Klassisizm

incəsənət cərəyanı və memarlıq üslubu

Klassisizm (lat. classicus - "seçmə") ədəbiyyatda antik Yunan və Roma sənətini təməl alan tarixi yanaşma və estetik tutumdur. 1660 məktəbi olaraq da bilinir. "Klassik" sözü müxtəlif dillərdə müxtəlif dönəmlərdə fərqli mənalarda işlədilmişdir. Bunun üçün də klassik sözünün bir çox mənası vardır. Yenidən doğuş deyə adlandırılan İntibah dövründə inkişaf etmişdir. Bu axının izləri bir əvvəlki dövrdə Fransua RableMişel de Montendə, hətta Aristoteldədir. Klassisizm XVI əsrin sonlarından meydana çıxmağa başlayıb, XVII əsrin ortalarından XVIII əsrin başlarına qədərki dövrdə (1660-1700) ən parlaq dövrünü yaşayaraq ən mükəmməl əsərlərini ortaya qoymuş, XVIII əsrin sonuna qədər davam etmişdir. Qərb sənət tarixində ən uzunmüddətli cərəyandır. Klassisizm humanizmin daha şüurlu və daha qatı davamçısıdır. Humanizmin başlanğıcından romantizmin başlanğıcına qədər olan dövrün neoklassik dövr adlandırılması da bununla bağlıdır.[1]

Klassisizmin yaranma səbəbi

redaktə
 
Molyer, 1658

Klassisizm əvvəlcə humanist fəlsəfə, renesans və reformasiya zamanı sosial, siyasi, ekonomik, fəlsəfi mühitdə kök salmışdır. Antik dövr əsas alınsa da yetişdiyi mühit intibah dövrüdür. Klassisizmin yaranma səbəbində ən önəmli şeylərdən biri də həmin dövrün mütləq monarxiya dövrü olmasıdır. Bu dövrdə sosial həyat mərkəzi hakimiyyətin əlində cəmlənmiş, bu səbəbdən də sabitlik hökm sürmüşdür.

Renesans, reformasiya və bundan sonra gələn dəyişikliklər kilsənin sərt qanunlarını, dərəbəylərin və aristokratların hakimiyyətini qırır. Əvvəlki dəyərlər topluluğu məhv olur. Xüsusilə din və məzhəblər mövzusunda qarşıdurmalar, müharibələr başlayır. Buna ən uyğun misal Fransada baş verən qırx illik din-məzhəb müharibələridir (1560-1600). Bu müharibələr xalqı bezdirdiyindən XVII əsrin əvvəllərindən güclü nizam-intizam, sabitlik arzusu doğmuşdur. XVI əsrin sonunda Fransa taxtında oturan IV Henrix öz qələbələrindən sonra ölkəsində dincliyi qoruya bilmişdir. Ondan sonra gələn XIV Lüdovik bu nizam və dincliyi davam etdirir. Təşəkkül tapan mütləq monarxiya siyasi sabitliklə bərabər, vətəndaş müharibəsinə, dərəbəylərin hakimiyyətinə son qoyur və güclü mərkəzi hakimiyyət yaradır.

Bu dövrün mədəniyyət, sənət və fikir mərkəzləri böyük şəhərlərdə yaşayan aristokratların sarayları və burjua salonlarıdır. Aristokratlar və burjualar sənətkarları qoruyur, öz qanadları altına çəkirlər. Belə şəraitdə yaşayan sənətkar öz sənətini, istər-istəməz onu qoruyan sahiblərinin zövqünə uyğun olaraq hazırlayır. Bu ədəbiyyat qoruyucu, kübar, varlı azınlığın səsi olur. Mütləq monarxiya dövrü olduğu üçün sənətkar nə sosial,siyasi, ekonomik məsələlərdən, nə də dini məsələlərdən söhbət aça bilir.

