Kinik məktəbi

şübhə etmə

Kiniklər, siniklər (yun. κῠνικοί – it, lat. cynici) — ən tanınmış sokratçı məktəbinin ardıcılları olmuşdurlar.

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Təlimləri

redaktə

Kiniklərin fikrincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda aid edilə bilər. Ərdəmli (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) həyatın məqsədi bir məqamdır, yəni məmnunluq halıdır. Bu hala çatmağın şərti hər bir asılılıqdan (o cümlədən ailədən, əmlakdan) azad olmaqdır. Ona görə də kiniklər abidliyi, sadə həyat yaşamağı təbliğ etmişdirlər. Hətta onlardan bəziləri bir çox ehtiyac və tələbatlarını inkar edib onları rədd edirdilər. Onlar adətlərə və dini ayinlərə istehza ilə yanaşırdılar. Kiniklər çox vaxt ictimai əxlaqa və qaydalara qarşı olduqlarını açıq olaraq sərgiləyirdilər. Buna da sinizm (kinizm) deyilir.

Kiniklər bütövlükdə dərin fəlsəfi təlimlər ortaya qoymamışdılar. Kinizm daha çox bir həyat tərzi idi. Onlar abidliyi, yoxsulluğu və cəmiyyətdən ayrılaraq xüsusi bir həyatın sürülməsini təbliğ edirdilər[1]. Onların fikrincə həyatın məqsədi azadlığa nail olmaqdır ki, bunu da cəmiyyətdə yaşayaraq əldə etmək mümkün deyildir.

Kiniklərin daimi yaşayış yeri olmamışdır. Onlar təkliyə çəkilərək fərdi həyat sürür, köhnəlmiş libaslar geyinib gəzir, dilənçiliklə məşğul olurdular[1]. Yoxsulluq kiniklər üçün vacib şərtlərdən biri idi.

Daha sonra kiniklər heç bir avtoritetləri tanımır, başqa ideyaları və fəlsəfi məktəbləri inkar edir, beləliklə öz həyat tərzlərini istənilən vasitələrlə olsa belə müdafiə edirdilər. Onlar üçün vətənə bağlılıq anlayışı olmamışdır, hər bir cəmiyyətdə öz qanunları ilə yaşaya bilərdilər. Kosmopolitizm adlanan bu dünyagörüşün əsasını onlar qoymuşdur[2]. Həmçinin onlar mübahisələrdə rəqiblərinə qarşı dözümsüzlük sərgiləyirdilər.

Kiniklərin yolunu sonralar Xristian abidləri və müsəlman dərvişləri davam etdirmişdirlər. Müasir dövrdə inkişaf etmiş ölkələrdə bu kimi baxışlar metallistlər, hippilər, anarxistlər kimi qruplarda və təlimlərdə özünü göstərməkdədir.

Əsas nümayəndələri

redaktə
  1. Antisfen
  2. Diogen

Başqa nümayəndələr

redaktə

Bion Boristenes

redaktə

Bion Boristenes (Βίων ὁ Βορυσθενίτης; m. ö. 325 – 250), öncə bir neçə fəlsəfi məktəblərin ardıcılı olmuş, ancaq sonra kinik olaraq əyninə xirqə, əlinə əsa alaraq gəzən abid həyatını yaşamışdır[3]. Bion sadə xalq kütlələri arasında fəlsəfi fikirləri ədəbi üslub vasitəsilə yayırdı. Bunun üçün o parodiya, istehza, ironiya, sarkazm və kinayədən istifadə edirdi. Beləliklə, başqa kiniklər kimi Bion “diatriba” adlanan ədəbi janrının yaradıcılarından biri olmuşdur. Bu janrda ciddi və dərin mövzular sadə xalq dilində anlaşıqlı olaraq təqdim edilir; həmçinin, burada müqayisələrdən, əsatirlərdən, xalq deyimlərindən, istehzadan, bayağı xalq sözləri və zarafatlarından da geniş istifadə edilirdi. Bion öz diatribalarında insanların nöqsanlarını, varlanmaq istəklərini və ağılsızlıqlarını tənqid etmiş; tanrıları və onlara yönələn duaların əhəmiyyətini inkar etmişdir.

Kerkidas

redaktə

Filosof Kerkidasın (yun. Κέρκιδᾰς) da Misirdə tapılan və “meliambalar” adlanan poetik üslubu diatribalara çox yaxın idi[4]. Kerkidas aristokratlardan idi, ona görə də başqa kinik filosoflarından fərqli olaraq daha da mötədil mövqedə durmuşdur. Meliambalarda Kerkidas təvazökarlığın və sadəliyin carçısı kimi çıxış etmiş, var-dövlətə nifrət hissləri aşılamış, insanları ədalətə və yüksək əxlaqa çağırmışdır. Ona görə də sonralar bəzi Xristian ataları onu hörmətlə yad edirdilər.

Krates və Hipparxia

redaktə

Kinik məktəbinin daha bir tanınmış nümayəndəsi Diogenesin öyrəncisi Krates (yun. Κράτης) və onun həyat yoldaşı Hipparxia (yun. Ἱππαρχία) olmuşdur. Məlumdur ki, onlar da abid həyatı sürmüşdürlər. Onların ikisi də varlı ailədən olduqlarına baxmayaraq hər şeydən imtina etmiş, abid həyatı yaşamışdırlar[5]. Onlar hesab edirdilər ki, zənginliyi və şöhrəti dəyər kimi qəbul etmək olmaz. Çünki, müdrik insan üçün bütün bunlar şərdən başqa bir şey deyildir. Krates və Hipparxia cəmiyyətdə hökm sürən ictimai əxlaq qaydalarına istehza ilə yanaşır, imkan olduqda onları hamının gözü önündə kobudcasına pozurdular.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 100-105. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 100-105. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Gilbert Leung. A Critical History of Cosmopolitanism // Law, Culture and the Humanities 2009.
  • Асмус В.Ф. Античная философия. М.: Высшая школа, 1976.
  • Маковельский А. О. История логики, М.: Кучково поле, 2004.
  • Нахов И. М., Киническая литература, М., «Наука», 1981.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Киники // Философский энциклопедический словарь[ölü keçid]. М.: Советская энциклопедия. Гл. редакция: Л. Ф. Ильичёв, П. Н. Федосеев, С. М. Ковалёв, В. Г. Панов. 1983.
  2. Gilbert Leung. A Critical History of Cosmopolitanism[ölü keçid] // Law, Culture and the Humanities 2009, s. 371.
  3. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 174
  4. Нахов И. М. Киническая литература. Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine М.: Наука, 1981, s. 94.
  5. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 251, 254-255.
  NODES