Fətəli şah Qacar

Fətəli şah Qacar (1771[1], Damğan, Simnan ostanı23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, FransaRusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı.

Fətəli şah Qacar
Fətəli şah ibn Hüseynqulu xan Qovanlı-Qacar
فتحعلى‌شاه قاجار
17 iyun 1797 – 23 oktyabr 1834
(ləqəbi: Şahənşah
Xaqan
)
ƏvvəlkiAğa Məhəmməd şah Qacar
SonrakıMəhəmməd şah Qacar
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Damğan, Qacarlar dövləti
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri İsfahan, Qacarlar dövləti
Dəfn yeri Fatimə-i Məsumə Türbəsi
Fəaliyyəti siyasətçi
Atası Hüseynqulu xan Qovanlı-Qacar
Anası Ağabacı
Həyat yoldaşları Tovuz xanım, Xeyrülnisə xanım, Ağabəyim ağa
Uşaqları Məhəmmədəli mirzə Qovanlı-Qacar, Abbas Mirzə, Şahbəyim xanım
Ailəsi Qacarlar
Dini Şiə (İslam)
Rütbəsi Marşal

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.

1834-cü ildə vəfat edib.

Hakimiyyətə gəlişi

redaktə

Qacar xanın baş naziri (Sədrəzəm) Etimadəddövlə adı ilə tanınan Hacı İbrahim xan Kəlantər İran şahının ölüm xəbərini Baba Yusif adlı bir xidmətçi vasitəsilə Ağa Məhəmməd şah Qacarın vəliəhdi Xanbaba Cahanbaniyə çatdırdı. Baba Yusif məktubu ona Şirazda çatdırdı. İki təzadlı fikri Xanbaba Cahanbaniyə bir məktubda çatdırmalı olan Hacı İbrahim xan Etimadəddövlə məktubun əvvəlində ondan əvvəl deyilmiş bir şeir yazdı. Bu şeir həyatı tərk etmiş şahın ölüm xəbərini taxt-taca varis olacaq yeni padşaha çatdırmaq və onu təbrik etmək məqamında yazılırdı. O şeir belə idi:

Bilmirəm ağlayım, yoxsa ki, gülüm, Çünki dərya batdı, yox oldu, lakin gövhər üzə çıxdı.

Xanbaba Cahanbani (Fətəli şah) əmisinin ölüm xəbərini eşidib ağladı. Onun ətrafındakılar da bir az ağlayıb sonra Xanbabanı təbrik etdilər. Baba Yusif Şafir Xanbabadan ənam aldıqdan sonra İranın yeni padşahının məktublarını Şiraz və İsfahan arasında yerləşən şəhərlərin hakimlərinə çatdırmaq üçün mürəxxəs oldu.

Xanbaba Cahanbaninin göstərişi ilə tezliklə möhür həkk olundu və müxtəlif vilayətlərə göndərilən proqramlar həmin möhürə Şah Baba Qacar adı ilə möhürləndi. Yeni padşah 1797-ci miladi/1212-ci hicri ilinin Ramazan bayramında özünə Fətəli şah adını qoydu. Həmin ilin Ramazan bayaamı günü Novruz bayramının və baharın başlandığı gün idi və həmin gün Fətəli şah Tehranda tacqoyma mərasimi keçirdi.

Yaradıcılığı

redaktə

Fətəli şah şair idi. Xaqan təxəllüsü ilə şeirlər yazırdı.

Eşitmişəm ki, busənin qiymətini cana bərabər edib, Min heyf olsun ki, bədənimdə min canım yoxdur.

Gözəllərin üzünün xəyalı ilə sinəmdən ucalan ürək nalələrim Firəng kilsəsindəki zəng səsi kimidir.

(Sətri tərcümə)

Övladları

redaktə

Oğulları

Həmçinin bax

redaktə
  1. https://www.biografiasyvidas.com/biografia/f/fath.htm.
  NODES