Göytürk vətəndaş müharibəsi

Göytürk vətəndaş müharibəsi - Taspar xaqanın ölümündən sonra baş vermiş hakimiyyət uğrunda daxili savaş idi.

Göytürk vətəndaş müharibəsi
Tarix 580-ci illər
Yeri Mərkəzi Asiya
Səbəbi Hakimiyyət uğrunda mübarizə
Nəticəsi Sülh
Ərazi dəyişikliyi Şərqi Göytürk xaqanlığıQərbi Göytürk xaqanlığı yaradıldı
Münaqişə tərəfləri

Amrak xaqan
İşbara xaqan

Apa xaqan
Tardu xaqan

Yaranması

redaktə

Taspar xaqan ölümündən öncə Muğan xaqanın oğlu Apa xaqanı vəsiyyət etsə də onun belə bir hüququ olmadığı üçün Qurultay buna qarşı çıxdı və Amrak xaqanı seçdi.

Apa xaqanın taxta çıxmasını İstəmi xaqanın oğlu Tardu, Amrak xaqanı isə İşbara dəstəkləyirdi.

Parçalanma

redaktə

İşbara xaqan Ötükəndə qərarlaşmışdı.Tardu Qərb zonasında hakimiyyətdə idi. Amrak xaqan indiki Ulan Bator ətrafında, Apa isə daha şimalda idi.

Müharibə

redaktə

Apa İşbaraya qarşı Bumın xaqanın qardaşları TarduTamqanın simasında müttəfiq tapdı.İşbara xaqan bu gücə qarşı gələ bilməyəcəyini bildiyi üçün Suy imperiyası ilə ittifaq bağladı. 584-cü ildə İşbaranın orduları Apanın çadırlarına basqın etdi və onun anası da daxil olmaqla bir çox adamı öldürdü. Apa məğlubiyyətdən sonra Tardunun dəstəyini itirdi və Buxaraya çəkildi. 587-ci ildə isə İşbara və Apa ikisi də öldü. Dövlət iki yerə bölündü.

  NODES