Fitonsidlərbitkilərin əmələ gətirdiyi, bakteriyaların, mikroskopik göbələklərin, ibtidailərin böyüməsini və inkişafını saxlayan bioloji aktiv maddələr. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır.

Fitoncidas Fitoncidios Phytoncide Phytoncides International Forest Medicine

Aydın olmuşdur ki, təbiətdə fitonsid hadisəsi geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dənizgöllərin suyunda da fitonsidli bitkilərə rast gəlinir. Ağaclar daha çox fitonsid xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı meşələri xəstəlik törədən virusları, mikrobları aloye, sarımsaq, soğan və istiotdan da tez məhv edir.

Fitonsid buraxan 40-a qədər ağac və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus təsiredici xassəsi vardır. Şam ağacının Fitonsidi vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağ şamın F-i difteriya mikroblarını qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının Fitonsidi difteriya, göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir.

Ağcaqayın, qovaq, tozağacı, sərv Fitonsidi 20-25, şam, ardıc və dəfnə 15, qoz 18, vələs və saqqız 7-8, palıd və qaraçöhrənin Fitonsidi isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qabildir. Fitonsid bitkilərdə təbii immunitet amillərindən biridir.

Antimikrob xassələrinə görə Fitonsid – tibbdə, baytarlıqda, bitkilərin mühafizəsində istifadə olunur. Tibbdə soğan, sarımsaq, qatıqotu və tərkibində Fitonsid olan başqa bitkilərdən alınmış preparatlar irinli yaraların, trofik xoraların və s. xəstəliklərin müalicəsində istifadə edilir. Tərkibində Fitonsid olan bir sıra bitkilər mədə-bağırsaq traktının, ürək fəaliyyətinin hərəkəti və sekretor fəallığını stimullaşdırır.

Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq üçün də fitonsidlərdən istifadə olunur. "Fitonsidli" kağızlara" bükülmüş alma, armud, limon, naringi və s. meyvələr 1,5-2,5 dəfə az xəstəliyə tutulur. Bitkilərin fitonsid xassələri konserv istehsalında da kara gəlir. Bu məqsədlə soğan, sarımsaq, şüyüd, dağ keşnişi, razyana, xardal, darçın, dəfnə yarpağı, kərəviz, çuğundur, pomidor, qatıqotu kökü və s. istifadə olunur. Onlar konservləri sterilizasiya edərək mikroblardan zərərsizləşdirir.

Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəsi maddələri deyil, onların gövdəsinin, meyvə və giləmeyvələrinin şirələri də güclü antimikrob, yəni fitonsid xassələrinə malikdir. Aydın olmuşdur ki, tünd rəngli meyvə və giləmeyvələrin şirələri daha çox antimikrob xassəsi daşıyır.[1]

İstinadlar

redaktə
  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  NODES
Intern 1
iOS 1
os 2