II Mustafa (Osmanlı türkcəsi: مصطفى ثانى — Muṣṭafā-yi sānī; 5 iyun 1664[1][2], Ədirnədekabr 1703, İstanbul) — 22-ci Osmanlı sultanı və 101-ci İslam xəlifəsi. Ordu rəhbərliyində səfərə çıxan son Osmanlı sultanı.[3]

II Mustafa
6 fevral 1695 – 22 avqust 1703
ƏvvəlkiII Əhməd
SonrakıIII Əhməd
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1664(1664-06-05)[1][2]
Doğum yeri
Vəfat tarixi dekabr 1703 (39 yaşında)
Vəfat yeri
Dəfn yeri Validə Turxan Sultan türbəsi, Yeni Məscid
Fəaliyyəti rəhbər
Atası IV Mehmed
Anası Əmətullah Rabiyə Gülnuş Sultan
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

İlk illəri

redaktə

2 iyun 1664-cü ildə Ədirnədə dünyaya gəlmişdir. Atası IV Mehmed, anası isə Əmətullah Gülnuş Sultandır. Doğumu səbəbilə 7 gün davam edən şənliklər keçirildi. İlk dərsini isə 5 yaşı olanda atasının lələsi Vani Mehmed Əfəndidən aldı və onun tövsiyəsilə daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. Atasının 1672-ci ildə çıxdığı birinci Lehistan səfərində onunla birlikdə Babadağa qədər getdi. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Əhmədlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1687-ci ildə atasının taxtdan endirilməsi əsnasında onun tərəfindən namizəd göstərilsə də, dövlət xadimləri yaşca daha böyük olması səbəbilə əmisi Sultan Süleymanı taxta çıxardı. Bundan sonrakı həyatını isə atası və qardaşı Şahzadə Əhmədlə birlikdə Topqapı sarayındakı Şimşirlik otağında keçirdi, daha sonra isə Ədirnəyə aparıldı. Ədirnədə ikən sərbəst həyat yaşadı. 1691-ci ildə Sultan Süleymanın vəfatı əsnasında taxta çıxması yenidən gündəmə gəlsə də, sədrəzəm Fazil Mustafa Paşanın təkidiylə bu dəfə də digər əmisi olan Sultan Əhməd taxta çıxarıldı. Bu dövrdə Trablusşam bəylərbəyliyindən alınan Hüseyn Paşanın Sultan Əhmədi devirərək onu taxta çıxarma cəhdi uğursuz oldu. Sultan Əhmədin ölümünün ardından sədrəzəm Sürməli Əli Paşa taxta onun oğlu 3 yaşlı Şahzadə İbrahimi namizəd göstərdi. Ancaq Şahzadə Mustafa baş xəzinədar Nəzir ağa kimi bəzi saray mənsublarının da dəstəyilə, ailənin ən böyük şahzadəsi olaraq Ədirnə sarayında taxt qurduraraq sədrəzəmşeyxülislamı gözləmədən özünü sultan elan etdi (6 fevral 1695). O əsnada 31 yaşında idi. Bir neçə gün sonra Ədirnə köhnə məsciddə qılınc qurşandı.[4]

Səltənət illəri

redaktə

Sultan Mustafanın taxta çıxdığı illərdə, 1683 tarixli Vyana mühasirəsiylə başlayan müharibə müxtəlif cəbhələdə davam edirdi. Taxta çıxar-çıxmaz ilk iş olaraq dövlət idarəsini əlinə aldı. Çoxdandır mütəmadi olaraq toplanmayan divan məclislərinin həftədə 4 gün çağırılmasını əmr etdi. Bundan başqa babaları kimi ordunun başında səfərə çıxmaq istədiyini bildirdi. Belə ki, sədrəzəm Sürməli Əli Paşaya xitabən yazdığı fərmanda Allahın ona xilafət nəsib etdiyini, sultanların çoxdandır eyş-işrətə qoşulduğu üçün əhalinin çətin vəziyyətdə olduğunu, bundan sonra özünə eyş-işrəti və rahatlığı haram qıldığını və dövlət adamlarının toplanaraq səfərə çıxma qərarını müzakirə etməsini əmr etdi. Beləliklə, İngiltərənin vasitəçilik etdiyi sülh müzakirələrinə də qarşı olduğu məlum oldu. Sultanın səfərə çıxma istəyi qarşısında dövlət adamları, sultanın qatılacağı bir səfərin olduqca baha başa gələcəyini bildirdi və onun Ədirnədə qalaraq ordunu idarə etməsini məsləhət gördülər. Bu əsnada şahzadəlik illərində müəllimi olan Seyid Feyzullah Əfəndini sürgündə yaşadığı Ərzurumdan gətirərək şeyxülislam təyin etdi. Bir tərəfdən səfərə çıxmasına qarşı çıxdığı üçün, digər tərəfdən isə Feyzullah Əfəndinin təşviqiylə Sürməli Əli Paşa sədarətdən alındı və yerinə sədarət naibi Almas Mehmed Paşa gətirildi (1 may 1695).[5]

