Eldar Bəşir oğlu SultanovPolis zabiti və Çernobıl faciəsində likvidator.

Eldar Sultanov
Eldar Bəşir oğlu Sultanov
Doğum tarixi
Vəfat tarixi 2020
Uşağı 3
Atası Bəşir Sultanov
Milliyyəti Azərbaycanlı
İxtisası Polis zabiti
Fəaliyyəti polis, Çernobıl likvidatorları
Tanınır Çernobıl faciəsində likvidator
Mükafatları "Əmək veteranı" medalı

Həyatı

redaktə

Erkən illəri

redaktə

1972-ci ildə Bakıda polis kimi işə başlayıb.[1] 1974-cü ildə Ukraynaya təyinat alıb.[1]

Çernobıl faciəsi

redaktə

1986-ci il aprelin 26-da Çernobıl faciəsi baş verəndə, Eldar Sultanov Ukraynanın Qostomel şəhərində polis zabiti idi.[1] Qəzadan bir neçə gün sonra, axşam xəbərlərində Çernobıl alovlara bürünmüş nüvə zavodunu görəndən sonra, hərbi komissarlığa yollanaraq, könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək qərarına gəlir.[1][2] Hadisə zamanı, bir çox könüllü kimi sənəd imzalayaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü.[1]

İşə başlayandan bir neçə həftə sonra şualanma Sultanova da təsir etdi. O bir ay müddətində xəstəxanada müalicə aldı, daha sonra yenidən təmizləmə işlərinə geri qaytarıldı.[1] Bir il sonra, 1987-ci ilin may ayında, o, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk etdi.[1] O, Kiyevdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə aldı.[1] Onun sözlərinə görə:

  Mən görmə qabiliyyətimi itirmişdim, və yalnız divardan tutaraq yeriyə bilirdim. Mən hardasa bu şəraitdə iki üç ay bu şəraitdə yaşadım. Normal həyata qayıdacağıma heç kim inanmırdı. Sonra yavaş-yavaş sağalmağa başladım.[1]  

Xəstəxanada Sultanova xəstəliyimin anadangəlmə olduğu və şualanma ilə heç bir əlaqəsi olmadığı bildirildi.[1] Daha sonra Eldar Sultanov xəstəliyinin şualanmanın təsirindən yarandığının təsdiq edilməsi üçün Ukraynanın Səhiyyə Nazirliyinə müraciət edir.[1] 1987-ci ildə Sultanov şüalanma diaqnozu təsdiqlənərək, ilk rəsmi Çernobıl faciəsi əlillərindən biri olmuşdur.[1]

1990-cı ildə faciənin 4-cü il dönümündə könüllülər tərəfindən Azərbaycan "Çernobıl Əlilləri" beynəlxalq ittifaqı yaradıldı və Sultanov cəmiyyətin sədr köməkçisi oldu.[1][3]

2020-ci ildə Covid-19 pandemiyası səbəbi ilə dünyasını dəyişib.[4]

Şəxsi həyatı

redaktə

Üç övladı var. Uşaqlıqdan nərd oynamağı sevir və Azərbaycanda bir neçə yarışın qalibi olub.[1][1]

Təltif və mükafatları

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Rəşidova, Aygün. "Bədənimdə Çernoblın İzləri". chai-khana.org. chai-khana.org. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2019.
  2. "Çernobıl könüllüsü: "25 il susmaq üçün sənəd imzaladıq"". www.bbc.com. BBC. 2021-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2019.
  3. ""XX əsrin ən böyük texnogen faciəsi Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadır", - 32 il əvvəl baş vermiş qəzadan sonra könüllü Ukraynaya yollanan Eldar Sultanov deyir". www.zekainfo.az. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  4. "Çernobıl əlili Sultanov Eldar Bəşir oğlu vəfat edib". Qaziler.az. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  NODES
os 1