I Pavel
I Pavel (rus. Па́вел I Петро́вич); 20 sentyabr (1 oktyabr) 1754[1][2][…], Sankt-Peterburq[5] – 11 (23) mart 1801[2][3] və ya 12 (24) mart 1801[3][2][…], Sankt-Peterburq[5]) — Rusiya imperiyasının imperatorudur. Atasının II Yekaterinanın məşuqu Sergey Saltıkov olması barədə yayılan şayələrə baxmayaraq, III Pyotr və II Yekaterinanın yeganə oğlu olaraq qəbul edilir. Ömrünün böyük bir qismini anasının kölgəsində keçirən I Pavelin səltənəti suiqəsdçilər tərəfindən öldürülənədək 5 il davam etdi. Rusiya taxt-tac varisliyində qədim qanunları bərpa etdi və taxt əbədiyyətə qədər Romanovlar sülaləsinə verildi.
I Pavel | |
---|---|
rus. Павел Петрович Романов | |
Oldenburqlar[d] | |
1 iyul 1773 – 14 dekabr 1773 | |
Holşteyn-Qottorp knyazlığı[d] | |
17 iyul 1762 – 1 iyul 1773 | |
6 iyul 1762 – 6 noyabr 1796 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr (1 oktyabr) 1754[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 (23) mart 1801[2][3] (46 yaşında) və ya 12 (24) mart 1801[3][2][…] (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaqlama[d], boğulma |
Dəfn yeri | |
Atası | III Pyotr |
Anası | II Yekaterina |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlıq illəri
redaktəPavel Sankt Peterburqda Yelizaveta Petrovnanın sarayında dünyaya gəldi. Anası Sofiya Avqust Frederik (sonradan II Yekaterina), atası isə imperatriça Yelizavetanın varisi olan Pyotr Fyodoroviçdir. Dünyaya gəldikdən sonra imperatriça Yelizavetanın əmrilə dərhal anasından alındı, xüsusi dayələr və Nikita İvanoviç Panin tərəfindən böyüdüldü. Halbuki N. İ. Paninin qardaşı oğlu I Pavelin qatillərindən biri oldu. 1771-ci ildə tifus xəstəliyinə tutulmuş, bu səbəbdən üzündə ləkələr olmuşdur. Bəzi tarixçilərə görə, II Yekaterina oğluna nifrət edirdi və bir neçə dəfə onu öldürməyə cəhd etmişdir.
Rusiya sarayı artıq xəstə və zəif bir uşaq üçün ideal bir ev deyildi. 1773-cü ildə anasının təzyiqi ilə Nataliya Alekseyevna ilə evləndi və imperator olaraq hazırlanması üçün dövlət dumasının iclaslarında iştirak etməsi üçün icazə verildi.
Pavelin ilk xanımı doğum əsnasında vəfat etmiş, bu səbəbdən anası II Yekaterinanın tərtibi ilə 7 oktyabr 1776 tarixində Mariya Feodorovna ilə evləndi. 1777-ci ildə ilk övladları dünyaya gəlmiş, bu münasibətlə imperatriça Yelizaveta cütlüyə Pavlovski Sarayını hədiyyə etdi. Ardından cütlük 1781–1782 tarixlərində Qərbi Avropaya səyahətə çıxdı. 1783-cü ildə cütlük imperatriça Yelizavetanın əmrilə Böyük Qatçina sarayında göndərildi və burada ev həbsinə salındı.
Anası ilə münasibəti
redaktəII Yekaterina ilə oğlu və varisi olan Pavel arasında hakimiyyətin ilk illərində olduqca soyuq münasibət var idi. Pavelin bibisi və o illərdə imperatriça olan Yelizaveta Petrovna ana ilə oğlu bir-birindən ayrı saxlayır, hətta hələ südəmər körpə ikən yalnız müəyyən günlərdə görüşməklərinə icazə verirdi. Ancaq imperatriça heç vaxt evlənməmiş və uşaq sahibi olmamışdı. Buna görə də balaca Pavelə lazımi qayğını göstərə bilmədi. Kiçik vəliəhd dayələrin əlində böyüməyə başladı. Hətta o dönəm saray xadimlərindən birinin yazdığına görə, bir dəfə balaca Pavel beşikdən düşmüş və bütün gecəni yerdə qalmışdı.
İmperatriça Yelizavetanın vəfatından sonra da anası Yekaterina ilə münasibətləri düzəlməyən Pavelin gənclik illəri anasının sevgililərini qısqanmaqla keçirdi. Hətta saray tarixçisinin qeydlərinə görə, imperatriça Yekaterina öz ad günlərindən birində oğluna sadə bir saat, saray nədimlərindən birinə isə 50 min rubl hədiyyə etmişdi. Bir çox tarixçilərə görə, ana ilə oğul arasındakı bu soyuqluğun əsas səbəbi Pavelin uşaqlığından bəri anasından ayrı qalması idi. Ancaq bir qrup tarixçi bunun səbəbini hakimiyyət mübarizəsində görür. Belə ki, II Yekaterina səltənəti dövründə oğlunu hakimiyyətdən uzaq tutmuş, hətta Pavelin böyük oğlu Aleksandr dünyaya gəldikdən sonra vəliəhd olaraq oğlu yox, nəvəsini seçməyə qərar vermişdi. Bu isə mövcud mübarizəni daha da kəskinləşdirdi.
İmperatriça Yekaterinanın mütləq hakimiyyəti və saraydakı gücü Pavel ilə münasibətlərini daha da sərtləşdirirdi. Anasının yeritdiyi daxili və xarici siyasətə açıq olaraq qarşı çıxır, hətta hərbi sahədə yazdığı qısa məzmunlu əsərlərdə anasının siyasətinə zidd olaraq müdafiə siyasətini təbliğ edirdi.
