlikdir. Şəxs bu kiçik qüsuruna fikir verir və onunla daimi məşğul olur.

Bu tip insanlarda bu qüsuru düzəltmə meyli ortaya çıxar. Əslində heç gözə batmayan bu qüsurları görən həkimlər xəstəni psixoloqa yönləndirirlər. Amma bu insanlar psixoloji problemləri olduqlarını heç vaxt qəbul etməzlər. Və müalicə olunmağı rədd edirlər. Estetik əməliyyatlar üçün bütün pullarını səfərbər etməyə hazırdırlar.

Səbəbi

redaktə

Dismorfofobiya əsasən içinə qapanan, çox dostu olmayan, çox gözəl olmayan, həmişə qıraqda qalan və ya çox kök olan insanlarda ortaya çıxır. Son zamanlarda məşhur insanların efirlərdə özlərini nümayiş etdirmələri bu cür şəxslərdə özlərini onlara oxşatma hissini oyadır.

Müalicəsi

redaktə

Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır:

  • xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olur
  • bir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olur
  • xəstə öz qüsurunu faciəyə çevirir
  • xəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyir
  • xəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir.

Bu cür problemi olan şəxslər mütləq psixoloji dəstək almalıdırlar. Psixoloji dəstəklə yanaşı dərmanlar da qəbul etməlidirlər. Psixoloji xəstəlik olduğundan insanlarda birbaşa ölümə yol açmır, amma bu insanda depresiya və stresə səbəb olaraq həmin şəxsi intahara qədər sürükləyə bilməkdədir.

İlk veriləcək müalicə şəxsə pis görünmədiyini qəbul etdirməkdir. Bu mümkün olduqda insan qalan pis fikirlərdən uzaqlaşa biləcəkdir.

Simptomları

redaktə

İlk simptomu şəxsin güzgüyə baxmaqdan imtina etməsidir. Amma özünü bəyənməmə, güzgüyə çox baxmaq da xəstəliyin əlamətləri ola bilər. Əgər özünü bəyənməmə pik nöqtəsinə çatıb həmin şəxsin həyatına təsir göstərirsə mütləq psixoloqa görünməlidir.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES
Done 1