Sultan Mustafa hələ dövlət idarəçiliyində islahatlar apararkən, Venesiyalıların işğal etdiyi Xios adası azad edilmiş, Krım xanı Şahbaz Gəray Lehistana tərtiblədiyi səfərlərdən çox sayda əsir və qənimətlə geri dönmüşdü. Xios adasının azad edilməsi Ədirnədə şənliklərlə qeyd olundu.[6]

Səfər hazırlıqlarının bitməsinin ardından Sultan Mustafa taxta çıxdıqdan təxminən 5 ay sonra 30 iyun 1695 tarixində birinci Avstriya səfərinə çıxdı. Belqrad və Temeşvarda toplanan məclislərdə Lippa, Luqoş, Yanova və Şebeş qalalarının zəbt edilməsinə qərar verildi. Bu əsnada Belqrad qalası Qoca Cəfər Paşanın məsuliyyətinə verildi. Əvvəlcə Lippa qalası fəth edildi. Xeyli miqdarda döyüş sursatı, qənimət və əsir alındı. 1000-ə yaxın əsir qapıqulu ocağına göndərildi. Qorunması çətin olduğu üçün Lippa qalası dağıdıldı. Timiş çayı sahilində şəxsən sultanın qatıldığı döyüş Krım qüvvələrinin dəstəyilə Osmanlıların lehinə nəticələndi. Döyüşdə general Veterani həlak oldu. Osmanlı cəbhəsində isə DiyarbəkirRumeli bəylərbəyləri şəhid düşdü. Qələbənin ardından Luqoş qalası alındı. Bu zəfərlər səbəbilə Sultan Mustafaya "qazi" ünvanı verildi və sultan o qışı İstanbulda keçirdi. Bu əsnada Qara dəniz sahillərini ələ keçirmək istəyən Rusiya imperiyası Müqəddəs ittifaqa qoşularaq Azov qalasına hücum etsə də, Arslan Gərayla Kəfə bəylərbəyi Mustafa Paşanın səyləriylə ruslar geri çəkildi. Ancaq çox keçmədən I Pyotr Azov qalasını dənizdən və qurudan yenidən mühasirəyə aldı. İlk hücumdan yetərincə zərər görən qala çox keçmədən ruslara təslim oldu (6 avqust 1696). Azov qalasının itirilməsi Osmanlı cəbhəsində böyük ruh düşkünlüyünə səbəb oldu və geri qaytarılması üçün dərhal fəaliyyətə başlandı. O əsnada kaptan-ı dərya Mezomorto Hüseyn Paşa idarəsindəki Osmanlı donanması Xios adası ətrafında və Moreyada Venesiyaya qarşı qələbə qazandı.[7]

