Ekspropriasiya (Şablon:Dil-neolat — mülkiyyətdən məhrumetmə; latınca lat. ех — den/dan + proprius — şəxsi) – 1. (hüquq) əmlakın (mülkün) dövlət hakimiyyəti orqanları tərəfindən məcburi surətdə (əvəzsiz, yaxud haqqı ödənilməklə) özgələşdirilməsi. Ekspropriasiya müsadirə və ya rekvizisiya formasında həyata keçirilir. Əgər milliləşdirmə — alınmış əmlakın (mülkün) dövlət hesabına keçirilməsini nəzərdə tutursa, ekspropriasiya alınmış əmlakın (mülkün) ya dövlət hesabına və ya digər şəxsin hesabına keçirilməsini nəzərdə tutur; 2. adətən dövlət çevrilişləri, inqilablar nəticəsində bir sosial təbəqənin öz əmlakından, hətta əvvəlki sosial mövqeyindən iqtisadi yolla və ya zorakılıqla məhrum etməsi (misal: Böyük Oktyabr sosialist inqilabından sonra, dərhal Sovet dövləti burjua təbəqəsinin əmlakını (mülkiyyətini) ekspropriasiya etmişdir); 3. ekspropriatorların ekspropriasiya edilməsi — qəsbkarların mülkiyyətindən məhrum edilməsi.

Mənbə

redaktə
  • B.Atakişiyev. İnzibati hüquq və terminlər. Bakı: 2008, səh. 127-128.
  NODES