Kavalalı Mehmed Əli Paşa

Kavalalı Mehmed Əli Paşa (4 mart 1769[2], Kavala[d], Osmanlı imperiyası[3]2 avqust 1849[4], İsgəndəriyyə, Misir əyaləti) — Osmanlıların MisirSudan hakimi və Kavalalı ailəsinin banisi.

Mehmed Əli Paşa
osman. محمد علی پاشا
3 iyul 1805 – 2 mart (sentyabr) 1848
ƏvvəlkiXurşid Əhməd Paşa
SonrakıKavalalı İbrahim Paşa
Şəxsi məlumatlar
Doğum adı محمد علي المسعود بن إبراهيم آغا القوللي
Doğum tarixi
Doğum yeri Kavala, Rumeli əyaləti, Osmanlı imperiyası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri
Dəfn yeri Mehmed Əli Paşa məscidi, Qahirə
Fəaliyyəti hərbi lider[d], siyasətçi, dövlət xadimi, jurnalist
Atası İbrahim ağa
Anası Zeynəb xanım
Həyat yoldaşları Əminə xanım
Aynülhəyat xanım
Uşaqları İbrahim Paşa
Əhməd Tosun Paşa
Səid Paşa
Ailəsi Kavalalı ailəsi
Dini Sünni, İslam
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1], hərbi iş[1]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

İlk illəri

redaktə
 
Mehmed Əli Paşanın doğulduğu ev, Kavala, indiki Yunanıstan

4 mart 1769-cu ildə Kavalada dünyaya gəldi. Ailəsinin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyada Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Bəzi tarixi mənbələrdə atası İbrahim ağanı kiçik yaşlarında itirərək əmisi Tosun ağanın himayəsinə girməsi qeyd edilsə də, İbrahim ağanın ölüm tarixinin 1790-cı il olması bu məlumatı təsdiq etmir. Atasının yanında tütün ticarətiylə məşğul olan Mehmed Əli 1787-ci ildə hərbi xidmətə alınmış, bu müddət ərzində vergi ödəməkdən boyun qaçıran kəndlilərin cəzalandırılmasında ön plana çıxmışdır. Həmin il Kavalada dul qalan xalası qızı Əminə xanımla evləndi.

Misiri işğal edən fransızlara qarşı hazılanan hərbi birliklər arasında Kavaladan yola düşən 300 nəfərlik dəstənin içərisində yer alan Mehmed Əlinin Misir torpaqlarına ilk gəlişi də məhz 8 mart 1801-ci il olaraq qəbul edilir. Həmin il fransız birliklərinə qarşı vuruşmada fərqləndiyi üçün Misir bəylərbəyi Hüsrəv Mehmed Paşa tərəfindən mayor rütbəsinə yüksəldi və qısa zamanda Misirdəki Osmanlı ordusunun əsasını təşkil edən alban birliklərinin ikinci komandiri oldu.

Fransız işğalından sonra ard-arda iğtişaşlar baş verən Misirdə OsmanlıMəmlük birlikləri idarəni ələ almaq uğrunda mübarizəyə başladı. Osmanlı birlikləri isə öz arasında ixtilafa düşmüşdü. Hüsrəv Mehmed Paşaya tabe olan hərbi dəstələrlə Tahir Paşa və Mehmed Əli idarəsindəki alban birliklər arasında uyuşmazlıq vardı. Məmlüklər arasında da uyuşmazlıqlar vardı. Bunların bir qismi Bardisini, bir qismi isə Əlfi bəyi dəstəkləyirdi. Bu hərbi qruplar arasında davam edən qızğın mübarizə əhalinin müflisləşməsinə və iqtisadiyyatın çökməsinə səbəb oldu. Mehmed Əli bəy bu vəziyyətdən məharətlə istifadə etdi. Belə ki, Məmlükləri Osmanlılara, müxalif Məmlük birliklərini bir-birlərinə, yeni bəylərbəyi Xurşid Əhməd Paşanı MəmlüklərəQahirə əhalisini Xurşid Əhməd Paşaya qarşı ayaqlandıraraq yaranan xaosdan faydalandı. Müxtəlif siyasi manevrlər nəticəsində Misir son bəylərbəyi olan Hüsrəv Mehmed Paşanı, Tahir Paşanı, Əli Paşanı və Xurşid Əhməd Paşanı bərtərəf edərək üləma və Misir əhalisinin dəstəyini aldı və Bab-ı Əli tərəfindən Misir hakimliyinə gətirildi (3 iyul 1805).

