ICESCO  (ing.)IslamiC World Educational, Scientific and Cultural Organization — İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) — İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır. Təşkilatın Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikdir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı
ICESCO
ing. ICESCO - Islamic World Educational, Scientific and Cultural Organization
ərəb. منظمة العالم الإسلامي للتربية والعلوم والثقافة
Loqonun şəkli
Yaranma tarixi may 1979
Mərkəzi
Baş direktoru Salim bin Məhəmməd Əl-Malik
icesco.org/en/
icesco.org/fr/
icesco.org/ar/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan dövləti ICESCO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir.

ICESCO-nun qərargahı. Mərakeş, Rabat

Ə.Səid: "Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik inkişafının təzahürüdür.

25–28 yanvar 1981-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Məkkeyi-Mükərrəmə şəhərində keçirilən Üçüncü İslam Zirvəsi Konfransında İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində dünyadakı İslam qurumlarının birgə fəaliyyəti məqsədilə "İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı" adlı yeni beynəlxalq İslam təşkilatının təsis edilməsi qərara alındı.

29–30 yanvar 2020-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan qırxıncı iclasında təşkilatın İcra Şurası 30 yanvar 2020-ci il tarixində təşkilatın adını dəyişərək "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı" kimi təsdiqlədi.

ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik təşkilatın adının dəyişdirilməsinin qeyri-təbliği vəzifələrinin təbiəti ilə bağlı yayılmış qarışıqlığı aradan qaldırması və beynəlxalq səviyyədə iştirakı üçün daha geniş üfüqlər açmağı hədəflədiyini, yeni adın təşkilatın təhsil, elm, mədəniyyət və ünsiyyətdəki fəaliyyət sahələrində təbliğ etdiyi mədəni missiyanın təbiətini və reallaşdırmağa çalışdığı məqsəd və hədəflərini dəqiq şəkildə ifadə etməsini söylədi.

Hədəfləri

redaktə
  1. Üzv dövlətlər arasında təhsil, elm, mədəniyyət və rabitə sahələrində əməkdaşlığın gücləndirilməsi, təşviqi və dərinləşdirilməsi, İslam dünyasının mədəni istinadgahları çərçivəsində, İslami bəşəri dəyərlər və örnəklər işığında bu sahələrin təşviqi və inkişafı;
  2. Üzv ölkələr və onun xaricindəki xalqlar arasında anlaşmanın gücləndirilməsi, müxtəlif vasitələrlə, xüsusilə təhsil, elm və mədəniyyət vasitəsilə dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə töhfə vermək;
  3. İslamın və İslam mədəniyyətinin düzgün simasını təqdim etmək, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək, ədalət və sülh mədəniyyəti dəyərlərini, azadlıq və insan hüquqları prinsiplərini İslam mədəniyyəti perspektivinə uyğun yayılmasına səy göstərmək;
  4. Mədəni şəxsiyyəti və intellektual müstəqilliyi qorumaqla üzv dövlətlərdə mədəni qarşılıqlı əlaqələri təşviq etmək və müxtəlifliyinin təzahürlərini dəstəkləmək;
  5. İslam Əməkdaşlıq Təşkilatının təhsil, elm, mədəniyyət və rabitə sahəsindəki ixtisaslaşmış qurumları ilə ICESCO-ya üzv dövlətlər arasında inteqrasiya və koordinasiyanı gücləndirmək, üzv dövlətlərin daxilində və xaricində ortaq maraqlara bənzər dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq və tərəfdaşlığı gücləndirmək;
  6. İslam mədəniyyətinə diqqət göstərmək, intellektual və elmi tədqiqatlarda, tədris proqramlarında onun xüsusiyyətlərini və özəlliklərini açıb göstərmək;
  7. Üzv dövlətlərdə təhsil sistemləri arasında inteqrasiya və qarşılıqlı əlaqələr üzərində işlər görmək;
  8. ICESCO-ya üzv olmayan ölkələrdəki müsəlmanlar üçün təhsil, elm və mədəniyyət müəssisələrinin fəaliyyətinə dəstək olmaq.

Nizamnaməsi

redaktə

ICESCO-nun ilkin nizamnaməsi 1982-ci ildə Mərakeşin Fəs şəhərində keçirilən təsis konfransı tərəfindən təsdiqlənmişdir. 1986-cı ildə Rabat şəhərində keçirilən fövqəladə baş konfrans tərəfindən, 1991-ci ildə Rabat şəhərində keçirilən dördüncü baş konfrans tərəfindən, 1994-cü ildə Dəməşq şəhərində keçirilən beşinci baş konfrans tərəfindən, 1997-ci ildə Ər-Riyad şəhərində keçirilən altıncı baş konfrans tərəfindən, habelə, 2006-cı ildə Rabat şəhərində ICESCO-nun daimi qərargahında keçirilən doqquzuncu baş konfrans tərəfindən, 2009-cu ildə Tunis şəhərində keçirilən onuncu baş konfrans tərəfindən, 2012-ci ildə Ər-Riyad şəhərində keçirilən on birinci baş konfrans tərəfindən, 2015-ci ildə Bakı şəhərində keçirilən on ikinci baş konfrans tərəfindən, 2018-ci ildə Rabat şəhərində keçirilən on üçüncü baş konfrans tərəfindən və 2020-ci ildə Əbu Dabi şəhərində qırxıncı sessiyasını keçirilən İcraiyyə Şurasının tərəfindən dəyişikliklər edilmişdir.