Ədirnədən İstanbula qayıdan və dərhal ikinci səfər üçün hazırlığa başlayan Sultan Mustafa zəngin vəzir və bəylərdən bütün məsrəfləri qarşılamaq üzrə əsgər toplamağı tələb etdi. Bundan başqa tarixdə ilk dəfə olaraq İstanbulƏdirnədən 1500-ə yaxın bostancı orduya alındı. Azovun itirilməsindən sonra Səlim Gəray Krımda saxlanmışdı. Sultan Mustafa ikinci səfərinə 1696-cı ilin aprelində çıxdı. Bir çox Osmanlı qaynaqlarında, sultanın Belqraddakı məşvərət məclisində hırka-i səadət sandığını açaraq vəzir və üləmanın önündə ağladığı, Allahdan babası Sultan Süleyman Qanuninin Moxacda qazandığı kimi bir qələbə istəməsi qeyd olunur. Bu əsnada Avstriya ordusunun Temeşvar qalasını mühasirəyə alması xəbəri gəldi və səfərin istiqaməti bu qalaya yönəldildi. Avstriyalılar dərhal mühasirəni qaldırsalar da, Ulaş yaxınlığında 27 avqust tarixində məğlub oldular. Döyüş əsnasında sultanın da içində olduğu hırka-i şərif arabası yaxınlığında top mərmisi düşmüş, bu səbəblə dərhal həmin yerə sipər qazılaraq sultanın təhlükəsizliyi təmin edilmişdir. Döyüşdə Avstriya ordusunun 2 böyük generalı həlak oldu. Ardından Temeşvara daxil olan Osmanlı ordusu qalanı gücləndirdi və yenidən təhkim etdi. Həmin il Venesiyalılar Dalmatsiya sahillərindəki Ülgün qalasını mühasirəyə alsalar da, bu mühasirə uğursuz alındı.[8]

Fransayla müharibəni sonlandıran Avstriyadan gələn sülh təkliflərini, qazanılan 2 böyük qələbədən sonra qəbul etməyən Sultan Mustafa üçüncü və sonuncu səfərinə 1697-ci ilin sentyabrında çıxdı. Səfərin istiqaməti isə hələ dəqiq bilinmədiyi üçün Belqraddakı məşvərət məclisində 2 istiqamət müzakirə edildi. Körpülü Hüseyn Paşanın təklif etdiyi Varadin istiqaməti qəbul edilmədi. Almas Mehmed Paşanın və Temeşvar mühafizi Qoca Cəfər Paşanın təkidiylə səfərin istiqaməti Temeşvar qalasına seçildi. Halbuki daha yaxında yerləşən Varadinə nəzərən, Temeşvar qalası daha uzaqda yerləşirdi və bir çox çaydan keçmək üçün körpülər tikilməli idi. Bu körpülərdən biri də Zenta yaxınlığında Tisa çayı üzərində qurulan körpü oldu. Ancaq Osmanlı ordusu bu körpü üzərindən keçərkən Avstriyalıların ani hücumuna məruz qaldı. Vahiməyə düşən Osmanlı ordusu darmadağın edili və sədrəzəmlə birlikdə onlarla zabit şəhid düşdü. Minlərlə döyüş sursatı və sədarət möhürü düşmən əlinə keçdi. Bu xəbərdən məyus olan Sultan Mustafa dərhal Temeşvara çəkildi. Sədarətə Hacı Hüseyn Paşa gətirildi (11 sentyabr 1697). Bu əsnada kaptan-ı dərya Mezomorto Hüseyn Paşa Egey dənizində venesiyalılara qarşı 2 böyük zəfər qazanmışdı. Zenta döyüşündən sonra Bosniyaya daxil olan Avstriya qüvvələri Sarayevo yaxınlığına qədər gəldi və bölgəni talan etdi (noyabr 1697). Ardından Bosniya bəylərbəyliyinə gətirilən Daldaban Mustafa Paşa bəzi qalaları ələ keçirərək venesiyalıları bölgədən çəkib çıxarmışdı.[9]

Bu məğlubiyyətin Sultan Mustafa üzərindəki təsiri böyük oldu. Ancaq sultan müharibəni davam etdirmək istəyirdi. Lehistan, VenesiyaRusiya cəbhələrində də vəziyyət Osmanlıların əleyhində idi. Müharibəni sonlandırmaq üçün İngiltərə səfiri Paqetin vasitəçiliyi qəbul edildi. Belqrad yaxınlığında Karlovitsa adlanan yerdə müxtəlif dövlətlərin təmsilçiləriylə gedən müzakirələr uzun çəkdi. Osmanlı tərəfinin təmsilçiləri rəisül-küttab Rami Mehmed Əfəndi və divan tərcüməçisi Aleksandr Mavrokordato idi. İmzalanan Karlovitsa sülhü ilə 16 ildir davam edən müharibələr başa çatdı. Osmanlı imperiyası Temeşvar istisna olmaqla, bütün Macarıstan torpaqlarını itirdi. Moreya yarımadası Venesiyaya, Ukrayna və Podolye bölgəsi Lehistana buraxıldı. 1700-cü ildə ruslarla imzalanan İstanbul sülhü ilə Azov qalası da Rusiya imperiyasına təslim edildi. Sülh məqsədilə paytaxta gələn səfirləri qəbul etmək üçün 1699-cu ilin sentyabrında İstanbula gələn Sultan Mustafa ertəsi il Ədirnəyə qayıtdı.[10]