Misir hakimliyi

redaktə

Məmlük bəylərindən Bardisi və Əlfi bəylərin ölümü (1806–1807) Mehmed Əli bəyin Misirdəki hakimiyyətini daha da artırdı və nüfuzuu genişləndirdi. Mehmed Əli bəyin ingilislər üzərində qazandığı qələbədən sonra Bab-ı Əli, 1806-cı ildən bəri İstanbulda girov saxlanılan oğlu İbrahimi dəftərdar olaraq Misirə göndərdi. Əlavə olaraq Misirin sahil bölgəsi (İsgəndəriyyə və Rəşid bölgələri) Mehmed Əli bəyin idarəsinə verildi.

 
Məmlüklərin qətliamı (1811)

İngilislərin Misiri tərk etməsinin ardından Mehmed Əli bəy uzunmüddətli iqtisadi və təşkilati reformasiyaya başladı. Aparılan islahatlar nəticəsində özünə siyasi təhlükə olaraq gördüyü üləma sinifinin nüfuzunu vəqf torpaqlarına vergi tədbiq etməklə azaltdı. Digər yandan Məmlük bəyləriylə mübarizəni davam etdirdi. 1808–1810-cu illərdə Yuxarı Misirdəki Məmlük bəylərini təsirsiz hala saldı və nəhayət, Bab-ı Əlinin uzun müddətdir təkid etdiyi vəhhabilər üzərinə səfərə çıxma təklifini qəbul etdi. Bu səfərə çıxmadan öncə Ciddə sancaqbəyi və vəhhabilər üzərinə göndəriləcək ordunun komandiri olaraq təyin etdiyi oğlu Əhməd Tosun Paşanın şərəfinə 1 mart 1811-ci ildə mərasim tərtib etdi və bu mərasim əsnasında bəziləri istisna olmaqla, bütün Məmlük bəylərini öldürtdü. Əhməd Tosun Paşanın uğur qazanmaması nəticəsində 1813-cü ilin sentyabrında Mehmed Əli bəy şəxsən özü oğlunun köməyinə getdi və 1815-ci ilədək bu bölgədə üsyanın yatırılmasıyla məşğul oldu. Daha sonra üsyanda iştirak edən vəhhabilərin cəzalandırılması oğlu İbrahim Paşaya həvalə edildi. 6 aprel 1818-ci ildə vəhhabilərin mərkəzi olan Diriyə qalası mühasirəyə alındı və 9 sentyabrda İbrahim Paşa idarəsindəki birliklər tərəfindən ələ keçirildi. Qazanılan bu qələbənin ardından həcc yollarının təhlükəsizliyi təmin edildi, Mehmed Əli Paşanın İslam dünyasındakı nüfuzu artdı və Qırmızı dənizdəki ticarət yolları üzərində üstünlük qazanıldı.

Hicaz səfərinin ardından Mehmed Əli Paşa, xəyalında qurmaq istədiyi mükəmməl orduya əsgər toplamaq məqsədilə Sudan torpaqlarını hədəf seçdi. 1820-ci ildə tərtib olunan Sudan səfəri 2 il davam etdi və nəticədə bölgə nəzarət altına alındı. Sudan uğrunda gedən döyüşlərdə oğlu İsmayıl Kamil Paşa həlak edildi. HicazSudan səfərində ordunun hərbi geriliyi özünü daha da büruzə verdi və Mehmed Əli Paşa nizam-ı cədid adlı yeni bir ordunun qurulmasına qərar verdi. Yeni ordunun qurulması isə Jozef Seve (sonradan Süleyman Paşa) adlı fransız polkovnikə həvalə edildi. Avropasayağı qurulan bu ordunun ilk sınağı o əsnada çıxan Moreya üsyanı oldu. İbrahim Paşa, Moreya sancaqbəyi və buraya göndərilən ordunun sərdarı təyin edildi və qısa zamanda bütün yarımada və ətraf adalar üzərində hakimiyyət bərpa edildi. Ardından üsyanı xaricdən dəstəkləyən İngiltərə, FransaRusiya nümayəndələri 6 iyul 1827-ci ildə üçtərəfli ittifaq quraraq məsələni sülh yoluyla həll etmək istədilər. Bu sülh tələbinin Bab-ı Əli tərəfindən rədd edilməsinin ardından müttəfiq donanması Navarin limanına daxil olaraq burdakı Osmanlı-Misir birləşmiş donanmasını məhv etdi (20 oktyabr 1827). Moreya ilə əlaqəsi kəsilən və bölgədəki birlikləri çətin vəziyyətə düşən Mehmed Əli Paşa müttəfiq dövlətlərin təmsilçisi ingilis polkovnik Kodrinqtonla İsgəndəriyyədə yeni bir andlaşma imzaladı (9 iyul 1828) və Bab-ı Əlinin icazəsi olmadan Moreyadakı birliklərini geri çəkdi.

