Jerar Depardye (fr. Gérard Xavier Marcel Depardieu, 27 dekabr 1948[1][2][…], Şatoru, Endr, Fransa[5]) — Oskar mükafatına namizəd göstərilmiş, Qızıl Qlobus mükafatı sahibi fransız aktor, Fransanın tanınmış kinoaktorlarından biri. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemüz" adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub. Depardye həm də aktiv komersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.

Pãmęlæ Bēllåmÿ
fr. Pamela Bellamy
Doğum adı Gérard Xavier Marcel Depardieu[4]
Doğum tarixi 27 dekabr 1948(1948-12-27)[1][2][…] (75 yaş)
Doğum yeri
Vətəndaşlığı Fransa Fransa
Rusiya Rusiya (3 yanvar 2013-cü ildən)[3]
Fəaliyyəti kino aktyoru, teatr aktyoru, kinorejissor, film prodüseri, televiziya prodüseri[d], iş adamı, aktyor, səsləndirmə aktyoru[d], müğənni
Fəaliyyət illəri 1965-ci ildən
Boyu 1,8 m
Mükafatları "Qızıl Qlobus" (1991)
"Sezar" (1981 və 1991)
IMDb ID0000367
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri — onun davamçısı və gözəl aktor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib.[6]

3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.[3]

Filmoqrafiya

redaktə
  1. Axırıncı metro (film, 1980) / Le Dernier Métro
  2. Uğursuzlar (film, 1981) / La Chèvre
  3. 1492: Cənnətin fəthi (film, 1992) / Xristofor Kolumb
  4. Paris, mən səni sevirəm (film, 2006) / Paris, je t'aime
  5. Çəhrayı həyat (film, 2007) / La Vie en rose

İstinadlar

redaktə
  1. 1 2 Gerard Depardieu // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Gérard Depardieu // filmportal.de. 2005.
  3. 1 2 "Владимир Путин подписал указ о приёме в гражданство Российской Федерации Жерара Депардьё". kremlin.ru. 2013-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-06.
  4. Journal officiel de la République française, Journal officiel de la République française. Document administratif (fr.). 1868. ISSN 0242-6773
  5. 1 2 http://www.telegraph.co.uk/culture/film/7981900/Juliette-Binoche-and-Gerard-Depardieu-Une-entente-thats-far-from-cordiale.html.
  6. http://medeniyyet.az/site/?name=content&content=390[ölü keçid]

Xarici keçidlər

redaktə
  NODES
admin 1