Bir neçə cəbhədə gedən müharibələr Osmanlı imperiyasını sosial və iqtisadi baxımdan sarsıtmışdı. Artan müharibə məsrəfləri üçün yeni vergilər təyin edilərkən, mövcud vergilərin miqdarı artırıldı. Qapıqulu və timarlı sipahi ocaqlarının nizamları dağıldığı üçün orduya əsgər toplamaq üçün səfərbərlik elan olundu. Müharibələr səbəbilə bəylərbəyi və sancaqbəyləri vəzifə yerlərində olmadıqları üçün bölgələrdə özbaşınalıq artmışdı.[11]

Ədirnə hadisəsi və taxtdan endirilməsi

redaktə

Karlovitsa sülhünün ardından 5 illik dönəmdə hərbi, iqtisadi tədbirlər alındı. Digər yandan isə Sultan Mustafaya qarşı həm orduda, həm əhali arasında, həm də üləma zümrəsində narazılıqlar artırdı. Sultan Mustafanın bir kənarda durub dövlət məsələlərinə diqqət verməməsi və vaxtını Ədirnə sarayında əyləncələrlə keçirməsi yeniçərilərdə və əhali arasında onun da atası kimi olması barədə şayələrə səbəb oldu.[12]

Bütün bu narazılıqlar özünü Ədirnə hadisəsində büruzə verdi. Üsyanın hədəfi sultanın müəllimi olan və dövlət məsələlərində söz sahibinə çevrilən şeyxülislam Seyid Feyzullah Əfəndi idi. Sədarətə gətirilən Körpülü Hüseyn Paşa, Daldaban Mustafa PaşaRami Mehmed Paşa onun təlkinləriylə sədrəzəm olmuşdu. Bunlardan Karlovitsa sülhünün memarı sayılan Hüseyn Paşa şeyxülislamın təzyiqlərindən bezib istehfa vermiş, Daldaban Mustafa Paşa vəzifəsində qalmaq üçün ona tabe olsa da, Krımdakı iğtişaşlar bəhanəsiylə şeyxülislam onun edamına şərait yaratmışdı. Daha hiyləgər olan Rami Mehmed Paşa isə şeyxülislamı vəzifədən almağa çalışmışdı. O əsnada Gürcüstana göndəriləcək 200 cəbəcinin gecikən ülufələrini almaq bəhanəsiylə ayaqlanması ona bu fürsəti verdi. Sədrəzəmin gizli-gizli dəstəklədiyi bu hadisə daha sonra böyüyərək hkimiyyətə qarşı yönəldi. İstanbulu ələ alan üsyançılar Ədirnəyə istəklərini bildirən bir raport göndərdilər. Şeyxülislam Feyzullah Əfəndinin bu raportu sultandan gizlətməsini fürsət bilən Rami Mehmed Paşa onu vəzifədən aldı. Üsyançıların istəyilə 31 iyulda Başmaqçızadə Əli Əfəndi şeyxülislam oldu. Ancaq syanın Sultan Mustafaya qarşı yönəlməsi nəticəsində şeyxülislamlığa İmam Mehmed Əfəndi gətirildi. Məhz onun təklifi ilə yeni taxt namizədi sultanın qardaşı Şahzadə Əhməd seçildi. Ədirnə hökumətinin təmsilçisi ikinci vəzir Həsən Paşa ilə İstanbul təmsilçisi Əhməd Paşanın səyləri nəticəsində toqquşma olmadan məsələ həll olundu. Ədirnə əhalisinin də üsyançılara qoşulması nəticəsində tək qalan Sultan Mustafa saray əhalisi və vəzirlərlə Ədirnəyə qayıtdı. 22 avqust 1703-cü ildə Ədirnəyə çatdı və qardaşı Şahzadə Əhmədin otağına gələrək "Qardaşım, qul səni sultan istəyir" dedi. Beləliklə, öz istəyilə taxtdan çəkildi və qardaşının vəliəhdlik otağında yaşamağa başladı. Bundan başqa qardaşına üsyan edənlərin cəzalandırılmasını, ək stəqdirdə onların vaxtı çatanda onu da taxtdan endirəcəklərini bildirdi. Sonrakı həyatında nisbətən sərbəst yaşayan Sultan Mustafa, anası vasitəsilə Silahdar Əli Paşanın vəzirliyə yüksəlməsində rol oynamışdır.[13]

