Epiktet (yun. Έπίκτητος, təq. 50[1][2][…], Hierapolis138[3]) — yunandilli Roma filosofu, stoaçılıq məktəbinin ardıcılı. Öz fəlsəfəsində daha çox praktiki müdriklik haqqında danışan Epiktet, eramızın 50-138-ci illəri arasında yaşayan, yeni stoizmin (Roma stoizmi) nümayəndələrindən biridir. Fəlsəfəsində “yaxşı həyat nədir?” sualına cavab axtarırdı. Neronun mühafizəçilərindən birinin köləsi olan Epiktet ən nəhayətində azadlığını əldə etməyi bacarmış və ən özünəmxəsus düşüncə xadimlərindən biri olmuşdu.[4]

Epiktet
Έπίκτητος
Doğum tarixi təq. 50[1][2][…]
Doğum yeri
Vəfat tarixi 138[3]
Dövr Roma imperiyası[3]
İstiqaməti stoaçılıq[3]
Əsas maraqları fəlsəfə[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Həyatı

redaktə

I əsrin başlanğıcında (təqribən 50-ci ildə) Frigiyanın Hierapolis şəhərində dünyaya gəldiyi zənn edilir. Romada Epafroditon adlı bir kəsin qulu idi. Orada stoacı filosof Musonius Rufusun dərslərində olur.

Azad edildikdən sonra özünü fəlsəfəyə həsr edir. İnsanın praktik yaşamağının dəyərləndirməsin əsas tutdu. Romadan qovulmuş, Nikopolisdə yoxsulluq içində ölmüşdür (təqribən 135-ci ildə).

Epiktet 94-cü ildə Epir adasının Nikopol şəhərində öz fəlsəfi məktəbini yaratmışdır. Onun mühazirələrini dostu olan Arrian "Düşüncələr və söhbətlər" (Ditribai Enkheriridion) adlı kitabında vermişdir.

Həmin kitabdan:

"Fəlsəfə ilə məşğul oluram" demə, "Özümü xilas edirəm" de!

"Bizi fəlakətə aparan şey, fəlsəfəni dilimizin ucu ilə dadar-dadmaz, filosof roluna girməyimiz, başqalarına kömək etməyi düşünməyimiz, dünya insanlarını islah etməyi istəməyimizdir. Ey dost! Öncə özünü islah et! Sonra insanlara fəlsəfənin islah etdiyi bir adam göstər"

Epiktet xoşbəxtliyimizin hadisələri necə qavradığımızla bağlı olduğunu və hər kəsin uzun danışıqlar olaraq da bildiyi həqiqətləri olduğu kimi görə biləcəyimiz monoloqlar üzərində işləməyin gərəkdiyini düşünürdü.[4]

O, insanın özünə qarşı olan məsuliyyətlərin də çox önəmli olduğuna inanırdı. Bu məsuliyyətlər içərisində ən birinci olaraq bədən təmizliyi gəlir. Bu vəziyyəti “Mövzu mən olduğumda, fəlsəfə ilə maraqlanan gənc bir adamın ilk olaraq özünə vaxt ayırmasını, daha sonra dərvişvari bir həyata qucaq açmasını seçirəm” deyə şərh edirdi. Epiktetin təmizlikdən başqa heyran olduğu digər xüsusiyyətlər isə ölçülü olmaq, təvazökarlıq və dürüstlükdür.[4]

Hər mövzuda məntiqini və ağlını önə çıxaran bir dahi olmasına baxmayaraq, Epiktet insan sevgisinə və bütün insanların bərabərliyinə inanırdı.

Mənbə

redaktə
  • Türkiyə, “Kaknüs” nəşri, 1999.(Türkçəyə tərcümə-Cemal Süer)
  • Jankoviç, İ. "Epiktet kimdir? - Bir kölə azadlığı necə tapdı", Bakı Fəlsəfə Akademiyası

Fəlsəfəsi

redaktə

Epiktet hesab edirdi ki, dünya vahid substansiyadan yaranıb və onda dövr etmə qanunu hökm sürür. Hər bir şey vaxtı çatdıqda məhv olur, onun yerini başqa şey tutur. Ölüm isə şeylərin ilkin elementlərə parçalanması prosesidir.[5]

Müəllimi Seneka kimi Epiktet də əxlaqi problemlərə önəm verirdi. O hesab edirdi ki, insanın mənəvi baxımdan azad olması problemi onun özündən asılıdır. Əgər qul bütün əzablara sinə gəlirsə, o əzablar haqqında düşünüb həyatı anlayırsa, o zaman sahibindən mənəvi baxımdan daha çox azad olur. Əslində isə kölə deyil, məhz onun sahibi öz ehtiraslarının və nəfsinin quludur. Beləliklə, kölənin mənəvi azadlığı ondan heç kəs ala bilməz.[5]

Çevrənin dərk edilməsi

redaktə

Epiktetin fikrincə təbiətin dərk edilməsi prosesi üç mərhələlidir. Birinci mərhələdə insan öz bilməməzliyini, cahilliyini dərk edir. İkinci mərhələdə o elmlərlə, nəzəri təlimlərlə məşğul olur, xeyirlə şəri bir-birindən fərqləndirir. Sonuncu mərhələ isə müdriklikdir, o mərhələdə müdrik insan bütün insanlığın öndəri (müəllimi) olur.

