Üçüncü Reyx

1933-1945-ci illərdə Nasist Partiyasının nəzarəti altında Almaniya ərazisinin rəsmi adı
(III Reyx səhifəsindən yönləndirilmişdir)

Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist AlmaniyasıHitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir.

dağılıb
Üçüncü Reyx
alm. Deutsches Reich
Bayraq[d] Gerb[d], Gerb[d]
Bayraq[d] Gerb[d], Gerb[d]
«alm. Ein Volk, ein Reich, ein Führer
("Bir millət, bir imperiya, bir lider")
»
Himn: 

Das Lied der Deutschen
("Almanların mahnısı")
Horst-Wessel-Lied

("Horst Wessel mahnısı")
İkinci Dünya müharibəsi zamanı (1942-ci ilin sonu) Almaniyanın nəzarət etdiyi ən böyük ərazi: *   Alman Reyxi[a] *   Mülki idarə olunan işğal olunmuş ərazilər *   Hərbi idarə olunan işğal olunmuş ərazilər
İkinci Dünya müharibəsi zamanı (1942-ci ilin sonu) Almaniyanın nəzarət etdiyi ən böyük ərazi:
 
 

Paytaxt Berlin
Dilləri alman dili
Rəsmi dilləri Alman dili
Dövlət dini Dünyəvi dövlət
Ərazisi 696,265 km² (1941-ci ildə)
Əhalisi 90,030,775 (1941-ci ildə)
İdarəetmə forması Totalitar diktatura altında unitar nasist birpartiyalı faşist dövləti
Dövlət başçıları
Kayzer
 •  Paul fon Hindenburq (1933 — 1934)
Fürer
 •  Adolf Hitler (1934 — 1945)
Prezident
 •  Karl Dönits (1945)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır.

Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm. Tausendjähriges Reich‎) adlandırılırdı.

Üçüncü reyx Adolf Hitlerin rəhbərlik etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyasının hakimiyyəti ilə sıx bağlıdır. Hitler üçüncü reyxin bütün hakimiyyəti ərzində onun yeganə reyxskanslerifürer olmuşdur.

Berlin kafedralı qarşısında əmək günü üçün Üçüncü Reyx bayraqları ilə bəzədilmiş meydan, 1 may 1937.

Terminin yaranması

redaktə

"Üçüncü Reyx" terminin yaradıcısı alman yazıçısı və tərcüməçisi Möller van den Brukdur. O, 1923-cü ildə "Üçüncü Reyx" adlı kitab nəşr etdirir.

Birinci Reyx — 962-ci ildə kral I Otto tərəfindən yaranmış Müqəddəs Roma imperiyası hesab olunur. Bu reyx I Napoleonun hücumları nəticəsində dağılmışdı.

İkinci reyx — 1871-ci ildə Alman imperatoru I Vilhelm tərəfindən yaranmış, 1918-ci ildə Noyabr inqilabı nəticəsində dağılmışdı.

Üçüncü reyx — zəif Veymar Respublikasını əvəz etməli idi.

Hitler 1934-cü ilin sentyabrında Nürnberqdə etdiyi çıxışında bu reyxin 1000 il yaşayacağını qeyd etdikdən sonra, bu dövləti "Minillik reyx" adlandırmışlar.

Nasizm ideologiyası

redaktə

Yaranması və ilk illəri

redaktə

Almaniyada respublikanın qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra qüvvələr hakimiyyəti zorla ələ keçirməyə cəhd etdilər. Bavariyada kommunistlər inqilab edərək orada hakimiyyəti ələ keçirdilər. Bavariya Sovet Respublikası (1918–1919) cəmi bir il mövcud olduqdan sonra mərkəzi qüvvələrin Münhenə hücumu nəticəsində dağıdıldı. Bunun ardından 1919-cu ilin avqust ayında Veymar Respublikası quruldu. Avqustun 11-də prezident Fridrix Ebert Veymar Konstitutsiyasını təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına kömək etmədi. İqtisadi kriz, Versal müqaviləsinin ağır şərtləri ölkənin iqtisadiyyının dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi.

