Farenheyt 451 — yazıçı Rey Bredberi tərəfindən psixoloji janrda yazılmış bədii roman. Roman əsasında Univesal kinostudiyası tərəfindən film də çəkilib.

Farenheyt 451
Fahrenheit 451
Müəllif Ray Bredberi
Janrlar dram və psixologiya
Orijinalın dili ingilis
Ölkə ABŞ ABŞ
Orijinalın nəşr ili 1953-cü il
Cild I
Növ Bədii əsər
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tez-tez onun ən yaxşı əsərlərindən biri hesab edilən, Farenheyt 451, kitabların qadağan edildiyi və "yanğınsöndürənlərin" tapılan hər şeyi yandırdığı Amerika cəmiyyətini təsvir edir. Roman ədəbiyyata senzura tətbiq etmək və biliyi məhv etmək rolundan məyus olan, sonra isə işini tərk edərək özünü ədəbi və mədəni yazıların qorunub saxlanmasına həsr edən yanğınsöndürən Qay Monteqdən bəhs edir.

Kitab adını fizikadakı temperatur vahidindən alıb. Belə ki, adi kağızın alışması üçün 451 °F (233 °C) kifayət edir.

Məzmun

redaktə

Qay Monteq yanğınsöndürəndir və kitablara nifrət edir. O, həyatının son 10 ilini kitabları oğurlayıb yandırmaqla keçirib. Bu müddətdə Monteq on minlərlə kitab yandırır. O, sadəcə yandırır, lakin özünü mühakimə etmir. Amma bir gün Monteq işdən evə qayıdan da 17 yaşlı Klarissa adlı qızla rastlaşır. Onunla söhbətdən sonra Monteqin həyatı dəyişilir. O, boşluğa düşdüyünü hiss edir. Oğurladığı kitabları oxumağa başlayır. O, bu boşluqdan qurtulmaq üçün mübarizəyə start verir.

  NODES
Done 1