Üsyan illəri

redaktə

Mehmed Əli Paşa 1827-ci ilin sonunda Moreya səfərindəki itkilərinin qarşılığında Suriyanın ona verilməsini tələb etsə də, onun bu tələbi Bab-ı Əli tərəfindən qəbul edilmədi. Buna baxmayaraq Mehmed Əli Paşa Əkka sancaqbəyi Abdullah Paşa ilə arasındakı ixtilafı bəhanə edərək İbrahim Paşa idarəsindəki ordunu Suriyaya göndərdi (2 noyabr 1831).

Misir ordusu qısa zamanda Qüds, Nablus, Sayda, BeyrutTərabülüs əş-Şam şəhərlərini ələ keçirdi. Məsələni xoşluqla həll etmək istəyən Bab-ı Əli, təşəbbüslərinin nəticəsiz qalmasının ardından Ağa Hüseyn Paşanı sərdar təyin edərək bölgəyə yolladı (mart 1832). Alınan fətva ilə Mehmed Əli Paşa və oğlu İbrahim Paşa xain elan edildi, Misir, Krit, CiddəSayda əyalətlərinin idarəsi Ağa Hüseyn Paşaya həvalə olundu. Misir birlikləri Osmanlı ordusu ilə ilk dəfə Zərra adlı yerdə qarşı-qarşıya gəldi və onları məğlub etdi (14 aprel 1832). Əkka 6 ay davam edən mühasirənin ardından təslim oldu (27 may 1832). İbrahim Paşa idarəsindəki Misir birlikləri öncə Hələb bəylərbəyi Mehmed Paşanı, ardından 29 iyulda Hüseyn Paşanı məğlub etdi. Ardından Konya üzərinə hücuma keçən Misir birlikləri bölgədə heç bir müqavimətlə qarşılaşmadılar. İbrahim Paşa 21 dekabr 1832-ci ildə sədrəzəm Rəşid Mehmed Paşa idarəsindəki Osmanlı birliklərini də məğlub etdi. Beləcə, yalnız Anadolu deyil, həmçinin İstanbul da təhlükə altına düşdü.

Bu əsnada böyük dövlətlərdən diplomatik dəstək gözləyən Bab-ı Əli, digər yandan Qahirəyə elçilər göndərərək Mehmed Əli paşa ilə uzlaşmağa çalışırdı. Avropa dövlətlərinin təzyiqi və rus birliklərinin yardım üçün İstanbula göndərilməsi nəticəsində Mehmed Əli Paşanın tələblərini qəbul etməyə məcbur olan Sultan Mahmud, 3 may 1833-cü ildə Adana bölgəsinin İbrahim Paşaya verilməsini qəbul etdi. 5-6 may tarixlərində bununla bağlı padşah fərmanları yazılaraq Kütahyaya göndərildi. Bu razılıq tərəflər arasında nisbi atəşkəs yaratsa da, bu çox uzun çəkmədi.