Taxtdan endirilməsindən 5 ay sonra əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə 39 yaşında vəfat etdi (29 dekabr 1703).

Ailəsi

redaktə

Hərəmxanası

redaktə

Oğlan uşaqları

redaktə
  1. I Mahmud
  2. Şahzadə Mehmed (d. 22 noyabr 1698 – ö. 5 iyun 1703) — Hafsa Sultandan doğulma. Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
  3. Şahzadə Səlim (d. 16 may 1700 – ö. 8 iyun 1701) — Hafsa Sultandan doğulma.
  4. Şahzadə Murad (d. 3 mart 1703 – ö. 29 dekabr 1703) — Hafsa Sultandan doğulma. Şahzadə Əhmədlə əkizdir.
  5. Şahzadə Əhməd (d. 3 mart 1703 – ö. 7 sentyabr 1703) — Hafsa Sultandan doğulma. Şahzadə Muradla əkizdir.
  6. III Osman
  7. Şahzadə Həsən (d. 27 mart 1699 – ö. may 1733) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
  8. Şahzadə Hüseyn (d. 7 may 1699 – ö. 24 avqust 1700)
  9. Şahzadə Əhməd (d. 14 aprel 1699 – ö. 10 oktyabr 1699)
  10. Şahzadə Süleyman (d. 25 dekabr 1697 – ö. ?) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
  11. Şahzadə Əli (d. 1698 — ö. ?) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
  12. Şahzadə Süleyman (d. 1703 – ö. 1710).

Qız uşaqları

redaktə
  1. Ayşə Sultan
  2. Əminə Sultan
  3. Safiyə Sultan
  4. Ruqiyə Sultan (d. 13 noyabr 1697 — ö. 28 mart 1698)
  5. Xədicə Sultan (d. 14 fevral 1698 — ö. ?)
  6. Fatma Sultan (d. 8 oktyabr 1699 — ö. 20 may 1700) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
  7. İsmihan Sultan (d. 23 aprel 1700 — ö. 1 iyun 1700)
  8. Əsma Sultan
  9. Atikə Sultan (d. 23 oktyabr 1694 — ö. ?)
  10. Ruqiyə Sultan (d. 1698 — ö. 24 dekabr 1703)
  11. Ümmügülsüm Sultan (d. 10 iyun 1700 — ö. 1 may 1701) — Zeynəb Sutanla əkizdir.
  12. Zeynəb Sultan (d. 10 iyun 1700 — ö. 18 dekabr 1705) — Ümmügülsüm Sultanla əkizdir.
  13. Əmətullah Sultan