Belə bir zamanda Almaniyada iki əsas siyasi qüvvə yüksəlməyə başladı. Bunlar Adolf Hitlerin başçılıq etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyası və Ernst Telmanın başçılıq etdiyi Almaniya Kommunist Partiyası idi. Hər iki partiya 1932-ci ildə keçirilmiş parlament seçkiləri zamanı böyük səs çoxluğu yığaraq parlamentdə əksər yerləri əldə etsələr də, koalisiya hökuməti qurmaq məsələsində bir razılığa gələ bilmədilər. Bir neçə dəfə onların qurduğu nazirlər kabineti dağıldığına görə nəhayət 30 yanvar 1933-cü ildə prezident Paul fon Hindenburq Adolf Hitleri reyxskansler elan etdi. Bununla da Almaniya və dünya tarixində dərin iz qoymuş Üçüncü Reyx hakimiyyəti başladı.

1934-cü il avqustun 2-də 86 yaşlı prezident Paul fon Hindenburq vəfat etdi. Bütün hakimiyyəti öz əlində birləşdirən Adolf Hitler ömürlük füreroldu. O, öz hakimiyyətini möhkəmləndirmək üçün qısa müddət ərzində güclü terror aparatı yaratdı. İctimai həyatın bütün sahələrinə nəzarət etmək məqsəsilə "Gizli polis" (Gestapo) və onun fəaliyyət mexanizmini formalaşdırdı. Eyni zamanda "Hücumçu dəstələr" (SA), "Müdafiə dəstələri" (SS), "Təhlükəsizlik xidməti" (SD) faşist diktaturasının əsas dayağına çevrildi.

1933–1934-cü illərdə bütün sənaye sahələri nəqliyyat, ticarət, sənətkarlıq mərkəzləri, həmçinin, banklar və müxtəlif kompaniyalar diktator hakimiyyətinin möhkəmləndirilməinə xidmət etməli idi. 1933-cü ilin əvvəllərində Hitler hökuməti "Milli Əmək haqqında qanun" qəbul etdi. Bununla müəssisə sahiblərinin fəhlələr üzərində hökmranlığına qoyulan məhdudiyyət aradan qaldırıldı. Artıq, bu dövrdə fəhlələrin gündəlik iş rejimi 12–14 saata çatırdı. Faşist rəhbərliyi işsizliyin "ləğv edilməsi" istiqamətində real addımlar atdı. Belə ki, işsiz fəhlələr ağır işlərə, xüsusilə, strateji yolların tikintisinə, hərbi qüvvələrin möhkəmləndirilməsi üçün xidmətə, habelə, əmək düşərgələrinə göndərildi.

Fürer ölkənin kənd təsərrüfatını da faşist hərbi qaydalarına uyğunlaşdırdı. Kəndlilər üzərində yunkerlərin hökmranlığı möhkəmləndirildi ki, bu, kulak təsərrüfatının inkişafına ciddi təkan verdi. "İrsi həyətlər haqqında qanun" isə iri torpaq sahiblərinə böyük güzəşt demək idi. Nəzərdən keçirilən illərdə Almaniyada 1,5 mln. işsiz olan kəndli böyük şəhərlərə axışırdı. Faşist rəhbərliyinin müharibəyə hazırlıq məqsədilə 1935-ci ildə qəbul etdiyi "Əmək mükəlləfiyyəti haqqında qanun" isə gənclərin daha ağır işlərə səfərbər edilməsinə səbəb oldu. Artiq, bu dövrdən etibarən hitlerçilər bolşevizmkommunizm lə açıq mübarizəyə başlamışdılar.