Bab-ı Əli ilə daimi bir razılığa gəlinməməsi, Rusiyanın münaqişəyə Osmanlıların cəbhəsindən daxil olması və Sultan Mahmudun məsələni kəskin hərbi tədbirlər çərçivəsində həll etməyə çalışması Mehmed Əli Paşanı qorxudurdu. Bu səbəblə, ordunu gücləndirməyə və bununla bağlı maddi məsrəfləri artırmağa başladı. Məcburi hərbi mükəlləfiyyət qanunu qəbul edildi və əlavə vergilər tədbiq olunmağa başlandı. Bu vəziyyət daxildə bəzi üsyan və ayaqlanmalara səbəb oldu. Mərkəzi LivanFələstin olan bu üsyanlar 1834-cü ilin yayında İbrahim Paşa tərəfindən qanlı şəkildə yatırıldı.Üsyanlar əsnasında Mehmed Əli Paşanın ən böyük qorxusu, Sultan Mahmudun bunu bəhanə edərək bölgəyə ordu yollaması idi. Bu səbəblə 4 sentyabr 1834-cü ildə Avropa dövlətlərinin təmsilçilərinə müstəqilliyini elan etmək niyyətində olduğunu bildirdi. Suriyada davam edən gərgin vəziyyət tədbiq olunan məcburi hərbi mükəlləfiyyət qərarı və dərzilər üsyanının ardından daha da ağırlaşdı. Vəziyətin çətinləşməsi və Osmanlı hakimiyyətinin yeni bir səfərə hazırlaşması Mehmed Əli Paşanı tələsdirdi və o, 25 may 1838-ci ildə ikinci dəfə nota göndərərək müstəqilliyinin elan edilməsini tələb etdi. Buna baxmayaraq məsələni hərbi yolla həll etmək niyyətində olan Sultan Mahmud yerli əyanların da dəstəyilə Hafiz Paşa idarəsindəki ordunu bölgəyə yolladı. Nizip yaxınlığında 2 ordu qarşı-qarşıya gəldi. Döyüş Osmanlı ordusunun məğlubiyyəti ilə nəticələndi (24 iyun 1839). Məğlubiyyət xəbəri paytaxta çatmadan Sultan Mahmud vəfat etdi və bu əsnada Osmanlı donanması kaptan-ı dərya Əhməd Fövzi Paşanın xəyanəti nəticəsində Misirə təslim edildi.

15 iyul 1840-cı ildə Bab-ı Əli hökuməti ilə İngiltərə, Rusiya, AvstriyaPrussiya təmsilçiləri arasında bağlanan London andlaşmasına əsasən, Misirin və yalnız yaşadığı müddət ərzində Əkkanın idarəsi Mehmed Əli Paşaya verildi. Ancaq Fransanın təkidləriylə Misir tərəfi bu şərtləri qəbul etmədi. Nəticədə andlaşmanın şərtlərinə əsasən İngiltərə, AvstriyaOsmanlı gəmilərindən ibarət nəhəng donanma Suriya sahillərinə gələrək qısa zamanda Sayda, BeyrutHayfanı ələ keçirdi. 4 noyabrda Əkka qalası təslim alındı. 15 sentyabrda Misir hakimliyindən azad edilən Mehmed Əli Paşa 27 noyabrda Fransanın vasitəçiliyi ilə qarşı tərəfə öz şərtlərini bildirdi. Onun şərtinə görə, Misir hakimiyyətinin ona və onun övladlarına buraxılması qarşılığında Osmanlı donanması geri qaytarılacaq və Misir ordusu Suriyanı tərk edəcəkdi. 24 may 1841-ci ildə yazılan bir fərmanla Misirin idarəsi Mehmed Əli Paşanın nəslindən olan ən böyük oğul övladına veriləcəyi elan edildi. Bu fərman paşa tərəfindən də qəbul edildi və beləcə, Misir məsələsi qəti olaraq nəticələndi.