Baş direktorları

redaktə
  1. Dr. Salim bin Məhəmməd Əl-Malik - May, 2019 - hal-hazıradək;
  2. Dr. Əbdüləziz bin Osman Ət-Tüveycri - Noyabr, 1991 - May, 2019;
  3. Dr. Əbdülhadi Butalib - May, 1982 - Noyabr, 1991.

ICESCO-ya üzv olan dövlətlər

redaktə

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsində bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan hər bir dövlət ICESCO-ya üzv olmaq üçün nizamnaməni rəsmi olaraq imzaladıqdan, üzv olma qərarı üçün qanuni prosedurları tamamladıqdan və bu barədə onun Baş İdarəsinə yazılı xəbərdarlıq etdikdən sonra ICESCO-ya üzv olur. İslam Əməkdaşlığı Təşkilatında üzv və müşahidəçi olmayan digər dövlətlərin ICESCO-ya üzv olma hüququ yoxdur. Bu günədək İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 dövlətdən 54-ü ICESCO-nun üzvüdür. Aşağıdakı cədvəldə həmin dövlətlər əlifba sırası və üzv olma tarixləri ilə göstərilir:

Ölkə Rəsmi adı Üzv olma tarixi
1   Azərbaycan Azərbaycan Respublikası 1991
2   BƏƏ Birləşmiş Ərəb Əmirlikləri 1983
3   Banqladeş Banqladeş Xalq Respublikası 1982
4   Bəhreyn Bəhreyn Krallığı 1982
5   Cibuti Cibuti Respublikası 1982
6   Çad Çad Respublikası 1982
7   Benin Benin Respublikası 1988
8   Bruney Bruney Sülh Dövləti 1985
9   Burkina-Faso Burkina-Faso 1982
10   Əlcəzair Əlcəzair Xalq Demokratik Respublikası 2000
11   Əfqanıstan Əfqanıstan İslam Respublikası 2003
12   İordaniya İordaniya Haşimilər Krallığı 1982
13   Fələstin Dövləti Fələstin Dövləti 1982
14   İraq İraq Respublikası 1982
15   İran İran İslam Respublikası 1992
16   İndoneziya İndoneziya Respublikası 1986
17   Kamerun Kamerun Respublikası 2001
18   Komor adaları Komor Adaları İttifaqı 1982
19   Kot-d'İvuar Fil Dişi Sahili Respublikası 2001
20   Küveyt Küveyt Dövləti 1982
21   Qabon Qabon Respublikası 1982
22   Qambiya Qambiya Respublikası 1982
23   Qayana Qayana Kooperativ Respublikası 2014
24   Qazaxıstan Qazaxıstan Respublikası 1996
25   Qətər Qətər Dövləti 1982
26   Qırğızıstan Qırğızıstan Respublikası 1996
27   Qvineya Qvineya Respbulikası 1982
28   Qvineya-Bisau Qvineya-Bisau Respublikası 1984
29   Özbəkistan Özbəkistan Respublikası 2017
30   Livan Livan Respublikası 2002
31   Liviya Liviya Dövləti 1984
32   Malayziya Malayziya 1982
33   Maldiv adaları Maldiv Respublikası 1982
34   Mali Mali Respublikası 1982
35   Mavritaniya Mavritaniya İslam Respublikası 1982
36   Mərakeş Mərakeş Krallığı 1982
37   Misir Misir Ərəb Respublikası 1984
38   Niger Niger Respublikası 1982
39   Nigeriya Nigeriya Federativ Respublikası 2001
40   Oman Oman Səltənəti 1982
41   Pakistan Pakistan İslam Respublikası 1982
42   Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı Krallığı 1982
43   Seneqal Seneqal Respublikası 1982
44   Sudan Sudan Respublikası 1982
45   Somali Somali Federativ Respublikası 1982
46   Surinam Surinam Respublikası 1996
47   Suriya Suriya Ərəb Respublikası 1982
48   Syerra-Leone Syerra-Leone Respublikası 1984
49   Tacikistan Tacikistan Respublikası 1993
50   Toqo Toqo Respublikası 2002
51   Türkiyə Türkiyə Respublikası 2017
52   Tunis Tunis Respublikası 1982
53   Uqanda Uqanda Respublikası 2012
54   Yəmən Yəmən Respublikası 1983

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES
OOP 1
os 2