Kalssisizm incəsənətdə

redaktə

Musiqidə klassisizm özünü opera janrında daha çox büruzə verir. Fransada lirik faciə, İtaliyada operaseriya buna misaldır. Vyana klassik məktəbinin nümayəndələri – Haydn, Motsart və Bethovenin yaradıcılığı klassisizm tələblərinə uyğun gəlir.

Memarlıq

redaktə

XVII əsrin I yarısında Fransanın paytaxtı qala şəhərindən tədricən iqamətgah şəhərinə çevrildi. İndi artıq Parisin siması qala divarları və qəsrlərlə deyil, saraylar, parklar, küçə və meydançaların müntəzəm sistemi ilə müəyyən edilirdi. Memar Salomon de Brosun 1615-1621-ci illərdə tikdiyi Lüksemburq sarayı və Fransua Mansarın 1642-1650-ci illərdə tikdiyi Mezon-Laffit sarayı buna misaldır.

XVII əsrin I yarısına aid olan sarayların ətrafında mütləq park olmalı idi. Park başdan-başa yaşıllığa qərq olmalı, xiyabanlar səliqə ilə əkilmiş və həndəsi fiqurlar təşkil edən güllərdən ibarət olmalı idi. Belə parklar "müntəzəm" və ya "fransızsayağı" adlanırdı.

Memarlıqda yeni cərəyanın zirvəsi Paris yaxınlığında fransız krallarının nəhəng və təntənəli iqamətgahı olan Versal oldu. XVII əsrdə o, bütün Avropa üçün zövq və dəbdəbə mücəmməsi idi. O dövrdən başlayaraq fransız dili, fransız modası və adətləri bütün Avropa paytaxtlarında nümunəyə çevrilərək təqlid olunmağa başladı.

Klassisizm üslubunda salınmış meydanlardan biri Parisdəki Vandom meydanıdır. Onu 1685-1701-ci illərdə Jül Arduen-Mansar salıb. Mərkəzdə XIV Lüdovikin atlı heykəli ucalırdı ki, XIX əsrdə o, I Napoleona həsr edilmiş qələbə sütunları ilə əvəz edildi.

XVII əsrdə Parisin ən möhtəşəm monumental tikililərindən biri XIV Lüdovikin əmri ilə yaşa dolmuş əsgərlər üçün tikilmişƏlillər Evi və Kilsəsinin bina kompleksi və onun qarşısındakı iri meydandır. Jül Arduen-Mansar tərəfindən tikilmiş bu kilsə Parisin ən hündür və mühüm guşəsi oldu, onun nəhəng qübbəsi şəhərin mənzərəsini xeyli dəyişdi.

Parisdə kral sarayı olan Luvrun əsas, şərq fasadının tikintisi (1667-1673/8) üçün elan edilmiş müsabiqədə heç kəsin tanımadığı memar Klod Perro qalib gəldi. O, XVI əsr memarları Lesko və Lemersyenin başladığı işi davam etdirdi. Yetkin fransız klassisizminin bu abidəsi Avropanın bir çox ölkələrinin dövlət müəssisələri və başçılarının iqamətgahı üçün nümunə oldu.

Heykəltəraşlıq

redaktə

XVII əsrin II yarısında klassisizm mütləqiyyətin şöhrətlənməsinə xidmət edən rəsmi saray üslubuna çevrildi. Nəhəng kral iqamətgahı saraylarının zallarını (xüsusən Versal), park xiyabanlarını bəzəyən heykəltaraşlıqdan klassik ciddilik və harmoniklikdən daha çox təntənə və dəbdəbə tələb olunurdu. İtalyan barokkosunun ənənələri, xüsusən də Lorenso Bernininin yaradıcılığı bu işə təkan verdi.

Romada Bernininin şagirdi olan heykəltaraş Fransua Cirardon ömrünün çox hissəsini Şarl Lebren və Andre Lenotorla birgə Versal parkının tərtibatına həsr edib. Onun bütün əsərləri texniki cəhətdən yüksək səviyyədə olub, klassisizm və barokko cizgilərini birləşdirir.