 
Öz adına inşa etdirdiyi və dəfn edildiyi Mehmed Əli Paşa məscidi, Qahirə
 
Mehmed Əli Paşanın məzarı

Son illəri

redaktə

Mehmed Əli Paşanın son illəri sükut içərisində keçdi. Misir məsələsinin beynəlxalq gündəmdən düşməsi, Misirin müstəqillik qazanması və Osmanlı dövlətinin süqutunun sürətlənməsi Misir və Osmanlı hakimiyyətlərini qısa zamanda yaxınlaşdırdı. 1846-cı ildə İstanbula və Kavalaya səyahət etdi. 1848-ci lin əvvəllərində əqli olaraq zəifləməsi səbəb göstərilərək müalicə məqsədilə bir müddət Napoliyə göndərildi. Dövlətin idarəsi isə oğlu İbrahim Paşaya və mühüm dövlət adamlarından ibarət məclisə həvalə edildi. Atasının səhhətinin daha da ağırlaşmasının ardından İbrahim Paşa 1848-ci ilin sentyabrında İstanbula çağırıldı və Misir hakimi təyin edildi. Ancaq özü də xəstə olan İbrahim Paşa çox keçmədən vəfat etdi (10 noyabr 1848). Onun yerinə Əhməd Tosun Paşanın oğlu Abbas Hilmi Paşa Misir hakimliyinə gətirildi. Mehmed Əli Paşa 2 avqust 1849-cu ildə İsgəndəriyyədə vəfat etdi və Qahirə qalasında inşa etdirdiyi məscidin həyətinə dəfn olundu (Mehmed Əli Paşa məscidi).

İslahat və yenilikləri

redaktə

Mehmed Əli Paşanın siyasi, iqtisadi və təşkilati yüksəlişinin arxa planında modern ordu ideyası dururdu. Başlanğıcdan bəri bu ordunun qurulmasının mühüm olduğunu bilən Mehmed Əli Paşa 1820-ci ildə Asvanda ilk hərbi məktəbin açılmasına nail oldu. Qurulacaq yeni orduda əsasən fransız əsilli hərbçilərinin hərbi və təşkilati təcrübələrindən istifadə edildi. Yeni qurulacaq orduya əsgərlər daha çox SudanSuriyadan toplandı. Qısa zamanda dövlətin bir çox yerində ümumi hərbi, piyada və süvari, eləcə də topçu məktəbləri açılmağa başlandı. Ordunun ehtiyacı olan hərbi ləvazimatların istehsalı üçün fabrik və zavodlar inşa edildi. 1810-cu ildə Misir donanmasının təməli atıldı. İlk öncə gəmilər Fransaİtaliyada hazırlansa da, daha sonra İsgəndəriyyədə yeni bir gəmi tərsanəsi quruldu.

Paşanın ən önəmli təşəbbüslərindən biri də modern bir təhsil sisteminin qurulması oldu. İlk öncə 1809-cu ildə Avropaya tələbələr göndərilməyə başlandı. 1820-ci illərin ortalarından etibarən bu say artmağa başladı. 1820-ci ildə ilk mətbəə açıldı. 1828-ci ildə Vekāyi-i Misir adlı yerli qəzaet türkcəərəbcə olmaqla dərc olunmağa başlandı. Əkin yerlərinin artırılması və Nil daşqınlarının qarşısının alınması məqsədilə bəndlər və suvarma kanalları inşa edildi. Bu kanalların ən mühüm olanı 1820-ci ildə açılışı baş tutan və dövrün padşahın adını daşıyan Mahmudiyə kanalıdır.

Ailəsi

redaktə

Xanımları

redaktə
  • Əminə xanım (d. 1770 — ö. 1824)
  • Şəmsinur xanım (ö. 1863) — əslən çərkəz cariyə olub, Zeynəb xanım adlı 2 qızın anasıdır. 1824-cü ildə baş hasəki olmuşdur.
  • Aynülhəyat xanım (ö. 1849) — əslən çərkəz cariyə olub, Səid Paşanın anasıdır.
  • Səfa xanım — əslən gürcü cariyə olub, 1840-cı ildə dördüncü hasəkiliyə yüksəlmişdir. İsgəndər bəyin anasıdır.
  • Şəmsüzəfər xanım (ö. 1846) — əslən cariyə idi. 4 övladı olsa da, övladları uşaq yaşlarında vəfat etmişdir.
  • Nuray xanım — əslən gürcü cariyə olub, övladı olmamışdır.
  • Mahiduran xanım (ö. 1880)
  • Dilfidan Qadınəfəndi (ö. 1813)
  • Qəmər Qadınəfəndi (ö. 1868) — İsgəndər bəyin anasıdır.
  • Mümtaz Qadınəfəndi (ö. 9 fevral 1868) — əslən rus cariyə idi.
  • Pakizə Qadınəfəndi — Fatimə xanımın anasıdır.
  • Şanşəkər Qadınəfəndi — əslən çərkəz cariyə olub, Əli bəyin anasıdır.
  • Mehvəş Qadınəfəndi (ö. 1856) — Mehmed Əli Sadiq bəyin anasıdır.
  • Namşaz Qadınəfəndi (d. 1798 — ö. 1864) — əslən cariyə olub, Mehmed Əbdülhəlim Paşanın anasıdır.
  • Nurişəm Qadınəfəndi (ö. 1869) — əslən çərkəz cariyə idi.
  • Nailə Qadınəfəndi
  • Səniyə Şah Qadınəfəndi (ö. 1816) — Numan bəyin anasıdır.
  • Xədicə Ziba Qadınəfəndi (ö. 1878) — əslən çərkəz cariyə olub, Mehmedəli Paşanın anasıdır.