İstinadlar

redaktə
  1. 1 2 Mustafa II // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Sultan (1695–1703) Mustafa // Brockhauz Ensiklopediyası (alm.).
  3. Silâhdar, Nusretnâme (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 1–629, 657–658;
  4. Abdurrahman Abdi Paşa Vekāyi‘nâme’si (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, s. 139–140, 390, 393;
  5. A. D. Alderson, Bütün Yönleriyle Osmanlı Hanedanı (trc. Şefaettin Severcan), İstanbul, ts. (Yeni Şafak), s. 263, 330;
  6. Hasan Ağazâde Hacı Abdullah Efendi, Târihçe: Mustafa II’ye Dair Bir Risâle (nşr. Fahri Çetin Derin, TD, IX/13 [1958] içinde), s. 45–70;
  7. Nazmîzâde Murtaza Efendi, Târîh-i Seferü’l-Basra (nşr. Vahid Çabuk, TED, sy. 15 [1997] içinde), s. 326–380;
  8. H. G. Majer, "The Harem of Mustafa II, 1695–1703 (Turkish Sultan)", Osm.Ar., XII (1992), s. 431–444;
  9. Necati Tacan, Eski Osmanlı Seferlerinden Niş-Belgrad-Salankamen-Petervaradin-Lugoş-Temeşvar Kuşatma ve Meydan Muharebeleri 1690–1696 (1101–1108), İstanbul 1939, s. 86–90, 94–105;
  10. P. Rycaut, The History of Turks Beginning with the Year 1679, London 1700, s. 522–523, 539, 540, 542, 553 vd.;
  11. Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât, 1656–1704 (nşr. Abdülkadir Özcan), Ankara 1995, s. 502–503, 517–837;
  12. D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 242–317;
  13. P. Lucas, Voyages du sieur Paul Lucas au Levant, Paris 1704, II, 239–243, 267 vd., 314 vd., 390–409;

Mənbə

redaktə
  • Mustafa Nedim, Zafernâme, Millet Ktp., Ali Emîrî, nr. 1343;
  • İbrâhim Sırrı, Târîh-i Sultan Mustafa, İÜ Ktp., TY, nr. 3488;
  • Anonim Osmanlı Tarihi: 1099-1166/1688-1704 (nşr. Abdülkadir Özcan), Ankara 2000, s. 107-279;
  • a.mlf., İcmâl-i Sefer-i Nehr-i Ziyâb, Süleymaniye Ktp., Esad Efendi, nr. 2064;
  • A. de la Motraye, Travels, London 1732, I, 209, 218 vd., 230-248, 253;
  • E. D. Chishull, Türkiye Gezisi ve İngiltere’ye Dönüş (trc. Bahattin Orhon), İstanbul 1993, tür.yer.;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, II-III, tür.yer.;
  • Râşid, Târih, I, 71;
  • Sâlim, Tezkire, İstanbul 1315, s. 58-63;
  • Ahmed Hasîb, Ravzatü’l-küberâ (nşr. Mesut Aydıner), Ankara 2003, tür.yer.;
  • Müstakimzâde, Tuhfe, s. 539;
  • Tayyarzâde Atâ Bey, Târih, İstanbul 1293, IV, 65-66;
  • Hammer, HEO, XII, tür.yer.;
  • Zinkeisen, Geschichte, V, 152-159, 178 vd., 187-195, 200-209, 210-217, 227-236;
  • N. Jorga, Geschichte des Osmanischen Reiches, Gotha 1911, V, 269-272, 276-285, 286 vd.;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 555-595;
  • Nuri Pere, Osmanlılarda Mâdenî Paralar, İstanbul 1968, s. 185-187, lv. 30-31;
  • Danişmend, Kronoloji2, III, 477-489;
  • M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 73-79;
  • Rifaat Ali Abou-el-Haj, The 1703 Rebellion and the Structure of Ottoman Politics, Istanbul 1984;
  • a.mlf., “The Narcissism of Mustafa II (1695-1703): a Psychohistorical Study”, St.I, XL (1974), s. 115-131;
  • Cengiz Orhonlu, “Mustafa II”, İA, VIII, 695-700;
  • J. H. Kramers, “Muśŧafā II”, EI² (Fr.), VII, 708-709;
  • Abdülkadir Özcan, “Edirne Vak‘ası”, DİA, X, 445-446;
  • a.mlf., “Karlofça Antlaşması”, a.e., XXIV, 504-507

Xarici keçidlər

redaktə
II Mustafa
Doğum: 6 fevral 1664 Vəfat: 29 dekabr 1703
Hakimiyyət titulları
Sələfləri 
II Əhməd
 
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

6 fevral 1695-22 avqust 1703
Xələfləri 
III Əhməd
Sünni İslam titulları
Sələfləri 
II Əhməd
 
İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
III Əhməd
  NODES