Empedokl

Qədim yunan filosofu

Empedokles (yun. Ἐμπεδοκλῆς, təq. e.ə. 494[1][2]təq. e.ə. 434[2], güm. Etna[3]) — qədim yunan filosofu.

Empedokles
Ἐμπεδοκλῆς
Doğum tarixi təq. e.ə. 494[1][2]
Vəfat tarixi təq. e.ə. 434[2]
Vəfat yeri
Vəfat səbəbi yıxılma[d]
İstiqaməti Sokrataqədərki fəlsəfə
Əsas maraqları fəlsəfə, tibb
Təsirlənib Pifaqor[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Fəlsəfəsi

redaktə

Cənubi İtaliyanın Aqraqant şəhərindən idi. Tədqiqatlara görə onun ziddiyyətli şəxs olduğu qeyd edilir. Rəvayətlərə görə o özünü tanrı elan edərək püskürən vulkana atmışdır. Onun “Təbiət haqqında”“Təmizlənmələr” adlı kitablarından zamanımıza bəzi fraqmentlər gəlib çatmışdır. O, Eleya fəlsəfi məktəbinin nümayəndəsi olan Parmenid kimi varlığın əbədiliyini və dəyişməzliyini iddia edirdi. Ancaq, Parmenid bütün varlığı tamlıq şəklində görürdüsə, Empedokl növlərin də mövcud olmasını inkar etmirdi. Deməli, onun fikrincə dünyada həm tam, həm də növlər vardır.

Empedokla görə hər şeyin əsasında od, hava, su və torpaq durur[5]. Hər şey bu ünsürlərin birləşməsindən yaranır. Şeylərin məhv olması isə onların dağılması deməkdir. Dünyanı heç kəs yaratmamışdır, çünki yoxluqdan varlıq yarana bilməz.

Empedokl fəlsəfəsində bir-biri ilə savaşan SevgiNifrət dualizmi vardır ki[6], o da bu ünsürləri hərəkətə gətirir. Öncə Sevgi hökmranlıq edir. O bütün dünyanı birləşdirir, tamlıqda saxlayır. Sonra Nifrət gəlir, o isə hər şeyi parçalayır, ayırır və bunun nəticəsində növlər yaranır. Bu proses də daim təkrarlanmaqdadır. Tədqiqatçılara görə Empedoklun bu düşüncələri ilə zərdüştlük arasında bənzərliklər vardır. Belə ki, zərdüştlükdə də xeyrin substansiyası olan Hörmüzdün şərin təcəssümü olan Əhrimənlə qarşıdurması dünyanın əsasını təşkil edir.

Empedokla görə canlılar cansızlardan yaranmışdır. Öncə ayrı-ayrı cansız bədən üzvləri yaranmış, sonra Sevginin hakimiyyəti gücləndikcə onlar birləşmiş və beləliklə, canlılar yaranmışdır[7]. Sonra canlılar arasında qarşıdurma olmuş, bunun sonu olaraq ən güclüləri yaşamış, zəiflər isə məhv olmuşdur. Burada isə “təbii seçim” nəzəriyyəsinin ilk təzahürləri müşahidə edilir ki, onu XIX əsrdə Çarlz Darvin öz bioloji nəzəriyyəsində istifadə etmişdir.

Bundan başqa Empedokl belə bir fikir irəli sürmüşdür ki, fəzada işığın yayılması üçün ona müəyyən bir vaxt lazımdır. İşığın surəti o qədər böyükdür ki, biz onu duyğu orqanlarımızın sərhədlərini aşdığı üçün izləyə bilmirik. Bu fikirlər isə yalnız müasir dövrdə elmlərin inkişaf etməsindən sonra təsdiq edilmişdir[7].

Empedokla görə ətraf mühiti qavrama (dərk etmə) prosesi bədənin orqanlarının quruluşundan asılıdır. Onlar qavranılan obyektə uyğun olmalıdır. Bu uyğunluq olarsa ətrafdakı şeylər dərk edilir, uyğunluq olmazsa edilmir.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 25-27. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə
  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 25-27. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Егоров А.С. Эмпедокл и проблема греческого шаманизма // Вопросы философии. М., 2007.№ 8. С. 97-105.
  • Егоров А.С. 2007: Проблемы реконструкции учения Эмпедокла. Авт. дисс... к.филос.н. М.
  • Сёмушкин А. В. "Загадка" Эмпедокла // Историко-философский ежегодник 1988. М.:"Наука", 1988.-С.22-37.
  • Kingsley, Peter (1995). Ancient Philosophy, Mystery, and Magic: Empedocles and Pythagorean Tradition. Oxford: Clarendon Press. ISBN 0-19-814988-3.
  • Wright, M. R. (1995). Empedocles: The Extant Fragments (new ed.). London: Bristol Classical Press. ISBN 1-85399-482-0.

İstinadlar

redaktə
  1. 1 2 Bréhier É. Histoire de la philosophie (fr.). Éditions F. Alcan, 1926. Vol. 1. P. 59.
  2. 1 2 3 4 https://books.google.cat/books?id=4qtSF3BUbjAC&pg=PA6. S. 6.
  3. 1 2 https://books.google.cat/books?id=4qtSF3BUbjAC&pg=PA17. S. 17.
  4. Любкер Ф. Empedocles (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 468.
  5. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 368.
  6. Empedocles. Fragments // Early Greek Philosophy by John Burnet, 3rd edition . London: A & C Black Ltd., 1920, pp. 14-15.
  7. 1 2 Краткий очерк истории философии Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine / под редакцией М. Т. Иовчука, Т.Н. Ойземана, И. Я. Щипанова. М.: Мысль, 1975, s. 49-50.
  NODES
Done 1