Hidayət Rüstəmov

Hidayət RüstəmovAzərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Hidayət Rüstəmov
Hidayət Eldar oğlu Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xıdırlı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Meşəli, Şuşa rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Ağdam Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Respublikasının Daxili Qoşunları
Rütbəsi çavuş
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı

redaktə

19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayonu Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur.

Döyüşlərdə iştirakı

redaktə

Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi...23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Həmçinin bax

redaktə

Mənbə

redaktə

İstinadlar

redaktə
  NODES