Elmar Məmmədyarov

Elmar Məhərrəm oğlu Məmmədyarov (2 iyul 1960, Bakı) — Azərbaycan siyasətçisi və diplomat, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri (2003–2004), Azərbaycan Respublikasının xarici işlər naziri (2004–2020), AFFA İcraiyyə Komitəsinin üzvü, BAAU-nun fəxri doktoru.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov 2017-ci ildə
Elmar Məmmədyarov 2017-ci ildə
2 aprel 2004 – 16 iyul 2020
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasizadə
Novruz Məmmədov
Əli Əsədov
ƏvvəlkiVilayət Quliyev
SonrakıCeyhun Bayramov
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
2 iyul 2003 – 2 aprel 2004
ƏvvəlkiRüfət Ağayev (1994-cü ilədək)
SonrakıEmil Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1960(1960-07-02) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Atası Məhərrəm Məmmədyarov

Təltifləri 1-ci dərəcəli "Xidmətlərinə görə" ordeni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni "Xidmətlərə görə" ordeninin komandor dərəcəsi "Xidmətlərə görə" ordeni komandoru "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Əslən Culfa rayonundan olan Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində Məhərrəm və İzida Məmmədyarovların ailəsində anadan olub. Onun atası Məhərrəm Məmmədyarov alimdir və 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür.

Elmar Məmmədyarov 1977-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" bölməsinə daxil olub və 1982-ci ildə həmin ali təhsil müəssisəsini bitirib.[1]

O, ingilis, rustürk dillərini bilir.[2] Lakin bəzi mənbələrdə Azərbaycan dilini zəif səviyyədə bildiyi qeyd olunub.[3] Sabiq nazir bu səbəbdən mütəmadi olaraq tənqid olunmuşdur.[4]

Bakı Avrasiya Universitetinin fəxri doktorudur.

Ailəsi

redaktə

Anası İzida İbrahimbəyova Fuad İbrahimbəyovun qızıdır.[5][6]

Atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.

Elmar Məmmədyarov Kamilla Məmmədyarova ilə ailəlidir, Emin və Riad adında övladları var. Oğlu Riad Məmmədyarov 2019-cu ildə ABŞ vətəndaşı Aleks Zapalla adlı xanımla evlənib. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-də yaşayır.[7] 2020-ci ildə Elmar Məmmədyarovun ABŞ-də oğlu Eminin adına 4,5 milyon dollarlıq mənzil alması xəbəri yayıldıqdan sonra Emin Məmmədyarova qarşı ABŞ-də vergidən yayınma ittihamı ilə məhkəmə iddiası qaldırılıb.[8]

Fəaliyyəti

redaktə

Elmar Məmmədyarov 1982-ci ildən 1988-ci ilə qədər Azərbaycan SSR Xarici İşlər Nazirliyində II Katib və I Katib vəzifələrində çalışıb.

1988–1991-ci illərdə Sovet İttifaqı Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında çalışan Elmar Məmmədyarov, 1989–1990-cı illərdə ABŞ-dəd Braun Universitetində xarici siyasətin planlaşdırılması sahəsi üzrə çalışıb.

O, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycanın Xarici İşlər Nazirliyində Dövlət protokolu şöbəsinin müdiri olub.

1992–1995-ci illərdə Azərbaycanın BMT yanında olan daimi nümayəndəliyində I katib vəzifəsində çalışan Elmar Məmmədyarov, 1995–1998-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində Beynəlxalq qurumlar idarəsinin rəisi olub.

Elmar Məmmədyarov 1998-ci ildən 2003-cü ilə qədər Azərbaycanın ABŞ səfirliyində müşavir vəzifəsində çalışıb.

Elmar Məmmədyarov Azərbaycan prezidenti Heydər Əliyevin 2 iyun 2003-cü il tarixli 895 nömrəli sərəncamı ilə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[9] Elə həmin gün imzalanan digər sərəncamla ona, fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2 aprel 2004-cü il tarixli sərəncamı ilə Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziri vəzifəsinə təyin edilib.[10] O, bu postda 1999-cu ildən bu vəzifəni yerinə yetirən Vilayət Quliyevi əvəzləyib. Elə həmin gün imzalanan digər sərəncamla Elmar Məmmədyarov, Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən azad edilib.

2019-cu ilin iyul ayında Elmar Məmmədyarov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[11]

2020-ci il iyulun 15-də baş tutan Nazirlər Kabinetinin iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyev Tovuz döyüşləri zamanı Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun göstərdiyi fəaliyyəti sərt tənqid edib.[12] Prezident həmçinin Elmar Məmmədyarovun rəhbərliyi altında son vaxtlarda Xarici İşlər Nazirliyinin əsas iş prinsipinin "dəymə mənə, dəyməyim sənə" olduğunu deyib və nazirliyin hücum diplomatiyası əsasında işləyə bilmədiyini deyib.[13]

16 iyul 2020-ci ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Elmar Məmmədyarov xarici işlər naziri vəzifəsindən azad edilib. İstefasından sonra Elmar Məmmədyarovun Azərbaycanı tərk etməsinə XİN sistemində yol verilmiş korrupsiya və mənimsəmələrə dair Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq tərəfindən aparılan istintaq səbəbilə qadağa qoyulub.[14]

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. "Minister – Elmar Maharram oglu Mammadyarov". Ministry of Foreign Affairs of Azerbaijan. 6 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 May 2011.
  2. "Xarici İşlər Naziri". mfa.gov.az. 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  3. "Vahabzadə: 'Məmmədyarov rusca dedi ki, mən Azərbaycan dilində pis danışıram'". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  4. "Elmar Məmmədyarovun çıxışından heç nə başa düşə bilmədim – Millət vəkili + VİDEO". 2020-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-16.
  5. Nazirin anası danışdı: "1–2 günə buraxılacaq…" Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine teleqraf.com, 8. may 2017
  6. Məhərrəm Məmmədyarov kimdir? Arxivləşdirilib 2022-08-27 at the Wayback Machine islamazeri.com,
  7. "Azərbaycanlı nazirin oğlu ABŞ-də evləndi". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  8. "ABŞ-də Elmar Məmmədyarovun oğluna qarşı məhkəmə iddiası qaldırıldı". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  9. "Elmar Məhərrəm oğlu Məmmədyarovun Azərbaycanın İtaliyada Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 2 iyul 2003-cü il tarixli 895 nömrəli Fərmanı". www.e-qanun.az. 2018. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  10. "Elmar Məhərrəm oğlu Məmmədyarovun Azərbaycan Respublikasının xarici işlər naziri təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 2 aprel 2004-cü il tarixli 159 nömrəli Fərmanı". www.e-qanun.az. 2018. 2021-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.
  11. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  12. "Prezident XİN-in fəaliyyətindən narazıdır: "Mən Xarici İşlər nazirini tapa bilmədim"". 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-15.
  13. ""Xarici İşlər Nazirliyində "dəymə mənə, dəyməyim sənə" prinsipi əsas rol oynayıb"". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  14. "Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
  NODES