Herbert Spenser (ing. Herbert Spencer; 27 aprel 1820[1][2][…] və ya 28 aprel 1820[3], Derbi[4][5][…]8 dekabr 1903[1][2][…], Brayton, Şərqi Susseks qraflığı[d][1][5][…]) – ingilis filosofu və sosioloqu. İngiltərədə sosiologiyanın əsasını qoyanlardan biridir. Pozitivizmin təşəkkülündə əvəzsiz rolu olmuşdur.

Herbert Spenser
ing. Herbert Spencer
Doğum tarixi 27 aprel 1820(1820-04-27)[1][2][…] və ya 28 aprel 1820(1820-04-28)[3]
Doğum yeri
Vəfat tarixi 8 dekabr 1903(1903-12-08)[1][2][…] (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi botanika
İş yeri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Məşhur ingilis filosof və sosioloqu Herbert Spenser, 1820-ci ildə Derbidə (Derbişir qraflığı) doğulmuşdur. Atası Corc Anqlikan məzhəbi ilə əlaqəli bir məktəbdə müəllim idi. Atası da daxil olmaqla bir çox ailə üzvü müəllim olan Spenser qırx yaşına qədər heç bir təhsil almamışdır. Kembircdə təhsil almaq təklifindən imtina etmişdir. Təəccüblü bir qürürla "Nə uşaqlığımda, nə də gəncliyimdə heç bir dənə də İngilis dili dərsi almamışam, indiyə kimi qrammatika mövzusunda heç bir biliyim yoxdur" demişdir. Sistemli təhsil almamasına, oxumağı çox sevməməsinə baxmayaraq bir çox elm sahəsində minlərlə fikir ortaya qoymuş, və təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi olmuşdur. Əldə etdiyi böyük müvəffəqiyyətləri mükəmməl müşahidə qabiliyyətinə borclu olub, birbaşa etdiyi müşahidələrlə minlərlə fikrini dəstəkləyən minlərlə faktı rahatlıqla tapmışdır.

Əvvəl riyaziyyat və təbiət elmləri üzərində dayanmışdır. Qısa bir müddət müəllimlik etmiş, riyaziyyat sahəsindəki məlumatları sayəsində London – Birmingham dəmiryolu inşasında dəmir yol müfəttişi sonrasa, mühəndis olaraq çalışmışdır. "Ekonomist" adlı məşhur maliyyə və iqtisad jurnalında jurnalist (redaktor köməkçisi) kimi çalışmışdır.

C. Eliot, C. Q. Luis, T. Geksli, C. S. Miller və C. Tindalla, ömrünün sonlarına yaxınsa B. Vepplə yaxından tanış olmuşdur. Fransaya etdiyi bir neçə səfər zamanı O. Kantla görüşmüşdür. 1853-cü ildə miras qazanmış, bundan sonra özünü bütünlüklə fəlsəfə və elmə həsr etmişdir.

1851-ci ildə yazdığı ilk kitabı "İctimai Statika", insan haqqlarının inkişafını, və fərdi azadlıqların tezisinisini təkamül nəzəriyyəsini ilkin olaraq açıqlayır. 1858-ci ildə təkamül nəzəriyyəsini biologiya elmi ilə məhdudlaşdırmayıb, bu nəzəriyyəni bütün elmlərə tətbiq etmək fikri onun ağlına gəldi. 1860-cı ildə Bir Sintetik Fəlsəfə Sistemi (A Sytems of Synthetic philosophy) planını cızdı və otuz altı il bu planı icra etməklə məşğul oldu. Sağlamlıq problemləri səbəbiylə gündə yalnız bir neçə saat yaza bilməsinə və maddi vəziyyətinin pisliyinə baxmayaraq, 1893-cü ildə on cilddən ibarət şah əsərini tamamladı. Əsərin quruluşu belədir: 1.cild: "İlk Prinsiplər" 2. – 3. cildlər: "Biologiyanın Qanunları" ; 4. – 5. cildlər: "Psixologiyanın Qanunları"; 6. – 8. cildlər: "Sosiologiyanın Qanunları"; 9. – 10. cildlər: "Əxlaqın Qanunları".

Herbert Spenser geniş bir sahəyə yayılmış fərqli növdəki məlumatları uyğun bir şəkildə birləşdirərək Viktorya çağına damğasını vuran kəslərdəndir. Təkamül nəzəriyyəsinin inkişafında və qəbulunda ən az Çarlz Darvin qədər böyük bir rol oynamış, bu gün təkamül nəzəriyyəsini açıqlayarkən istifadə edilən bir çox termini də yaradan məhz o olmuşdur.

1870-ci illərdə və 1880-ci illərin başlanğıcında xüsusilə Amerika Birləşmiş Ştatları, Rusiya və İngiltərədə məşhurluq zirvəsinə çatmışdır. 1902-ci ildə Ədəbiyyat nominasiyasında Nobel Mükafatına namizəd görüldü. Bir çox mükafatı və tərifi rədd etdi. Uzun bir xəstəlikdən sonra 1903-cü ildə Breytonda vəfat etmişdir.

İstinadlar

redaktə
  NODES
Done 1