Lockheed Martin F-22 Raptor

Döyüş təyyarəsi
(F-22 səhifəsindən yönləndirilmişdir)

"F-22 Raptor"Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər.[1]

Lockheed Martin F-22 Raptor
Tipi Beşinci nəsil qırıcı, Qırıcı
Hazırlayan Lockheed Martin
İstehsalçı Lockheed Martin, Boeing, General Dynamics
İlk uçuş 29 noyabr 1990
İstismara verilmə tarixi 15 dekabr 2005
İstismarçılar
Buraxılış sayı 195
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi. Aerokosmik kompaniyalarla məsləhətləşmələrdən sonra TTD təyyarəsinin hava-hava istiqamətində ixtisaslaşması qərara alındı. Yeni təyyarə ən son ixtiralarla təchiz olunmalı, yeni nəsil kompozit və daha yüngül materiallardan istifadə edilməli, təkmil uçuş idarə sistemləri, daha güclü mühərriklər və ən əsası stels texnologiyasından (radara düşməmək) istifadə edilməli idi. 1986-cı ildə HHQ aerokosmik kompaniyalara öz layihələrini verməklə bağlı göstəriş verdi. Bunlarla eyni zamanda ABŞ Hərbi Dəniz qüvvələri də TTD proqramının bazasında Donanma Təkmil Taktiki Döyüşçü proqramını elan etdi. Donanma Hərbi Hava Qüvvələri üçün yaradılacaq yeni təyyarənin bazasında yaradılacaq təyyarəni F-14-ləri əvəz etmək üçün istifadə edəcəkdi. TTD proqramına 750 təyyarə, DTTD proqramına isə 546 təyyarə sifariş ediləcəkdi.

1986-cı il İyulda Lockheed, Boeing, General Dynamics, Northrop, Grumman və Rokwell tərəfindən HHQ-yə TTD layihələri təqdim edildi. Lakin ikisi sonradan çıxarıldı.

Bundan sonra TTD proqramında iştiraklarını davam etdirmək və xərcləri azaltmaq üçün Lockheed Boeing və General Dynamicslə əməkdaşlığa, Norhtrop isə McDonnel Douglasla əməkdaşlığa getdi. Lockheed və Northropun layihələri 31 Oktyabr 1986-cı ildə finalist kimi seçildi.

Hər iki komandaya öz təyyarələrinin prototiplərini yaratmaq üçün 50 ay verildi. Verilən müddətə hər iki kompaniya öz prototiplərini hazırladı: Lockheedin dizaynı YF-22, Norhtropun dizaynı isə YF-23 adlandırıldı.

1990-cı ilin Dekabrında hər iki komanda testlərin nəticəsini və özlərinin təkliflərini  tam şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə təqdim edilər. 1991-ci ilin Aprelin 23-də isə HHQ başçısı Donald Rice YF-22-ni qalib elan etdi. Bundan sonra YF-22-nin adı ordu standartlarına uyğun olaraq F-22 ilə əvəzləndi. Pratt&Whitney YF119 mühərrikləri F-22 modelinin istehsal versiyası üçün seçildi. Lockheed və Pratt&Whitney dizaynları daha yaxşı texniki göstəricilərlə yanaşı daha az risklərə malik idi.

İstinadlar

redaktə
  1. "Çini Qorxuya Salan Amerika Silah Sistemləri". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-28.
  NODES