Kolorektal xərçəng

Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələryoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma.

Yoğun və düz bağırsaq xərçəngi
Mədə, qarın bosluğu (bağırsaqlar) və duz bağırsaq
Mədə, qarın bosluğu (bağırsaqlar) və duz bağırsaq
XBT-10 C18.-C20.
XBT-9 153.0-154.1
XBT-O M8140/3 (95 % of cases)
OMIM 114500
DiseasesDB 2975
MedlinePlus 000262
eMedicine med/413 med/1994 ped/3037
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Kolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyi[1]. Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir[1].

Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995). Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6–10 ay arasında dəyişir[2]

Kolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hal-hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdır[3].

Tədqiqatların nəticəsinə görə – hansı ki "Journal of Clinical Oncology"da ("Kliniki onkologiya jurnalı"nda) dərc olunmuşdur, yoğun bağırsağın xərçəngindən əziyyət çəkən xəstələr arasında ölüm riski, siqaret çəkməyənlərə nisbətən 2 dəfə çoxdur[4].

Müalicə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Патютко Ю. И., Пылев Л. и др. Современные подходы к лечению метастазов колоректального рака в печени Arxivləşdirilib 2015-02-19 at the Wayback Machine
  2. Vigano L., Ferrero A., Lo Tesoriere R., Capussotti L. Liver surgery for colorectal metastases: results after 10 years of follow-up. Long-term survivors, late recurrences, and prognostic role of morbidity // Ann Surg Oncol, 2008, 15 (9). — P. 2458–2464. Epub 2008 may 8.
  3. Wang X., Hershman D. L., Abrams J. A., Feingold D., Grann V. R., Jacobson J. S., Neugut A. I. Predictors of survival after hepatic resection among patients with colorectal liver metastasis // British Journal of Cancer, 2007, 97 (12). — P. 1606–1612. Epub 2007 Dec 11.
  4. "Люди с раком толстого кишечника, которые курят, имеют вдвое более высокий риск смерти". Euroonco.ru. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.

Həmçinin bax

redaktə

Xarici kecidlər

redaktə
  NODES