Havay adaları (ing. Hawaiian Islands, həmçinin Sendviç adaları adı ilə tanınır) – 24 adadan və atolldan, eyni zamanda Sakit okeanın şimalında (19°-29° şimal enliklərində) yerləşən çox sayda xırda adalardan ibarət arxipelaq. Vulkanik mənşəlidir. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır.

Havay adaları
ing. Hawaiian Islands
Ümumi məlumatlar
Ən böyük adası Havay adası
Ümumi sahəsi 28311 km²
Hündür nöqtəsi 4207 m
Əhalisi 1.211.537 nəfər (2000-ci il)
Yerləşməsi
21°18′41″ şm. e. 157°47′47″ q. u.HGYO
Ölkə  ABŞ
Region
  • Havay
Akvatoriya
Havay adaları xəritədə
Havay adaları
Havay adaları
Havay adaları xəritədə
Havay adaları
Havay adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adaların böyük hissəsi ABŞ-nin 50-ci ştatını təşkil edir. Paytaxtı Honolulu şəhəridir. Honolulu həmçinin adanın ən böyük şəhəridir. Adalar 3600 km məsafəni əhatə edir. Adalar tropik siklonun təsiri altındadır və may ayından oktyabradək daha çox yağıntı müşahidə olunur. Amma günəşli saatlar bu yağışları hiss etdirmir. Ada dünyanın ən küləkli yerlərindən biri sayılsa da, havanın temperaturu yayda +24–31, qışda isə +18–21 dərəcə arası dəyişir. Adada pul vahidi ABŞ dollarıdır.

Havay adalarının saysız-hesabsız çimərliklərində dincəlmək, günəşdə qaralmaq olar. Adalarda dincələnlərin istirahətini rəngarəng etmək üçün pullu çimərliklər də fəaliyyət göstərir. Havay adalarının ən yaxşı çimərlikləri Oahu adasında yerləşən Hannauma Bay Beach, Lanikai Beach, Kailua Beach Park, Maui adasında isə Kapalua Bay Beach, Kaanapali Beach, Kauaidə Poipu Beach və Böyük adada Hapuna və Mauna Kea Beach-dir. Tətil müddətində serfinqlə məşğul olmaq istəyənlərə xüsusi dərslər keçilir. Havay, Kauai, Lanai, Maui, Molokay, Oahu adalarında il ərzində 50 milyon turist dincəlir. Adalarda rəsmi dil ingilis dilidir. Amma məişət dili olaraq yerli əhali daha çox havay dilindən istifadə edir. Dünyanın ən böyük istirahət mərkəzlərindən biri sayılan bu adalarda turistlərin daha çox diqqətini çəkən 4169 m hündürlüyü olan aktiv Mauna-Loa və Kilauea 1247 m vulkanlarıdır.

Mənbə

redaktə
  NODES
dada 3
dada 3
Done 1