Elmi-texniki inqilab

Elmi-texniki inqilabelm və texnikanın sürətli inkişafı nəticəsində istehsal gücünün köklü və keyfiyyətli şəkildə, birdən-birə artması prosesi.

Elmi-texniki inqilab — ictimai istehsalın inkişafında elmin mühüm amilə çevrilməsi əsasında məhsuldar qüvvələrdə baş verən köklü keyfiyyət dəyişikliyi, bilavasitә mәhsuldar qüvvә kimi ictimai inkişafın hәlledici amilinә çevrilmәsi ilә әlaqәdar elmin, texnikanın, istehsal texnologiyasının, elәcә dә insanların bütün hәyat tәrzinin әsaslı dәyişmәsi (transformasiyası). Elmi-texniki inqilab elmi-texniki tәrәqqinin әn yeni mәrhәlәsi sayılır, başlanğıcı, adәtәn, 20 әsrin ortalarına aid edilir. Elmi-texniki inqilab, həmçinin elm və texnikanın inkişafında əsaslı keyfiyyət dəyişikliyi, dərin sıçrayışdır.

Elmi-texniki inqilabın ilkin elmi-texniki vә sosial şәrtlәri var. Onun hazırlanmasında ilk növbәdә 19-cu әsrin sonu — 20-ci әsrin әvvәllәrindә dәqiq vә tәbiyyat elmlәri üzrә nailiyyәtlәrin (elektronun, radioaktivlik hadisәsinin, kimyәvi elementlәrin çevrilmәsinin kәşfi, nisbilik vә kvant nәzәriyyәsinin meydana gәlmәsi) mühüm rolu olmuşdur. Elmlә texnikanın qarşılıqlı әlaqә formaları üç dövrә ayrılır:

a) birinci dövrdә (tәqr. 18-ci әsrә qәdәr) elm vә texnika insan fәaliyyәtinin iki fәrqli vә müstәqil sahәsi kimi tәzahür etmiş, aralarındakı әlaqәsi zәif olmuş, elmin istehsala tәtbiqi tәsadüfi vә qeyri-müntәzәm xarakter daşımışdır. Bu dövrdә elm texnikadan geri qalır vә nailiyyәtlәri izah etmәkdә lәngiyirdi. Texniki ixtiralar alimlәrә deyil, istehsalçılara mәxsus idi;

b) ikinci dövrdә (tәqr. 20-ci әsrin 40-cı illәrinә qәdәr) elmin vә texnikanın inkişaf sәviyyәlәri bәrabәrlәşir, elm texnikanın tәlәbatı ilә daha çox hesablaşır vә onun “sifarişi” әsasında çalışmağa başlayır, bu zaman onlar bir-birinә daha çox ehtiyac hiss edir;

c) üçüncü dövrdә, 20-ci әsrin 40-cı illәrindәn başlayaraq texniki tәrәqqi elmin inkişafından geridә qalır, “elm-texnika” sistemi yüksәlәrәk “elm-texnika-istehsal-insan” sisteminә çevrilir. 1940-cı illәrdә elm atom nüvәsinin parçalanması problemini hәll etmiş, bәşәriyyәt atom enerjisinә malik olmuşdur. Kibernetikanın vә avtomatlaşdırılmış hesablama vasitәlәrinin (kompüterlәrin) yaradılması superkompüterlәr vasitәsilә iri hәcmdә informasiya massivlәrinin avtomatik saxlanılması vә emalına imkan verәn mikroelektronikanın sürәtli inkişafına tәkan vermişdir. İstehsalın, idarәetmәnin vә informasiya proseslәrinin kompleks avtomatlaşdırılması, yeni növ enerjilәrin kәşfi vә istifadә olunması, lazımi xassәli materialların (nanotexnologiya, nanomateriallar, nanoelektronika) yaradılması, biotexnologiyalar Elmi-texniki inqilabın hәyata keçirilmәsindә mühüm rol oynamışdır. Atom enerjisinin tәdqiqi, sonrakı dövrlәrdә kosmosun fәthi elm vә istehsalı qovuşduran iri dövlәt layihәlәrinin icrası, nәhәng elmi-istehsalat komplekslәrinin yaradılması ilә nәticәlәndi.

Elmi-texniki inqilab fasiləsiz davam edən, təkmilləşən, bəşər sivilizasiyasını daim müşayiət edən bir prosesdir. Elmi-texniki inqilab (ETİ) elmi-texniki tərəqqinin (ETT) xüsusi mərhələsidir. Bu dövrdə elm və texnikanın inkişafında keyfiyyət cəhətdən sıçrayış baş verir və cəmiyyətin məhsuldar qüvvələrində əsaslı dəyişikliklər yaranır. ETİ-nin başlıca və həlledici əlaməti elmin son dərəcə yüksək inkişafı və onun bilavasitə məhsuldar qüvvəyə çevrilməsidir.

ETİ-nin səciyyəvi əlamətləri bunlardır: universallıq və əhatəlik, sürətlilik, istehsal prosesində insanın rolunun dəyişməsi, elmin istehsal prosesinin tərkib hissəsinə çevrilməsi.

