Fentezi

Ədəbiyyatda janr

Fanteziədəbiyyatdan götürülmüş və ədəbiyyat, kino və cizgi filmləri, kompüter oyunları və teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır.

Janrın qısa xülasəsi

redaktə

Bu janrın ən əhəmiyyətli xüsusiyyəti, real dünyaya fantastik elementlər qatılması yerinə, tamamilə yazıçı təxəyyülünə söykən bir dünyada keçən əhvalatlar anlatmağıdır. Mifologiyası, coğrafiyası, tarixi, irqləri ilə, "yəni hər detalıyla" yazıçıya aid bir dünyadır bu. Əlbəttə yazıçı bu dünyanı hazırlayarkən gerçək dünyanın sözlərindən və bəzi qanunlarından faydalanır. Amma növün ciddiyə alına biləcək yazıçıları, bu sözləri aid olduqları mədəniyyətlərdən qoparmağa, onlara tam fərqli mənalar yükləməyə daim diqqət göstəriblər.

Janrın üstünlükləri

redaktə

Fentezi janrının ən böyük üstünlüyü, hər millətdən oxucuya eyni məsafədə dayanmasıdır. Azərbaycanlı, İngilis ya da bir Yapon oxucu, fərqi yoxdu hər kəs fentezinin xarakterlərinə eyni dərəcədə yaxın ola bilər. Çünki digər janrların əksinə fentezi müəyyən bir cəmiyyətin və ya ölkənin mentalitetinə uyğun yazılmır. Bu janrda qurulan dünyanın öz adətləri və qanunları, cəmiyyətin isə xüsusi düşüncə tərzi olur. Məsələn: J. K. Rowling’in "Harry Potter" əsərində hərəkət edən şəkillər və uçan süpürgələr nə qədər təbii görünsə də "maqıl"ların gözündə (kitabda insanlara maqıl deyilir) bunlar o qədər mümkünsüzdü.

Nikki Gamble fentezini üç yerə bölür:

redaktə
  • Real dünyanın mövcud olmadığı mühit (Ga'Hoole’un himayəçiləri, Discworld, Buz və odun musiqisi, Zaman çarxı)
  • İkinci dünyaya real dünyanın qapısından daxil olunur (Alisa möcüzələr diyarında, Narniya səlnamələri, Onun qara fikirləri, Xans, Qaranlıq Qüllə)
  • Real dünyanın içərisində onun bir hissəsi olan fərqli bir dünya (Harry Potter, Peqana’nın Tanrıları)


Real dünyanın mövcud olmadığı yerdə, qurulmuş dünyanın xəritəsi, coğrafiyası və tarixi tez – tez göstərilir. İkinci dünya real dünyaya əsaslanır, yaxud simvolik olaraq onu təmsil edir. Məsələn: Phillip Pullman’ın "Şimal Şəfəqləri" (Qızıl Kompas adlı film bu əsərin motivləri əsasında çəkilmişdir), əsəri buna misal ola bilər. Pullman girişində onu izah edir ki, burada mühit bizimki kimidir, ancaq bir çox yönlərinə görə fərqlənir. Dünya içərisində ikinci dünya real dünya ilə birlikdə mövcud olur, buna baxmayaraq real dünyanın sakinləri anlaşılmaz səbəblərdən ikinci dünyadan xəbərsizdirlər. Harry Potter da real dünyada qurulub, buna baxmayaraq Hoqvarts məktəbinin Şotlandiyada təcrid edilmiş bir yerdə yerləşdiyi və real dünyadan ancaq fiziki cəhətdən ayrıldığı dünya içində dünyada yerləşir. Buna görə de Hoqvarts, C. S. Lewis’in Narnia əsərində olduğu kimi alternativ dünyadır və əsər fentezi janrı kimi özünü göstərir. Gembl iddia edir ki, "Üzüklərin hökmdarı" real dünyanın olmadığı yerdə baş verir. Bu Tolkinin inkar etdiyi bir şey idi və o iddia edirdi ki burada Orta Dünya keçmişdəki real dünyadır. Bir çox hallarda o, bu hadisələrin başqa planetdə yox, Yerdə baş verdiyini deyir. Fentezi janrında dünya, real dünya mühitinə az və ya çox əsaslana bilər. Oxşarlıq güclü olduqda, xüsusi ilə real dünya tarixindən istifadə olunanda fentezi, alternativ tarix janrına çevrilir.

Uğurları

redaktə

Dünya ilə tanışdığı ilk illərdən etibarən (təqribən 1955-ci il) gözlənilməz uğurlar qazanan fentezi janrı K. S. LyuisC. R. R. Tolkinin əsərləri ilə yüz miliyonlarla insanın yaddaşında silinməz izlər qoymuşdur. Çıxdığı ilk vaxtlarda ədəbiyyatçıların böyük tənqidlərinə baxmayaraq qısa zamanda oxucuları özünə heyran qoyan fentezi, hazırda dünyada ən çox oxunan ədəbi janr kimi ad qazanmışdır.

Ən çox satılan ədəbi kitablar.

redaktə
Kitabın adı Yazıçı Janr Satılan nüsxə sayı
1 Harry Potter J.K. Rowling Fentezi 400 milyon
2 Üzüklərin hökmdarı J. R. R. Tolkien Fentezi 150 milyon
3 Narniya səlnamələri C. S. Lewis Fentezi 120 milyon
4 Hobbit J. R. R. Tolkien Fentezi 104 milyon
5 Və sonra heç nə yox idi Agatha Christie Detektiv 100 milyon
6 Ala-toranlıq Stephenie Meyer Romantik/Qorxu 100 milyon
7 Da Vinçi kodu Dan Brown Detektiv 83 milyon

Bundan başqa Fentezi janrı film sahəsində də yüksək uğur əldə etmişdir. Təsadüfü deyil ki, Hollivud kino sənayesində ən çox gəlir gətirən 20 filmdən 9-u bu janrda yazılmış kitabların motivləri əsasında çəkilən filmlərdir.

İstinadlar

redaktə
  NODES
Done 1