1683-cü ildə Vandom meydanında Cirardonun yaratdığı XIV Lüdovikin monumental atlı heykəli 17891799-cu illərdə fransız inqilabı dövründə məhv oldu. Bu heykəl Roma imperatoru Mark Avrelinin heykəlini xatırladırdı.

Antuan Kuazevoks da Cirardon kimi Versalda çox işləmiş, Döyüş zalı və Güzgülü qalereyanın tərtibatı ilə məşğul olmuşdur. "XIV Lüdovikin Reyn çayından keçməsi" əsərində heykəltaraş kralın fiqurunu digərlərinə nisbətən xeyli qabarıq düzəldib, halbuki digər fiqurlar səth üzərində güclə seçilir.

Pyer Püce o dövrün ən istedadlı sənətkarı – rəssam, memar, heykəltaraş idi. Versaldan uzaqda, əsasən Tulon və Marseldə işləyən sənətkarın yaradıcılığında Bernini və klassisist teatrın təsiri hiss edilir. "Makedoniyalı İskəndər və Diogen" (1692), "Milon Krotonski" (1682) və s. onun məşhur əsərlərindəndir.

Beləliklə, XVII əsr fransız hekəltəraşlığı özündə klassisizm və barokko cizgilərini birləşdirərək bu üslubların dərin daxili qohumluğunu üzə çıxarır. Zahirən bir-birinin əksi kimi görünən bu üslublar, əslində eyni məqsədə çatmağın müxtəlif yollarıdır.

Rəngkarlıq

redaktə

XVII əsrin əvvəlində Fransada əsas rəngkarlıq mərkəzi Paris yox, şərq əyaləti olan Lotaringiya və onun əsas şəhəri Nansi idi. Bu dövrün məşhur rəssamlarından biri Corc de Latur (1593-1652) idi. Onun müraciət etdiyi mövzular məişət (məs. "Qumarbaz") və dini mövzular idi ("Müq. Sebastyan", "Dülgər Yusif").

Kralın I rəssamı adını almış Şarl Lebren (1619-1690) bütün rəsmi layihələrdə, xüsusən Versalın Böyük Sarayının tərtibatında iştirak edib. Portretlər müəllifi olan rəssamın əsas sifarişçiləri kral nazirləri və saray əyanları idi.

XVII əsr Fransa rəngkarlığında klassisizmin banisi, yaradıcılığı fransız klassisizminin zirvəsi olan Nikola Pussen (1594-1665) hərtərəfli savada malik, antik ədəbiyyatı gözəl bilən bir insan idi. Homer və Ovidi – onun ən sevimli müəllifləri idi. Pussenin müraciət etdiyi mövzular – mifologiya, antik tarix, Əhdi-Ətiq və əhdi-Cədid hekayələri və s. idi. Əsas əsərləri: "Flora səltənəti" (1631), "Arkad çobanları", "Germanikin ölümü" (1627), "Döyüş", "Yatmış Venera" (1620), "Tankred və Erminiya" (1630) və s.-dir. Rəssamın yaradıcılığında mühüm yeri 50-ci illərdən sonra daha çox müraciət etdiyi peyzaj janrı tuturdu. Məsəsələn, "Gerkules və Kanusla peyzaj" (1640), "Polifemlə peyzaj" (1649-cu il. Polifem – qədim yunan mifologiyasında təpəgöz) və s.-dir.

Cak Kallo (1592\3 – 1635) ümumi mövzu ilə birləşən qrafik silsilələr işləyirdi. Faciəvi mövzular onu daha çox cəlb edirdi. "Dilənçilər" (1622), "Müharibənin kiçik bəlaları" (1632), "Müharibənin böyük bəlaları" (1633) və s. Bundan başqa, "Kadril amfiteatrda" (1617), "Kapriççi" (1617) seriyası və s.

