Kampala

Uqandanın paytaxtı

Kampala (ing. suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür.

Kampala
0°18′49″ şm. e. 32°34′52″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 189.000.000 m²
Mərkəzin hündürlüyü 1.190 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.680.600 nəf. (2019)
Digər
kcca.go.ug
Xəritəni göstər/gizlə
Kampala xəritədə
Kampala
Kampala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir.

Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  NODES
os 2