Göygöl nekropolu

Göygöl nekropoluNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunda arxeoloji abidə.

Haqqında

redaktə

Göygöl nekropolu Ordubad rayonunun Nürgüt kəndindən şimalda, Göygöldən qərbdə yerləşir. Təpənin üzərində bir-birinin yaxınlığında kiçik kurqanlara rast gəlinir. Onların hündürlüyü 1 m, diametri 3 metrdir. Kurqanlar daş qarışıq torpaq laylarından yaranmışdır. Araşdırmalar zamanı maddi- mədəniyyət qalıqlarına rast gəlinməmişdir. Bu tip kurqanlar e.ə. 2–1 minilliklərə aid olduğu üçün Göy-göl nekropolunu da bu dövrə aid etmək olar[1].

İstinadlar

redaktə
  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 144
  NODES