Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim.[1]

Karlos Çaves
isp. Carlos Antonio de Padua Chávez y Ramírez
Karl van Vexten tərəfindən çəkilən Karlos Çavesin portreti (1937)
Karl van Vexten tərəfindən çəkilən Karlos Çavesin portreti (1937)
Ümumi məlumatlar
Doğum adı Padua Çaves-i-Ramires Karlos Antonio de
Doğum tarixi
Doğum yeri Mexiko yaxınlığındakı Kalsado-de Takula
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Mexiko
Vətəndaşlığı Meksika Meksika
Milliyyəti meksikalı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, xoreoqraf, musiqişünas, musiqiçi
Janr Opera and simfoniya
Musiqi aləti piano
Albom şirkətləri Columbia Records
Üzvlüyü
Mükafatları

Quqqenhaym təqaüdü,

  • Incəsənət və elm sahəsində Milli Mükafat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

P.L. Oqason və M. Ponsedən fortepianoda çalmaq dərsləri almış, kompozisiyanı müstəqil surətdə öyrənmişdir. 192526-cı illərdə Mexikoda müasir musiqidən ibarət konsertlər təşkil etmişdir. 1928-ci ildə Mexiko simfonik orkestrini yaratmış (sonralar Milli simfonik orkestr) və 1949-cu ilə qədər ona rəhbərlik etmişdir. Milli Konservatoriyanın direktoru (192834), Meksika musiqi nəşriyyatını yaradanlardan biri (1945), “Nuestra Musica” jurnalının təsisçisi (1946), Zərif Sənətlər Milli İnstitutunun baş direktoru (194752) olmuşdur. MeksikaLatın Amerikası bəstəkarlarının yaradıcılığını təbliğ edərək, dirijor kimi AmerikaAvropa ölkələrində konsertlər vermişdir. Musiqi tənqidçisi kimi mətbuatda çıxış etmişdir.[1]

Fəaliyyəti

redaktə

Bir çox xarici akademiya və institutların fəxri üzvü seçilmişdir. S. Revueltasla bərabər Meksika müasir bəstəkarlıq məktəbinin banisi, Latın Amerikası aparıcı bəstəkarlarından olmuşdur. 20–30-cu illərdə yaratdığı əsərlərdə Meksika xalq musiqisinin, hindi musiqisinin elementləri (asteklərin həyatından götürülmüş süjetlərə yazılmış baletlər, “Hindi simfoniyası”) üstünlük təşkil edirdi. Həmin illərdə Çaves musiqi modernizmi ilə maraqlanaraq bir sıra əsərlər (“Çoxbucaqlılar”, “Altıbucaqlılar”, “Enerji”, “Spiral” və s.) yaramışdır. Xor və orkestr üçün “Proletar simfoniyası” (1934), “Respublika uvertürası” (1935), Meksika şairi K.Qutyerres Krusun sözlərinə yazılmış xor və orkestr üçün “Günəş” kantatası (1934) və s. əsərlərin müəllifidir. 20-ci əsrin 40-cı illərindən başlayaraq Çavesin musiqisi milli xüsusiyyətlərini saxlamaqla akademik xarakter almışdır. Müasir Meksika bəstəkarlarına Çaves yaradıcılığının böyük təsiri olmuşdur.[1]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 Çaves// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 462. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

redaktə
  NODES
os 10