II Vilhelm Torpağı
II Vilhelm Torpağı (alm. Kaiser Wilhelm II Land) — Antarktidanın təbii ərazi bölgüsünə daxil olan hissə. 87°43' və 91°54' şərq uzunluqları arasında yerləşir. Sahillərini Deyvis dənizi yuyur.
Enderbi Torpağı | |
---|---|
ing. "Kaiser Wilhelm II Land" | |
66°48′ c. e. 89°11′ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Buzlaq qatının qalınlığı cənub hissədə 2000 metri keçir. Buz qatından yalnız sahildə yerləşən sönmüş vulkan olan Qaussberq azad olur. Vulkanın hündürlüyü 369 metr təşkil edir.
II Vilhelm Torpağı 1902-ci ilin fevralında alman ekspedisiyasının rəhbəri Erix fon Driqal tərəfindən kəşf edilmişdir. Ərazi Almaniya imperatoru II Vilhelmin[1] şərəfinə adlandırılmışdır.
II Vilhelm Torpağına rəsmi olaraq Avstraliya iddia edir. Ancaq Antarktida haqqında konvensiyaya görə ərazi iddiaları dondurulmuşdur.
İstinadlar
redaktə- ↑ "Geographic Names Information System. United States Geological Survey". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-04.