Herpes simplex virusu

Sadə herpes virusu[1] (HSV, ing. herpes simplex virus) — Herpesviridae fəsiləsinə aid, insanda herpes xəstəliyini törədən viruslar.

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə dərc olunmuş məlumatlarına əsasən bütün dünyada yaşayan 3,7 milyard insanda herpes virusu var. Bu, dünyada yaşayan insanların 67%-ni təşkil edir.[2] [daha etibarlı mənbə lazımdır]Sinir hüceyrələrində yerləşən Herpes Simpleks virusunun 8 tipi var.Tibbi olaraq isə ən çox 3 tipinə rastlanmaqdadır: HSV-1, HSV-2, HSV-3. HSV-1 ümumilikdə ağız və burun çevrəsində muşahidə olunarkən, HSV-2 genital bölgədə yerləşməkdədir. HSV-3 isə Zona adlandırılan xəstəliyə yol açan, varisella zorter virusunun səbəb olduğu tipdir.[mənbə göstərin]

Bizim eradan əvvəl Heredot tərəfindən təsvir olunub. Yunanca “Herpeine” sözundən olub mənası “ sürünən, sürünmək” deməkdir. Bu viruslar ailəsi 90-dan çox insan və heyvan orqanizmi üçün patogen olan növə malikdir. Ömür boyu xroniki formada orqanizmdə qalan və ən qədim infeksiya olan Herpes müasir sivilizasiya xəstəliyidir.[mənbə göstərin]

Simptomları

redaktə

Əvvəllər suçiçəyi xətəliyinə yoluxmuş insanlarda görülən, vücudun hər hansı bir hissəsində qırmızılıq və iynə batması şəklində hiss edilən Herpes Zoster digər Herpes tiplərindən kəskin ağrıları ilə fərqlənir. Üz, boyun, dodaq, burun, göz ətrafı və ağız içində yaranmağa meyilli olan Herpes immun sistemi zəiflədikdə uçuq şəklində büruzə verir. İnsanların yarısından çoxu, təxminən 80-85 faizi həyatı boyu bir dəfə də olsun bu virusa yoluxmuş olur. Uçuğa səbəb olan bu virus artıq bədəndə yerləşibsə ilk 24 saat ərzində əsasən dodaqlar və ağız çevrəsində qaşıntı, qızarma ilə müşahidə olunur. Uçuqlar içi maye dolu qabarcıq şəklində çıxır və partlayaraq yaraya dönürlər. Bir neçə gün sonra yaralar sarı və ağ rəngli qabıq bağlayır. Sonra qabıqlar yumşalaraq düşür və yerində tünd rəngdə ləkə buraxır. Uçuq çıxdıqdan sonra müəyyən zaman ərzində təkrarlanması olduqca yüksəkdir. Bəzi insanlarda ildə 2-3 dəfə, müəyyən insanlarda isə uçuq həyatları boyunca sadəcə 1 dəfə çıxır. Həmçinin virusu daşıdığı halda bədəndə heç vaxt uçuq çıxmayan, virusun daima “yuxuda” qaldığı insanlar da vardır. Uçuq virusu sinir hüceyrələrində yuxuya keçdikdən sonra bir daha ömür boyu heç vaxt aktivləşməyə bilər.[3] Ağız, burun, göz, dodaq nahiyələrində yaranan adi herpes kimi genital herpes (HSV2) suluqlar şəklində özünü göstərir. Qruplaşmaya meyilli olub, xırda suluqlardan ibarət olan səpki çox vaxt yanğı və ağrı ilə müşahidə olunur. İnkubasiya dövrü 1-10 gün təşkil edir. Möhtəviyyatı şəffaf olur, müstəsna hallarda isə qanlı da ola bilir. Xəstəlik əhval ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi və əzginliklə müşahidə olunur. Əksər hallarda təxminən 1 həftə sonra partlamağa başlayan suluqların yerində əvvəlcə erroziya əmələ gəlir, sonra tədricən onları 2-3 həftəyə sağlam toxuma ilə örtülən qabıq əvəz edir. Digər halda isə xəstəliyə yoluxduqdan 4 gün sonra suluqlar partlamağa başlayır və bu zaman yaralar bəzən isə qabıq altında xoralar əmələ gəlir. Bu xəstəlik üçün dəri qaşınması və zədələnmiş sahələrdə qaşınma səciyyəvidir. Bəzi hallarda qaşınmadan başqa qarının alt hissəsində düz bağırsağa və ya bel nahiyəsinə verən ağrılar da hiss edilir. Qasıq limfa düyünlərinin böyüməsi də istisna olunmur. Genital herpesin kəskin dövrü 3-5 həftəyə qədər davam edir.[4] Herpes virusu təmasla keçir. Virus hüceyrənin gen aparatında yer alıb onu zədələyir. Hüceyrələrin bölünməsi zamanı herpes bütün irsi məlumatlarla birgə digər hüceyrələrə də ötürülür. İnsanın 1 dəfə herpesə yoluxması kifayətdir ki, o bundan artıq yaxa qurtara bilməsin. İnfeksiyaya yoluxmuş şəxslə təmasda olduqda viruslar dəri və ya selikli qişalarda olan mikroçatlardan, sıyrıntılardan bədənə daxil olurlar. Sinir hüceyrələrini tutaraq bu sinirlərin lifləri boyunca hərəkət edərlər və liflərin ganglion adlandırılan ana mərkəzlərinə yerləşirlər. Viruslar yerləşdikləri yerdə ölmürlər. Aparılan müalicələr də virusların yox edilməsini deyil, xəstəlik yaratmasını qabaqlamaq ya da ən azından azaltmaq məqsədi ilə həyata keçirilir. Herpes virusuna yoluxmuş xəstələr bu xəstəliyə yoluxduqlarını bilmirlər. Bədənə daxil olan virus hər zaman aktiv deyildir. Bədəndə gizlənən virus orqanizmin immun sisteminin zəif düşməsini gözləyir. Müasir müalicə metodları herpes virusundan tamamilə azad olmağı imkan yaratmır. Buna görə də ilkin olaraq virusa yoluxmamağa diqqət göstərmək lazımdır. Virusa yoluxma ehtimalı olunduğu halda və ya yoluxmanın qarşısını almaq üçün immun sistemini gücləndirməli, spirtli içki, həddən artıq yorğunluq, qida çatışmazlığı, stres, qrip və s. kimi immun sistemini zəiflədən bəzi xəstəliklərdən uzaq durmağa çalışılmalıdır. Bundan əlavə bədənin hər bir üzvünün sinirin. daxil olur və həmən yerdə ağrılar yaradır.[5]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
  2. "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-08.
  3. https://polit.ru/article/2016/07/03/ps-herpes/[ölü keçid].
  4. "Arxivlənmiş surət". 2017-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-08.
  5. "Arxivlənmiş surət". 2016-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-08.
  NODES