Bir neçə il sonra Pavel böyüyən ailəsi ilə Böyük Qatçina sarayında qalmağa başladı. Həm imperiya sarayından uzaq qaldığı, həm də Prussiyaya olan hücumlara daha yaxından nəzarət etməsi baxımından Pavel bu vəziyyətdən olduqca razı idi. II Yekaterina isə oğlu böyüdükcə onun saraydakı vəzifələrindən imtina etməsindən olduqca məmnun idi. Çünki əsas hədəfi nəvəsi Aleksandrı varis elan etmək idi. Nəhayət, 1787-ci ildə hərəkətə keçən II Yekaterina oğlunu varislikdən uzaqlaşdırmağa başladı. Pavelin dünyaya gələn iki oğlunu — Aleksandr və Konstantini eynən oğlu kimi analarından ayırdı və öz nəzarətinə aldı. Vəliəhd Pavelin yox, Rusiya imperiyasının yüksəlişi üçün nəvəsi Aleksandrı əsl imperator kimi böyütməyə başlayan II Yekaterina tez-tez müəllimlərlə görüşür, hətta Aleksandrın anasına oğlunun vəliəhdliyi ilə bağlı sənədi belə imzalatmışdı. Ancaq cəhd olunan 2 təşəbbüs də uğursuz keçdi və Aleksandr atası Pavelin vəliəhdliyini qəbul etdi.
Taxta çıxışı
redaktəII Yekaterina 17 noyabr 1796 tarixində iflic keçirdi və vəfat etdi. İmperator olaraq Pavelin ilk işi mərhum imperatriçanın vəsiyyətnaməsini aradan qaldırmaq oldu. Çünki sarayda yayılan şayələrə görə, imperatriça öz vəsiyyətnaməsində taxtı nəvəsi Aleksandra buraxmışdı. Nəhayət, vəsiyyətnamə ələ keçirildi və yox edildi. Pavelin səltənət illərində qəbul etdiyi "Pavel Qanunnaməsi" ilə taxtını və səltənətini mühafizə etdi və vəliəhd olaraq oğlu Aleksandrı elan etdi.
Sabiq imperatriça Yekaterinanın son əmri ilə Cənubi Qafqaza səfərə çıxan ordu Pavelin əmrilə bir ay ərzində geri çağırıldı. Atası III Pyotrun məzarı açıldı və böyük mərasimlə Pyotr və Pavel kafedralındakı kral məzarlığına dəfn olundu. 35 il əvvəl atasını qətlə yetirən Qraf Aleksey Orlova tacqoyma mərasimində imperator tacını gətirtdi. Mixaylov qəsri yaxınlığında ilk Rusiya imperatorunun abidəsindəki kitabəyə rusca "Böyük böyük nəvədən böyük-böyük babaya" yazısını yazdırdı. Əslində bütün bu fəaliyyətləri Romanovlar sülaləsindən gəldiyini sübut etmək üçün etməkdə idi.
Daxili siyasəti
redaktəİmperator Pavel idealist və səxavətli idi ancaq olduqca kindar və çox dəyişkən təbiətli idi. Onun Romanovlar sülaləsindən olmadığını qeyd etsələr də, özündən əvvəlki çarlarla çox bənzər xüsusiyyətləri vardı. Səltənətinin ilk ilində Pavel anasının sərt siyasətini tamamilə tərsinə çevirdi. Hər nə qədər Yakobinçilər tərəfindən tənqid olunsa da, II Yekaterinanın ən sərt tənqidçisi А. N. Radişevi sürgündən geri qaytardı. Bundan başqa Leninqrad vilayətində həbs olunan N. İ. Novikov və A. T. B. Kostyuşkanı xilas etdi ancaq azadlığa çıxan bu şəxslər öz mülklərində polis nəzarətində yaşadı. Rus əsilzadələrini gücləndirmək və hakimiyyətə tabe etmək üçün islahatlar apardı və anasının 34 il boyunca əsilzadələrə payladığı imtiyazları, oğlu Pavel 5 ilin içində payladı. 7 marşal və 333 ordu generalı sırf siyasətlərinə qaşı çıxdığı üçün ya vəzifələrini, ya da canlarını itirdi.
Pavel ordunu yenidən tərtib etmək üçün çox da bəyənilməyən bir metoda əl atdı. II Yekaterinanın dövründə, Qriqori Potyomkin əsgərləri ucuz və olduqca rahat geyimlə təmin etmişdi. Ancaq Pavel atasının dövründə Prussiya ordusundan nümunə alınan geyimləri geri qaytardı. İmperator hərbi parad və mərasimləri sevirdi. Hər səhər tezdən hava şəraitindən asılı olmayaraq sarayın önündə hərbi parad olmalı, səhv edən əsgərlər qamçılanır və hətta Sibirə sürgün edilirdi.
Anna Lopukina ilə olan gizli münasibəti səbəbilə böyük xərc çəkərək paytaxtda və ətrafında 3 saray inşa etdirdi. Anasının sevgililərindən olan general Qriqori Potyomkinin məzarını açdıraraq darmadağın etdi.
İstinadlar
redaktə- ↑ 1 2 Павел I (rus.). // Русский биографический словарь / под ред. А. А. Половцов СПб: 1902. Т. 13. С. 4–64.
- ↑ 1 2 3 4 5 6 Paul I. (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 20. P. 957.
- ↑ 1 2 3 4 ПАВЕЛ I // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004. Т. 25. С. 11–14.
- ↑ 1 2 Мякотин В. А. Константин Павлович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1895. Т. XVI. С. 74–75.
- ↑ 1 2 3 4 Павел I (российский император) // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.