Oğul övladları

redaktə
  • İbrahim Paşa (d. 1789 — ö. 10 noyabr 1848)
  • Əhməd Tosun Paşa (d. 1794 — ö. 28 sentyabr 1816)
  • İsmayıl Kamil Paşa (d. 1796 — ö. 1822) — Əminə xanımdan dünyaya gəlib, şimali Sudanda öldürüldü. Mehmed Arif bəyin qızı Fatma Zəhra xanımla evlənmişdir. Ögey qızı Bəzmi xanım Sultan Əbdülməcidin xanımlarındandır.
  • Əbdülhəlim bəy (d. 1797 — ö. 1818) — Əminə xanımdan dünyaya gəlmişdir.
  • Cəfər bəy (ö. 1810)
  • Numan bəy (ö. 1815) — Səniyə Şah Qadınəfəndidən dünyaya gəlmişdir.
  • Əbdülhəlim bəy (d. 1819 — ö. 1821)
  • İsgəndər bəy (d. 1821 — ö. 1823) — Qəmər Qadınəfəndidən dünyaya gəlmişdir.
  • Əbdülhəlim bəy (d. 1821 — ö. 1829)
  • Səid Paşa (d. 17 mart 1822 — ö. 18 yanvar 1863)
  • Həlim bəy (ö. 1823)
  • Mahmud bəy (d. 1825 — ö. 1829)
  • Hüseyn bəy (d. 1825 — ö. 1847)
  • Mehmed Əli Sadiq bəy (d. 1828 — ö. 1836) — Mehvəş Qadınəfəndidən dünyaya gəlmişdir.
  • Əli bəy (d. 1829 — ö. 1841) — Şanşəkər Qadınəfəndidən dünyaya gəlmişdir.
  • Mehmed Əbdülhəlim Paşa (d. 1830 — ö. 1894) — Namşaz Qadınəfəndidən dünyaya gəlmişdir. Qızı Nazlı xanım qardaşı İbrahim Paşanın oğlu Mehmed Əli Paşayla evlənmişdir.
  • İsgəndər bəy (d. 1831 — ö. 1841) — Səfa xanımdan dünyaya gəlmişdir.
  • Mehmedəli Paşa (d. 1833 — ö. 1861) — Xədicə Ziba Qadınəfəndidən dünyaya gəlmişdir. İsmayıl Paşa adlı oğlunun olduğu, bu oğlundan dünyaya gələn Naimə xanım adlı nəvəsinin qardaşı İbrahim Paşanın oğlu Əli Kamil Paşayla evləndiyi məlumdur.

Qız övladları

redaktə
  • Tövhidə xanım (d. 1788 — ö. 1830) — Əminə xanımdan dünyaya gəlmişdir.
  • Xədicə Nazlı xanım (d. 1795 — ö. 1860) — Əminə xanımdan dünyaya gəlmişdir.
  • Zeynəb xanım (d. 1799–1821) — Şəmsinur xanımdan dünyaya gəlmişdir.
  • Ruqiyə xanım (d. 1807 — ö. 1810)
  • Ruqiyə xanım (d. 1811 — ö. 1814) — Şəmsüzəfər xanımdan dünyaya gəlmişdir.
  • Səlma xanım (ö. 1815)
  • Züleyxa xanım (ö. 1815)
  • Fatimə xanım (ö. 1822) — Pakizə Qadınəfəndidən dünyaya gəlmişdir.
  • Fatma Ruhiyyə xanım (ö. 1823)
  • Zeynəb xanım (d. 1822–1823)
  • Zeynəb xanım (d. 1824–1829)
  • Zeynəb xanım (d. 1825–1882) — Şəmsinur xanımdan dünyaya gəlmişdir. Sədrəzəm Yusif Kamil Paşa ilə evlənmişdir. Övladı olmamışdır.
  • Ayşə xanım (d. 1828 — ö. 1833)

