Kipləşdirici maşınqayırmada hərəkətli hissələr arasında maye material nəqlinin qarşısını almaq üçün tətbiq olunan elementdir. Tipik hal kimi hidravlik maşınlarda kolbaların, ştanqaların, daxili yanma mühərriklərinin porşenlərdəki üzüklərin hərəkətini buna misal göstərmək olar.

Növləri

redaktə
 
Yanlı mexaniki kipləşdirici:
1) tənzimləyici vint;
2) dairəvi en kəsikli üzük
3) hərəkətli üzüyə fırlanma verən çivi 4;
4) hərəkətli üzük;
5) hərətsiz üçük;
6) dairəvi en kəsikli üzük(ikinci kipləşdirici);
7) gövdə;
8) hərəkətsiz üzüyü saxlayab çivi 5;
9) val (oymaq);
10) hərəkətli üzüyü hərəkətsizə sıxan yaylar.

Kipləşdirmə hərəkətli və hərəkətsiz olaraq iki hssəyə bölünür. Hərəkətli kipləşdirmədə kipləşdirici element permanent olaraq kipləşdirici səthlər arasında ya toxunan, ya da toxunmayan oturdulurlar. Hərəkətli kipləşmələrdə yüksək sürət, kiplilik və aşağı sürtünmə təmin olunmalıdır. Bu tələblərin eyni zamanda əldə edilməsi çətindir. İdeal kipləşdirmə yalnız quru halda mümkündür. Bu isə işləyən maşın hissələrində mümkün deyil. Yeyilmənin qarşısını almaq üçün tətbiq edilən yağlama materialı kipləşdirici hissələrin arasına girərək irəli-geri hərəkət etdirilir və beləliklə maye bir hissədən digərinə keçir. Birləşmədə baş verən prosesə həm də kipləşdirmə təzyiqi, mayenin özlülüyü və hərəkət sürəti təsir edir. Kipləşdirici elementlər çox vaxt dodaqlara malik olur. Bununla birləşmənin kipliyi və təzyiqini artırmaq olur. Yeyilməni azaltmaq üçün kipləşdirilən hissələrin kələkötürlüyü Ra<0,16 mkm həddində götürülür.

 
Həlgəformalı rezin kipləşdirici

Kipləşdirici üzüklər, yüksək təzyiqlə işləyən və kompakt formalı olan manjetlər yüksək təzyiq və sürətə tab gətirən formalara malikdirlər. Aşağı təzyiqdə işləyənlər boşqab formalı və dərin manjetlərdir. Adətən kipləşdirici elementlər süni kauçukdan hazırlanırlar. Stasionar hissələrdə kipləşdiricilər sökülən və söküləbilməyən olaraq iki növə bölünürlər. Söküləbilməyən kipləşdirmə adətən təzyiq altında işləyən borularda və çənlərdə qaynaqla yaradılırlar. Sökülən kipləşdirmədə xüsusi kipləşdirici elementlərdən istifadə olunur. Burada birləşmə yüksək dəqiqliklə emal olunmuş təmas səthlərinin köməyi ilə əldə edilir. Ensiz səthlərdə enlı səthlərə nisbətən daha yaxşı kipləşdirmə yaratmaq olur, çünki burada kiçik qüvvə ilə böyük səthi təzyiq almaq mümkündür. Bu üsuldan yüksək təzyiq və temperatur şəraitində işləyən turbinlərdə, yüksək təzyiqli buxar borularında istifadə edilərək flansların birləşmələrində geniş tətbiq olunur. Ventillərdə, armaturlarda kipləşdirici səthlər pardaqlanır.

Bundan əlavə həlqələr, üzüklər və çərçivələrdən də söküləbilən kipləşdirici elementlər kimi geniş istifadə olunur. Onlar kiçik səthi təzyiq zamanı deformasiyaya uğrayaraq hissələr arasında kip mühit yaradır. Bu kipləşdiricilər metaldan hazırlanırlar. Yumşaq kipləşdiricilər kimi kağız, karton, rezin və başqa süni materiallardan istifadə olunur. Onlar aşağı temperaturda işləmək üçün nəzərdə tutulmuşdur. Bir neçə qatlı kipləşdiricilərdə metal və süni materiallar kombinasiya olunur. Bərk kipləşdiricilərdə qurğuşun, aluminium, mis və poladdan hazırlanmış dördkünclü en kəsiyə malik elementlər düzəldilir. Onların tətbiqi yüksək sıxma qüvvəsi tələb edir.

Istinad

redaktə
  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
  NODES