1933–1939-cu illərdə ölkənin hərbi xərçləri 10 dəfə artmış və 1938–1939-cu illərdə illik büdcənin 58%-i həcmində olmuşdur. Bu illərdə Almaniyada 300 yeni hərbi zavod tikilmişdi ki, onlardan 60-ı aviasiya, 45-i avtomobil və tank, 70-i isə kimya tipli idi. 1935-ci ilin martında faşist hökuməti "Ümumi hərbi mükəlləfiyyət keçirilməsi haqqında" qərar verdi və bununla alman ordusuna qoyulan məhdudiyyətlər aradan qaldırıldı. 1935–1939-cu illərdə orduda əsgər və zabitlərin sayı 5 mln. nəfərə çatdırıldı. Bu dövrdə Almaniyada yaşayan yəhudilərə qarşı məhdudiyyət gücləndirildi. 1936-cı ildə qəbul olunmuş qanunla yəhudilərə vətəndaşlıq hüququ verilməsindən imtina olundu. "Büllur gecəsi" adını almış hadisə isə 1938-ci il noyabrın 9-da baş verdi. Kütləvi şəkildə yəhudilərə qarşı qırğınlar törədildi. Üçüncü reyx xarici siyasətdə fəal mövqe tutdu. 1936–1937-ci illərdə Berlin-Roma-Tokio oxu yaradıldı. 1936-cı ilin iyulunda Almaniya İtaliya ilə birlikdə İspaniya Respublikasına qarşı hərbi əməliyyata başladı. 1938-ci ilin martında Avstriyanı işğal edən faşist Almaniyası 1939-cu ildə Çexoslovakiyanı ələ keçirdi. Alman qoşunlarının təcavüzkar hərəkətləri ABŞ, İngiltərə və Fransa dövlətləri tərəfindən müdafiə edilirdi. Həmin dövlətlər faşist Almaniyasını Sovet İttifaqına qarşı açıq şəkildə təhrik etməklə beynəlxalq gərginliyi daha da kəskinləşdirdilər.

Hitlerin hakimiyyətinin ilk illərində Almaniya Birinci Dünya müharibəsində itirdiyi torpaqları geri əldə etməyə başladı. Belə ki, 1935-ci ildə Saarland, 1936-cı ildə isə Reyn vilayəti Fransadan geri alındı. Almaniya iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, ölkədə işsizlik durmadan azalırdı, bununla paralel Almaniya qalib dövlətlərə ödəməli olduğu təzminat ödənilməsini dayandırdı. Eyni zamanda Almaniya öz ordusunu sürətlə gücləndirirdi. Bunun ardınca 1938-ci ildə Avstriya, 1939-cu ildə isə Çexoslovakiya könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936–1939-cu illərdə davam edən İspaniya vətəndaş müharibəsində birbaşa olaraq öz müttəfiqi Fransisko Frankonun qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım etdi. 1936-cı ildə Almaniya və Yaponiya arasında Antikomintern paktı imzalandı. Bu razılaşmaya 1 ildən sonra İtaliya da qoşuldu. 1939-cu ildə isə Almaniya və SSRİ arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu müqaviləyə əsasən Polşa və Baltikyanı ölkələr iki imperialist dövlət arasında bölüşdürüldü. Həmçinin Almaniya və SSRİ 10 il ərzində bir-birinə hücum etməmək barədə öhdəlik götürdülər. 1939-cu il sentyabr ayının 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başladı. Ardınca SSRİ də PolşaBaltikyanı ölkələrə hücum edərək onları işğal etdi.

İkinci dünya müharibəsi

redaktə

Müharibənin ilk günlərindəcə alman ordusu Vermaxt böyük uğurlar əldə etdi. Vermaxt çox qısa bir müddətdə Polşanı (1939), Norveçi (1940), Belçika (1940), Hollandiya (1940), Fransa (1940) işğal etdi. Yalnız Fransanın işğalı zamanı almanlar 30.000 nəfər əsgər itki verdi. Fransa tərəfdən isə ölən əsgərlərin sayı 360.000, əsir düşənlərin sayı isə 2 milyon idi. Xüsusilə Fransanın işğal olunması Almaniyaya çox böyük ərazilər qazandırdı, belə ki Fransanın bütün müstəmləkələri Almaniyanın nəzarəti altına keçdi. Almaniya Böyük Britaniya ilə sülhə girməyə çalışsa da, həmin vaxt almanlara qarşı dərin nifrət bəsləyən Britaniyanın baş naziri Vinston Çörçillin barışmaz mövqedə durması hər iki ölkəni bir-birinə qarşı müharibəyə sürüklədi. Fransanın tutulmasından az sonra Almaniya Britaniyaya qarşı hava hücumuna keçdi. Almanların planı Britaniya adalarını ağır bombardman etdikdən sonra desant qoşunları vasitəsilə bütün adaları tutmaq idi.

