Kapillyarlar (lat. capillaris — tükvari) insan və digər canlıların orqanizmində mövcud olan ən nazik damarlardır. Kapillyarlar arteriya və venalar arasında rabitə rolunu oynayaraq toxumaların qidalanmasında, maddələr mübadiləsində mühüm və başlıca rola malikdirlər. Kapillyarların divarı bir qatdan endoteldən və nazik birləşdirici toxuma təbəqəsindən (lat. adventitia capillaris) təşkil olunmuşdur. Endotel təbəqəni təşkil edən bir qatlı nüvəli hüceyrələr yapışqan verən maddə və hüceyrəarası körpücüklər vasitəsilə bir-birilə rabitədədirlər. Endotel o qədər zərif və incə quruluşa malikdir ki, onun malik olduğu lat. stiqmata adlanan kişik və lat. stomata adlanan bıyük məsamələrindən su, oksigen və lipid və s. molekullar keçə bilir. Kapillyarlar arteriyalar kimi yığılmağa və pulsasiya etməyə qadirdirlər. Bu xüsusiyyət birləşdirici toxumada olan saya əzələ lifləri ilə izah olunur. Kapillyarların diametri müxtəlifdirÇ orta hesabla 10 mikrona bərabərdir: ən geniş kapillyar (12-20 mikron) qaraciyərdə, sümük iliyində, diş özəyində, əndar kapillyar (5-6 mikron) əzələlərdə və gözün torlu qişasında təsadüf olunur. Kapillyar sisteminin ümumi diametri 1185 sm² və böyüklərdə miqdarı dırd milyarda yaxındır. Kapillyarlarda qanın təzyiqi azaldığı üçüç orada qan yavaş-yavaş axır; bunun artıq dərəcədə fizioloji əhəmiyyəti var; qanın yavaş axması maddələr mübadiləsinə imkan verir. Kapillyarlar bir tərəfdən arteriyalarla və digər tərəfdən venalarla rabitədə olduqları üçün iki qismə bölünürlər:

  1. arterial kapilyarlar;
  2. venoz kapillyarlar.
Kapillyar torunun sxemi

Üzvlərdəki kapillyarların şəkli və quruluşu üzvlərin quruluşuna müvafiq olaraq müxtəlifdir.

  1. Sadə və mürəkkəb ilgək dəri məməciklərində və bağırsaq xivlarında təsadüf olunur.
  2. İlgəkli tor - yenə bağırsaqların xovlarında olub bir çox sadə ilgəyin anastomozlaşmasından əmələ gəlir.
  3. Yumaqcıq - lat. glomerulus böyrəklərdə təsadüf olunur və arteriyanın birdən-birə, fırça kimi bir çox şaxələrə bılünməsindən əmələ gəlir. Əgər başqa kapillyarların toplaşmasından vena əmələ gələrsə, yumaqcığı təşkil edən kapillyarlardan isə yenə arteriya hasil olur.
  4. Tor - kapillyarların bir səthdə anastomozlaşmasından əmələ gəlir.
  5. Sahələr - göl kimi genəlmiş kapillyarlardı; bunların quruluşu adi kapillyarlardan ayrılır. Özləri də bəzi üzvlərdə, məsələn, penisin mağaralı cisimlərində və sidik kanalının süngəri hissəsində, dalaqdaciftdə təsadüf olunur. Keçmişdə bunu nəzərdə tutaraq qan-damar sistemini açıq hesab edirdilər; lakin bunlar genəlmiş kapillyar deyə qəbul olunmamışdır. Bu sahələrə bir tərəfdən arteriya açılır və digər tərəfdən həmin sahələrdən vena başlazır və özləri də yuxarıda göstərilən üzvlərdə müxtəlif vəzifə ifa edirlər. Qan kapillyarları bir çox nahiyələrdə limfa yolları ilə rabitədədir, belə ki, onlar perivaskulyar limfa sahələrilə əhatə olunmuşlar. Kapillyarların divarları həll olunmuş qazları, duzları, kolloid maddələri, suyu və qan cisimciklərini özündən keçirməyə qabildirlər.Endotel hüceyrələrinin içərisində kaveol adlı vezikullar vardır bu kaveollar xolesterin sfinqomielin və kaveolin proteinlərindən yaranmişdır.tam olaraq funksiyaları məlum olmasada güman edilirki makromolekullarin endositoz və transsitozunda iştirak edir.bəziləri isə endotel hüceyrəsi boyunca yerləşərək vezikul kanalları yaradırlar.
  NODES
os 2