Ceyn Seymur

(Jane Seymour səhifəsindən yönləndirilmişdir)

Ceyn Seymur (ing. Jane Seymour; 1508[1][2]24 oktyabr 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır.

Ceyn Seymur
ing. Jane Seymour
Şəxsi məlumatlar
Doğum tarixi 1508[1][2]
Vəfat tarixi 24 oktyabr 1537
Vəfat yeri
Vəfat səbəbi Doğuş zamanı temperatur
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Həyat yoldaşı
Uşağı

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik illəri

redaktə

Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır.

İngiltərə kraliçalığı

redaktə

30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi. Doğuş çox çətin keçmiş, oğlunun xaç suyuna salınma mərasimində belə iştirak edə bilməmişdir. Beləliklə, doğuşdan 12 gün sonra 24 oktyabr 1537 tarixində kraliça Hampton sarayında vəfat etdi. Kralın ən çox sevdiyi qadını olmuş, hətta VIII Henri vəfat etdikdən sonra Jane Seymour`un yanına dəfn olunmuşdur.

İstinadlar

redaktə
  1. 1 2 Queen consort of Henry VIII Seymour, Jane // Early Modern Letters Online (ing.).
  2. 1 2 Jane Seymour // FemBio database (alm.).
  3. 1 2 3 McGovern U. Chambers Concise Biographical Dictionary. Edinburq: Chambers Harrap, 2003. ISBN 978-0-550-10062-7
  4. 1 2 3 Kindred Britain.

Xarici keçidlər

redaktə
  NODES