Hörümçəklər

(Hörümçək səhifəsindən yönləndirilmişdir)

Hörümçəklər (lat. Araneae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Növ tərkibinə görə (21000-dən çox) son dərəcə zəngin dəstədir. Hörümçəklər geniş yayılmışdır. Hörümçəklərin tor vəzilərinə malik olmaları təkamüldə mühüm rol oynayır. Növün mövcud olmasında — onun qidalanmasında, çoxalmasında, yayılmasında və əlverişsiz mühitə dözümlülüyündə tor vəzilərinin əhəmiyyəti böyükdür.[2]

Hörümçəklər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Dəstə:
Hörümçəklər
Beynəlxalq elmi adı

Hörümçəklər həşərat deyil, araxnidlərdir. Onların səkkiz ayağı və iki bədən seqmenti var (baş və qarın), həşəratların isə altı ayağı və üç bədən seqmenti var. Hörümçəklərin qarın nahiyəsidə "spinneret" adlanan ipək istehsal edən orqan olur. İpəklərindən tor hörmək, ovlamaq və yumurta kisələri yaratmaq üçün istifadə edirlər. Bütün tarantulalar zəhərli olsalar da, əksəriyyətində insanlar üçün həyati təhlükə yarada biləcək qədər güclü zəhər yoxdur.[3] Əksər tarantula dişləmələri asanlıqla müalicə edilə bilən yüngül və orta dərəcəli simptomlara səbəb olur. Goliath birdeater tarantulası dünyadakı ən böyük hörümçəkdir.[4] Kiçik quşları, sürünənləri və amfibiyaları ovlaya bilir. Tarantulalar yerdə yaşayan hörümçəklərdir və bəzi digər hörümçək növləri kimi yerdən yüksəkdə mürəkkəb torlar qurmurlar. Dişi hörümçəklər adətən erkək hörümçəklərdən daha böyük olur. Bəzi növlərdə dişilər cütləşdikdən sonra erkəkləri yeyirlər.

Xarici quruluşu

redaktə

Hörümçəklər 0.8 mm-dən 11 sm-ə qədər ölçüdə olurlar. Baş-döş şöbə bütöv örtüyə malikdir. Ön hissədə 4 cüt gözlər yerləşir. Xeliserlər qısa olub, 2 buğumludur. Hörümçəklər xeliserləri vasitəsilə bir neçə funksiyanı yerinə yetirir: şikarı tutur, müdafiə olunur, baramasını daşıyır, cütləşmə zamanı erkək fərd dişi fərdi tutub saxlayır.

Pedipalplar ayaqlara oxşayır, nisbətən qısadır və caynaqla nəhayətlənir. Caynaqların arasında empodiy adlanan yastıqcıq yerləşir. Həyat tərzindən asılı olaraq hörümçəklərin ayağı müxtəlif uzunluqda olur və müxtəlif funksiyalar yerinə yetirir. Hörümçəklərin ayaqları dadbilmə və iybilmə hiss orqanları ilə zəngindir.

Əksər hörümçəklərin qarıncığı buğumlu olmayıb, bütövdür. Qarıncıq elastiki örtüyə malikdir və sıx tükcüklərlə örtülüdür. Hörümçəklərdə cinsi dəlik, tənəffüs orqanları, tor ziyilləri qarıncıqda yerləşir. Tor ziyilləri qarıncıq ətraflarının şəkildəyişməsindən əmələ gəlmişdir.

Yaşayış tərzi

redaktə

Hörümçəklər yırtıcı həyat tərzi keçirirlər. Əsasən həşəratla, torpaqda yaşayan hörümçəklər böcəklərdüzqanadlılarla, bəzən yağış qurdu və ilbizlərlə, suda yaşayan formalar isə həşərat sürfələri və xərçəng sürfələri ilə qidalanırlar. Şikarlarını zəhərləri vasitəsilə öldürürlər. Zəhər vəziləri hörümçəklər üçün çox səciyyəvidir.

İnkişafı

redaktə

Cinsi yetişkinliyə çatmış erkək fərdlər həyat tərzinə və xarici görünüşünə görə dişi hörümçəklərdən fərqlənirlər. Adətən erkək fərd ölçüsünə görə dişi fərddən kiçik olub, nisbətən uzun ayaqlara malikdir. Erkək fərdlərə təbiətdə çox nadir hallarda rast gəlinir. Hətta erkək fərdi məlum olmayan hörümçək növləri də vardir. Tor hörən hörümçəklərin cinsi yetişkinliyə çatmış erkək fərdləri, adətən tor qurmurlar.

Ekologiyası

redaktə

Hörümçəklər geniş yayılmış heyvanlardır. Bitki örtüyü zəngin olan ərazilərdə hörümçəklər daha çox yayılmışdır. Ümumiyyətlə, hörümçəklərə bütün landşaft və iqlim zonalarında, qütbdən tutmuş yüksək dağlara qədər, quru çöllərdən səhralara qədər rast gəlinir. Qrenlandiyanın buzlaqlara yaxın adalarında hörümçək növlərinə təsadüf olunur. Bir çox növlər 2000–3000 m hündürlükdə olan yüksək dağlarda yayılmışdır. Everest zirvəsində yalnız bir hörümçək növü tapılmışdır. Ən hündür dağlarda (7500 m) yalnız hörümçəklər yaşayır. Onlar küləyin gətirdiyi qidalarla qidalanır.

Əhəmiyyəti

redaktə

Hörümçəklər zərərverici həşəratla qidalanaraq xeyir verirlər. Zəhərli növləri praktiki cəhətdən daha böyük əhəmiyyət kəsb edir. Bir çox hörümçəklərin zəhəri istiqanlı heyvanlara güclü təsir edir, lakin hörümçəklər arasında insan və ev heyvanları üçün təhlükəli olan növlər də vardır. Bəzi hörümçəklərin zəhəri yerli nekrotik reaksiyalara səbəb olur, həmin nahiyədə dəri toxumasını dağıdır. Bir qisim növlərin zəhəri isə bütün orqanizmə, xüsusilə sinir sisteminə güclü təsir göstərir. Tropik quşyeyən hörümçəklərin zəhərinin təsirindən insan və ev heyvanları arasında tez-tez ölüm halları qeydə alınır. İnsan və ev heyvanları üçün təhlükəli olan hörümçək növlərinə — Mastophora gasteracanthoides, Lycosa raptoria, Ctenus nigriventris, L.mactansqaraqurd (lat. Latrodectus tredecimguttatus)dur. Yeni Qvineya adalarında yaşayan balıqçılar çox vaxt hörümçəyin zəhmətindən istifadə edirlər. Balıqçı bambukdan düzəltdiyi iri çərçivəni meşə cəngəlliyinə aparıb, ağacdan asır. Səhərə kimi hörümçək çərçivəyə sıx tor çəkir. Tor yırtıldıqda balıqçı onu yenidən meşəyə aparır. Hörümçək isə toru təzədən "təmir edir". Fici, Madaqaskar və basqa adaların sakinləri də hörümçəyin hazırladığı torlardan istifadə edirlər. Bu nazik torlar çox davamlı olur və iki kiloqrama kimi ağırlığa davam gətirir.[5]

Təsnifatı

redaktə

Hörümçəklər dəstəsi 3 yarımdəstəyə ayrılır:

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 2011.
  2. V. İ. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.358
  3. "Are Tarantulas Harmful to Humans?". MedicineNet (ingilis). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  4. "Goliath Birdeater (Theraphosa blondi)". iNaturalist (ingilis). İstifadə tarixi: 2024-06-28.
  5. B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, səh. 372

Həmçinin bax

redaktə
  NODES