Fəryad (film, 1993)

Azərbaycan savaş drama filmi

Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi.[1]

Fəryad
Fayl:Fəryad (film, 1993).jpg
Janr dram
döyüş
müharibə
Rejissor Ceyhun Mirzəyev
Ssenari müəllifi Vaqif Mustafayev
Baş rollarda Ceyhun Mirzəyev — İsmayıl
Məlik Dadaşov — Xaçaturyans
Hacı İsmayılov — Rövşən
Liana Qudadze — erməni
Fikrət Məmmədov — erməni əsgər
Fərəc Fərəcov — Xoren
Operator Kənan Məmmədov
Bəstəkar Cavanşir Quliyev
Rəssam Rafiz İsmayılov
İstehsalçılar "İnkişaf" Banklararası Mərkəzi Səhmdar Bankı
"Aşkarfilm" Şirkəti
Distribütor Azərbaycanfilm
İlk baxış tarixi 1993
Filmin növü tammetrajlı bədii film
Müddət 78 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1993
Texniki məlumatlar 8 hissə
2160 metr
35 mm
Rəng rəngli (ağ-qara kadrlarla)
IMDb ID1626820

Məzmunu

redaktə

"Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…[2]

Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.

Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

Festivallar və mükafatlar

redaktə
1) 1994-cü ildə
  • Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir.
2) 1994-cü ildə
  • Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.
3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
  • Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir.

Film haqqında

redaktə
  • Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Baş rolun ifaçısı Ceyhun Mirzəyev filmi izləyə bilməmişdir.[3]
  • Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.
  • Filmdə "Ögey ana" filminin kadrlarından istifadə olunmuşdur.[4]

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər (titrlərdəki sıraya görə)

redaktə
Prodüser: Nazim Abdullayev
Texniki prodüser: Faiq Əliyev
Ssenari müəllifi: Vaqif Mustafayev
Quruluşçu rejissor: Ceyhun Mirzəyev
Quruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi)
Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis Rza kimi)
Bəstəkar: Cavanşir Quliyev
Səs operatoru: Əsəd Əsədov
Montaj edən: Nailə Dadaşova
Filmin direktoru: Qasım Səfəroğlu
Rejissor: Süleyman Əhmədov
Operator: Tərlan Babayev
Çalır: Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl
Dirijor: Rafiq Babayev
Baş məsləhətçi: Rüfət Əmirov (polkovnik)
Məsləhətçi: Nizami Musayev (polis podpolkovniki)
Rejissor assistenti: Aydın Mahmudbəyov, N.Məmmədova, Elşən Məmmədov, Ülvi Mehdi (4-cü titrlərdə yoxdur)
Operator assistenti: M.Muradov
Rəssam assistenti: Əziz Məmmədov
Montaj üzrə assistent: S.Heydərqızı
Qrim rəssamı: Elbrus Vahidov, Çingiz Paşayev
Dekor rəssamı: Rafiq Nəsirov
Fotoqraf-rəssam: Pərviz Quliyev
Rəng araşdırıcısı: Əminə Cəfərova
Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov
İşıq ustası: Tahir Bağırov
İşıqçı: Məhəmməd Hacıyev, Şəmsi Qədirov
Trüklərin quruluşu: Əli Məmmədov
Kaskadyor: Əli Məmmədov
Pirotexnik: Əlibala Məmmədov
Redaktor: Mirzəağa Atəş
İnzibatçı: M.Səfərov, F.Hüseynov, Ü.Səfərov
Rus dilindən tərcümə mətnini oxuyan: Rafiq Hüseynov (titrlərdə yoxdur)

Rollarda

redaktə
Ceyhun Mirzəyev — İsmayıl[5]
Məlik Dadaşov — Armen Xaçaturyans[6]
Hacı İsmayılov — Rövşən
Liana Qudadze — Asya
Fikrət Məmmədov — erməni əsgər
Cəbrayıl Rzayev
Yekaterina Arçaiya
Şamil Mahmudbəyov — Samvel
Nəcibə Behbudova — erməni qadın
Lalə Bağırova — erməni müəllimə
Elmira Şabanova — İsmayılın anası
Fərəc Fərəcov — Xoren
Yuri Qorobets
Şahmar Qəribli (Şahmar Qəribov kimi) — erməni
Lida Babayeva
Sənubər İsgəndərli — İsmayılın arvadı
Rahib Əliyev
Konstantin Artyomov
Aqşin Səfərov
Kamal Hüseynov
Kamil Məhərrəmov
Nazir Əliyev — erməni milis nəfəri
Rafiq Əliyev
Nazim İbrahimov
Anar Məmmədov
Elşən Rüstəmov — ağ atlı oğlan
Cavanşir Hadıyev
Heybət Hörmət (Heybət Hörmətzadə kimi) — Levon
Ağaəli Babayev
Süleyman Zeynalov
Şahin Balakişiyev
İdris Rüstəmov
Elbrus Vahidov
Namis Şirməmmədov — zabit
Emiliya Əzimova
Aydın Mahmudbəyov
N.Quliyev
Kənan Məmmədov — erməni
E.Satılmışov
Manaf Dadaşov
G.Abdullayeva
Səhiyəddin Həsənov (S.Həsənov kimi)
Rafiq Qasımov
G.İmanova
R.Məhərrəmova
Faiq Babayev
Azad Dadaşov
Ruslan Kərimov — erməni

İstinadlar

redaktə
  1. Nizami Kino Mərkəzində "Fəryad" filmi nümayiş olunur: [filmin quruluşçu rejissoru Ceyhun Mirzəyevdir] //Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 3.
  2. Gülşən Raufqızı. "Kadraraxası: "Ceyhun dedi ki, "məni döyün", şil-küt elədilər onu.."" (az.). modern.az. 2014-06-28. 2014-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.
  3. "Fəryad" filminin kadrarxası: Baş rolun ifaçısı Ceyhun Mirzəyevin izləyə bilmədiyi film //Azadlıq.- 2014.- 30 iyun.- S.14.
  4. ""Ögey ana"nın İsmayılı "Fəryad"ın qəhrəmanı oldu" //Xalq.- 2011.- 16 aprel.
  5. Dadaşov, A. Ceyhun Mirzəyevin "Fəryad"ı //Mədəni həyat.- 2014.- № 4.- S.80–81.
  6. "Axırıncı aşırım"dan "Fəryad"a qədər: Məlik Dadaşov xarakterlər ustasıydı: [Xalq artisti haqqında] //Şərq. — 2011.- 18 iyun.- S. 11.

Mənbə

redaktə
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362–364.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
  NODES