Klod Loren (1600-1682) Əsil adı Klod Celledir. Lotaringiyaya (fransızca Lorraine) görə belə adlanıb. O, öz həyatını XVII əsr Fransası üçün nadir hadisə olan klassik peyzaja həsr edərək fransız peyzajı ənənələrinin banisi sayılır. Məsələn, "Günorta" (1651), "Axşam" (1663), "Səhər"(1666), "Gecə"(1672) və s.

XVII əsrin I yarısında Fransada realist cərəyanın inkişafı Lenen qardaşlarının – Antuan, Lui və Matyenin adı ilə bağlıdır. Bunlardan Lui daha məşhurdur. "Kəndli süfrəsi", "Yeməkdən əvvəl dua" (1645), "Atlının dayanması", "Südçü ailəsi" (1640), "Dəmirçixana" və s. onu daha çox tanıtmışdır.

Əgər XVII əsrin I yarısı üçün incəsənətdə I yeri rəngkarlıq tutursa, 60-cı illərdən başlayaraq rəngkarlıq da heykəltaraşlıq kimi dekorativ xarakter daşımağa başlayaraq memarlığın təsiri altına düşür. Fransız krallarının sarayları bunu sübut edir.

XVII əsrin I yarısında klassisizm rəssamlarının yaradıcılığı tənəzzülə uğrayır və XVII əsrin II yarısında Fransada bir nəfər də olsun samballı rəssam tapmaq olmur.

XVIII əsrin ortalarında (maarifçilik dövründə) klassisizm üçün təkamül dövrü olur. Bu, ilk növbədə bədii əsərlərin ideyası ilə əlaqədar idi. Siyasi azadlıq uğrunda mübarizədə meydana çıxan mövzu və konfliktlər (ziddiyyətlər) ön plana çəkilir (Volter, Lemyer). Fransa inqilabı dövründə klassisizmdə antifeodal tendensiyalar inkişaf edir (M.C.Şenye, David). Napoleon imperiyası zamanı isə klassisizm öz ideya-estetik məzmununu və dəyərini itirərək XIX əsrin əvvəllərinin rəsmi estetik doktrinasına çevrilir. Bəşəriyyətin bədii inkişafında klassisizm estetikası irəliyə doğru bir addımdır.

Klassisizm cərəyanının xüsusiyyətləri

redaktə
  1. XVII əsrin II yarısında Fransada meydana gəlmişdir.
  2. Mövzuları Qədim Yunan və Latın mifologiyasından götürülmüşdür.
  3. Mükəmməlliyətçidir və ana dili əsas götürür.
  4. "Sənət, sənət üçündür" anlayışını mənimsənmişdir.
  5. Sənətkarlar əsərlərində şəxsiyyətlərini gizləmişlər.
  6. Əsərlərdə klassik, dəyişməyən tiplər yaradılmışdır.
  7. Fiziki və ictimai ətraf əhəmiyyətli deyil, çünki dəyişəndir.
  8. İstifadə edilən dil, seçmələrin dilidir. İzahat bəzəksiz və sadədir. Xüsusilə şeir, teatr və essey növlərində inkişaf etmişdir.

Klassik sənətkarların siyahısı

redaktə
  • Fransua Malerb (1555-1628) - Klassik fransız şeirinin qurucusu, şair
  • Pyer Kornel (1606-1684) - Fransız klassisizminin ən böyük dramaturqu
  • Con Milton (1608-1674) - İngilis şairi
  • Jan de la Fonten (1621-1695) - Fabl janrındakı əsərləri ilə tanınan Fransız yazarı
  • Molyer (1622-1673) - Komediya janrında dünyanın ən məşhur yazarı
  • Blez Paskal (1623-1662) - Fizika və riyaziyyat sahəsində bilinsə də, eyni zamanda, usta nəsr yazarıdır.
  • Jan Rasin (1639-1699) - Korneldən sonra Fransız ədəbiyyatının ikinci ən böyük dramaturqu

İstinadlar

redaktə
  1. Prof. Dr. İsmail Çetişli - Batı edebiyatında edebi akımlar, səh 62-63.
  NODES