Toposlar

redaktə

Başqa stoaçı filosoflar kimi Epiktetin fəlsəfəsi də üç hissəyə (toposa) bölünür; bunlar fizika, etikaməntiqdir[6].

Birinci topos insan təbiətini, onun hüdudlarını, eləcə də arzu və istəklərinin qanunauyğunluğunu təyin edir.

İkinci toposda insanın düzgün davranışı, tərbiyəsi və əxlaqı məsələlərinə baxılır.

Üçüncü topos isə insanın yanılmaması, düzgün mülahizələr irəli sürməsi, düşüncəsinin iti olması kimi problemlərə həsr edilmişdir. Toposların hamısının ümumi məqsədi isə insana xoşbəxtlik yolunu göstərməkdir.

Taleyin hömranlığı

redaktə

Epiktet taleyin hökmranlığını, eləcə də tanrıların çoxluğunu etiraf edirdi, onların vasitəsi ilə dünyanın təbiətini və hərəkətini izah etməyə çalışırdı. Dünyanın qavranılması məsələlərində isə o, duyğuçu (sensualist) kimi çıxış edirdi.

Epiktetin fikrincə insan təbiətdə və cəmiyyətdə gedən prosesləri dəyişə bilməz; yalnız həmin proseslərə öz münasibətini bildirib, onlardan mənəvi cəhətdən azad ola bilər. Ona görə də, insan bədəninə deyil, ruhuna qayğı göstərməlidir. O maddi deyil, ruhun zənginliyinə can atmalıdır. İnsanın əsl mahiyyəti isə onun düşüncəsindədir.[7]

Ən yüksək xoşbəxtlik insanın təbiətə və tanrıların qanunlarına uyğun həyat sürməsindədir. Epiktetin fikrincə bütün insanlar tanrı oğulları və qızlarıdır; bu səbəbdən onların hamısı dünya vətəndaşı olaraq bərabər haqq və hüquqa sahibdirlər.

İlahi tale qarşısında insanlar dözümlü olmalıdırlar[8]. Əgər onlar yoxsulluq, xəstəlik, bədbəxtlik içində yaşayırlarsa onda bu çətinliklərdən qurtulmaq üçün çarpışmalıdırlar. Ancaq, bu da bir müsbət sonluğa gətirmirsə, onda insan öz taleyi ilə barışıb, həmin çətinliklərə bir xeyir kimi baxmalıdır. Epiktet həm də hesab edirdi ki, şərə qarşı mübarizə etmək deyil, ona qarşı davam gətirmək lazımdır. Hətta, döyülən adam ona qarşı zor işlədəni sevməli, müqavimət göstərməkdən çəkinməlidir.

Təsiri

redaktə

Epiktetin bu kimi fikirləri sonralar xristianlıq və İslamın bir çox təriqətlərinin təlimində də təkrar edilmişdir. Bilindiyi kimi bu dinlərdə də buna bənzər bir sıra etik prinsipləri vardır.

İstinadlar

redaktə
  1. 1 2 Epictetus // Catalogue of the Library of the Pontifical University of Saint Thomas Aquinas.
  2. 1 2 autori vari Epitteto // Treccani Philosophy (it.). / G. Bedeschi Istituto dell'Enciclopedia Italiana, 2009.
  3. 1 2 3 4 5 Эпиктет (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
  4. 1 2 3 Jankoviç, İgor. Epiktet kimdir? - bir kölə azadlığı necə tapdı. Bakı Fəlsəfə Akademiyası. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  5. 1 2 Столяров А. А. Эпиктет // Новая философская энциклопедия: В 4 тт. Arxivləşdirilib 2016-08-11 at the Wayback Machine М.: Мысль. Под редакцией В. С. Стёпина. 2001.
  6. Маковельский А. О. Мораль Эпиктета Arxivləşdirilib 2023-07-09 at the Wayback Machine. Казань: Типо-литография императорского университета, 1912, s. 13.
  7. Беседы Эпиктета Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. М.: Ладомир, 1997, s. 159.
  8. Беседы Эпиктета Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. М.: Ладомир, 1997, s. 49-51.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 183-185. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16..
  • Brian E. Johnson, The Role Ethics of Epictetus: Stoicism in Ordinary Life, Lanham: Lexington Books, 2014.
  • Keith Seddon, Epictetus' Handbook, Oxon 2005.
  • A. A. LongEpictetus: A Stoic and Socratic Guide to Life, Oxford: Oxford University Press, 2002.
  • Theodore Scaltsas, Andrew S. Mason (ed.), The Philosophy of Epictetus. Oxford: Oxford University Press, 2007.
  • Радлов Э. Л.,. Эпиктет // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  • Чертков В. Г. Римский мудрец Эпиктет, его жизнь и учение. М., 1889. 142 стр.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES
dada 1
dada 1
Done 1
eth 1