Mənbə

redaktə
  • Cebertî, ʿAcâʾibü’l-âs̱âr, III–IV, tür.yer.;
  • G. Rosen, Geschichte der Türkei von dem Siege der Reform im Jahre 1826 bis zum Pariser Tractat vom Jahre 1856, Leipzig 1866, I, tür.yer.;
  • A. A. Paton, A History of the Egyptian Revolution from the Period of the Mamlukes to the Death of Mohammed Ali, London 1870, II, 90–220;
  • W. A. Phillips, "Mehmed Ali", The Cambridge Modern History, Cambridge 1907, X, 545–572;
  • F. S. Rodkey, The Turco-Egyptian Question in the Relations of England, France and Russia, 1832–1841, Urbana 1925, tür.yer.;
  • Shafik Ghorbal, The Beginning of the Egyptian Question and the Rise of Mehmet Ali, London 1928, tür.yer.;
  • Süleyman Ebû İzzeddin, İbrâhim Bâşâ fî Sûriyâ, Beyrut 1929, tür.yer.;
  • H. Dodwell, The Founder of Modern Egypt, Cambridge 1931, tür.yer.;
  • Asad J. Rustum, The Royal Archives of Egypt and the Origins of the Egyptian Expedition to Syria: 1831–1841, Beyrut 1936, tür.yer.;
  • a.mlf., "Syria under Mehmed Ali", The American Journal of Semitic Languages and Literatures, sy. 41, Chicago 1924–25, s. 34–57;
  • a.mlf., "Syria under Mehmed Ali", a.e., s. 183–191;
  • Şinasi Altundağ, Kavalalı Mehmed Ali Paşa İsyanı: Mısır Meselesi 1831–1841, Ankara 1945, tür.yer.;
  • a.mlf., "Mehmed Ali Paşa", İA, VII, 566–579;
  • Abdurrahman er-Râfiî, ʿAṣru Muḥammed ʿAlî, Kahire 1947, tür.yer.;
  • M. Rifaat Bey, The Awakening of Modern Egypt, London 1947, tür.yer.;
  • H. A. B. Rivlin, The Agricultural Policy of Muhammad ‘Ali in Egypt, Massachusetts 1961;
  • Y. Hofman, "The Administration of Syria and Palestine Under Egyptian Rule (1831–1840)", Studies on Palestine during the Ottoman Period (ed. M. Maoz), Jerusalem 1975, s. 311–333;
  • Afaf Lutfi al-Sayyid Marsot, Egypt in the Reign of Muhammed Ali, Cambridge 1984, tür.yer.;
  • F. R. Hunter, Egypt under the Khedives, 1805–1875, Pittsburgh 1984, s. 15–22;
  • P. J. Vatikiotis, The History of Egypt, London 1985, s. 49–69;
  • Khaled Fahmy, All the Pasha’s Men Mehmed Ali, His Army and the Making of Modern Egypt, Cambridge 1997;
  • Atilla Çetin, Kavalalı Mehmed Ali Paşa’nın Mısır Valiliği, İstanbul 1998;
  • Muhammed H. Kutluoğlu, The Egyptian Question (1831–1841): The Expansionist Policy of Mehmed Ali Paşa in Syria and Asia Minor and the Reaction of the Sublime Porte, İstanbul 1998;
  • G. Sinoué, Kavalalı Mehmed Ali Paşa, Son Firavun (trc. Ali Cevat Akkoyunlu), İstanbul 1999;
  • Ali Fuad, "Mısır Valisi Mehmed Ali Paşa", TTEM, sy. 19/96 (1928), s. 64–147;
  • J. H. Kramers, "Muḥammad ʿAlī Pas̲h̲a", EI (İng.), VI, 681–684;
  • E. R. Toledano, "Muḥammad ʿAlī Pas̲h̲a", EI2 (İng.), VII, 423–431.
  1. 1 2 Muhammad Alí // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Brozović D., Ladan T. Mehmed Ali // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  3. Deutsche Nationalbibliothek Record #118782835 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Mehmed Ali // Brockhauz Ensiklopediyası (alm.).
  NODES
languages 1
os 28