ETT-nin və onun nailiyyətlərinin istehsalatda tətbiq olunmasının, inkişafının sürətlənməsini həvəsləndirən çox mühüm səbəblərindən biri müharibədən sonrakı yeni beynəlxalq və daxili rəqabət şəraitində istehsalın mənfəətinin dönməz yüksəlişini təmin etmək olmuşdur. “Soyuq müharibə” dövründə ABŞ və SSRİ-nin imperiya ambisiyalarının və hərbi blokların uzunmüddətli qarşıdurmasının da böyük rolu olmuşdur. Onlar yeni növ kütləvi qırğın silahları yaratmağa və onları təkmilləşdirməyə diqqəti artırmışdılar. Rəqabət və yarış kosmosa keçirilmişdi. Kapitalist ölkələrindən fərqli olaraq SSRİ ETİ-nin nailiyyətlərini daha çox hərbi sahədə tətbiq etmişdi.

ETİ nəticəsində təbiətşünaslıq elmləri sırasında biologiyanın yeri yüksəlmişdir. Biotexnologiyanın yüksəlişi sayəsində gen mühəndisliyi inkişaf etmişdir. ETİ kosmosun fəth edilməsinin gerçəkləşməsinə imkan vermişdir. Bu da ölkələrarası əlaqələr üçün geniş imkanlar yaratmışdır. ETİ kapitalizm cəmiyyətinin sosial strukturunda köklü dəyişiklər yaratdı. Siniflər və sosial təbəqələr arasında sədlər demək olar ki, silindi.

ETİ-nin müsbət keyfiyyətləri ilə yanaşı, çox mənfi nəticələri də vardır. Amerika futuroloqları D.Neysbit və R.Eburden göstərirlər ki, “texnologiyalar inkişaf etdikcə biz ümid edirik ki, bütün problemlərimizi həll edirik. Lakin bununla biz özümüzü tələyə salırıq”.

ETİ bəşəriyyəti məhv olmaq təhlükəsi qarşısında qoyan dəhşətli kütləvi qırğın silahlarının yaradılmasına, psixoloji, əsəb və digər infeksion xəstəliklərin yayılmasına səbəb olmuşdur. ETİ-nin nəticəsində şəhər əhalisi ilə kənd əhalisi arasında nisbət kəskin surətdə dəyişmiş, urbanizasiya (şəhərləşmə) artmışdır. O, bir sıra qlobal problemlər (müharibə təhlükəsi, ekoloji terror, ərzaq çatışmamazlığı və b.) yaratmışdır.

ETİ kapitalizm cəmiyyətinin sosial məzmun və mahiyyətində, sosial strukturunda, ideya və nəzəriyyələrində dəyişikliklər yaratdı. Qərb alimləri “dövlət kapitalizmi”, “ümumi xeyirxah dövlət”, “postsənaye cəmiyyəti” nəzəriyyələrini irəli sürdülər.

Dəyişmiş kapitalizmin ən mühüm cəhətlərindən biri liberalizm, sosial-demokratiya və mühafizəkarlıq ideyaları arasında çuğlaşmanın baş verməsidir. Postsənaye cəmiyyətləri bərqərar olmuş ölkələrdə ideyaca müxtəlif istiqamətli cərəyanlar arasında geniş razılıq əldə olunmuşdu. Bu keyfiyyətlər tam şəkildə sosializmin Skandinaviya modelinin həyata keçirildiyi Danimarka, Norveç və İsveçdə özünü göstərməkdədir.

Avropa sosial-demokratiyası Qərb və Şərq arasında gərginliyin aradan götürülməsinə nail olunmasında, Helsinki prosesinin genişləndirilməsində mühüm rol oynamışdır. Əksinə, sosializm ideyalarına əsaslanan iqtisadiyyat yeni şəraitə uyğunlaşmadığına görə XX əsrin 80-ci illərində böhran qarşısında qalaraq vəziyyətdən çıxış yolu tapa bilməmişdir. Bu da SSRİ-nin və dünya sosializm sisteminin dağılması ilə nəticələnmişdi.

Müasir fәlsәfәdә vә sosiologiyada Elmi-texniki inqilab iki baxımdan qiymәtlәndirilir — nikbin (Elmi-texniki inqilab insan sivilizasiyasının inkişafını tәmin edәn qanunauyğun mәrhәlә kimi tәsvir edilir) vә bәdbin (diqqәt texniki inkişafın mәnfi nәticәlәrinә — ekoloji fәlakәtlәrә, nüvә tәhlükәsinә, texnikanın insan orqanizminә vә psixikasına mәnfi tәsirinә vә s. cәlb edilir).

Sonradan әsaslandırılan sosioloji nәzәriyyәlәrindә Elmi-texniki inqilab sәnaye cәmiyyәtindәn informasiya vә xidmәt sferasının üstünlük tәşkil etdiyi, kütlәvi siyasәtdә vә idarәçilikdә elmi elitanın aparıcı rol oynadığı postindustrial cәmiyyәtә keçidlә әlaqәlәndirilmişdir.

Mənbə

redaktə
  NODES
Note 1