Britaniya səmasında 3 ay davam edən döyüşlərdə alman hərbi hava qüvvələri məğlubiyyətə uğradı, alman quru qoşunları isə heç vaxt Britaniya ərazisinə daxil ola bilmədilər. Bu Almaniyanın müharibədə ilk ciddi məğlubiyyəti oldu. Bu uğursuzluqdan sonra almanlar britaniyalılara qarşı Atlantik okeanında müharibə etmək taktikasına keçsələr də, burada da ciddi bir uğur əldə etmək mümkün olmadı. 1941-ci ilin başlanğıcında alman ordusu Şimali Afrikaya yeridildi. Burada almanlar ingilis ordusunu dalbadal bir neçə məğlubiyyətə uğradaraq onları Misirin içərilərinə kimi sıxışdırdı. Həmin ilin aprel ayında isə almanların Balkan yarımadasına hücumu başladı. Burada Bolqarıstan və Rumıniya Almaniyanın müttəfiqləri oldular. Yunanıstan və Yuqoslaviya isə qısa müddət ərzində almanlar tərəfindən tutuldu. Bunun ardınca isə Almaniya Avropadakı bütün müttəfiqləri ilə birlikdə SSRİ-yə hücuma keçdi. Almanlar SSRİ-yə qarşı müharibənin qısa olacağını təxmin edirdi, onlar 1941-ci ilin Dekabr ayına kimi Həştərxan və Arxangelsk şəhərləri arasındakı xəttə qədər olan bütün əraziləri tutmağı planlaşdırırdı. Hitlerin çıxışında dediyi kimi

Bizə yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq.

Hitler bu sözləri ilə Sovet imperiyasının yüzlərlə xalqı zorla əsarət altında saxlamasını nəzərdə tuturdu. Alman ordusu ilk günlərdəcə böyük uğurlara imza atdı. Sentyabrda Kiyev, Minsk və Baltikyanı ərazilər tutuldu, Leninqrad şəhəri mühasirəyə alındı. Yeni tutulmuş ərazilərdə yaşayan əhali almanları xilaskar kimi qarşıladı. Sovet ordusunda zorla döyüşməyə məcbur edilən və ruslar tərəfindən çox pis rəftara məruz qalan sovet ordusunun qeyri-rus əsgərləri kütləvi şəkildə alman ordusunun tərəfinə keçirdilər. Müxtəlif hesablamalara görə 1–1.5 milyon sovet əsgəri alman ordusunun tərəfinə keçmişdi. Lakin almanların hücumları Moskva ətrafındakı döyüşdə dayandırıldı. Bu döyüşdə almanların məğlubiyyətinin əsas səbəblərindən biri kəskin soyuq hava olsa da, digər bir səbəb ABŞ və Böyük Britaniyanın SSRİ-yə çox böyük miqdarda hərbi-texniki və ərzaq cəhətdən yardım etməsi oldu.

1941-ci ilin sonunda həmin dövrdə dünyada ən güclü iqtisadiyyata malik ölkə olan ABŞ-nin Almaniya və Yaponiyaya qarşı müharibə elan etməsi almanların vəziyyətini bir qədər də çətinləşdirdi. Lakin 1942-ci ilin əvvəlində alman ordusu yenidən rusları bir neçə döyüşdə ağır məğlubiyyətə uğradaraq Rusiyanın cənubuna və Qafqaza doğru irəliləməyə başladı. Lakin həmin dövrdə almanların Şimali Afrikada baş verən Əl-Əlameyn döyüşündə ingilis ordusuna məğlub olmaqları onların vəziyyətini daha da çətinləşdirdi. Bu döyüşün ardınca Rusiyanın cənubunda StalinqradQafqaz uğrunda gedən döyüşlərdə məğlub olan almanlar getdikcə qazandıqları əraziləri itirməyə başladılar. 1943-cü ildə Almaniyanın yaxın müttəfiqi İtaliya düşmən tərəflə razılığa gələrək almanlara qarşı müharibə elan etdi. 1945-ci ildə Almaniya qəti olaraq məğlubiyyətə uğradı. İkinci Dünya müharibəsi Almaniyaya baha başa gəldi. 12 milyon nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Xüsusilə Sovet ordusunun əsgərləri işğal etdiyi Şərqi Almaniyada böyük dağıntılar törədir, dinc əhalini qırır, alman qadınlarını kütləvi şəkildə zorlayırdı. Şərqi Almaniya həmin dövrdə məruz qaldığı dağıntılardan indiyə kimi tam özünə gələ bilməmişdir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə

Mənbə

redaktə

Ədəbiyyat

redaktə


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı

  NODES
admin 2
INTERN 7