Kolxida (gürc. კოლხეთის სამეფო; Kolheti krallığı) antik gürcü dövlətidir.

Eyni dövrdə Yunanlılar Qərb Gürcüstanda, Qaradəniz sahilində yeni məskunlaşmalar (koloniyalar) qurdular. Bu məskunlaşmalar bunlar idi: Pazisi (təxminən olaraq bugünkü Poti şəhəri yaxınlarında),

Dioskuria (Sohumi), Pitiunti (Biçvinta), Gienosi (Oçamçire). Koloniyalarda yerli əhali ilə Yunanlılar arasında canlı bir ticarət vardı. Kolhetidən Yunanlılar ağac-meşə məhsulları (Kolhetidəki ağac növləri gəmi istehsalında ən yaxşı vəsait sayılırdı), kətan (yelkən istehsalında istifadə edirdilər) və qızılın da aralarında tapıldığı dəyişik metallar götürürdülər. Ayrıca kölə də aparırdılar. Bunların qarşılığında Kolhetiyə dulusçuluq məhsulları, bəzək əşyası, zeytunyağı, şərab kimi məhsullar gətirirdilər.

Koloniyalar sayəsində Kolhetinin canlı bir ticarəti və o dövrdə dünyanın qabaqda gələn sivilizasiyası olan Yunan dünyasıyla mədəni əlaqələri vardı. Yunan dünyasıyla əlaqəsi Kolhetinin mədəni və iqtisadi inkişafına iştirak edirdi. Vani, Sairhe, Dablagomidə yerli əhali tərəfindən qurulmuş olan şəhərlərin, Yunanların qurduğu şəhərlərin gerisində olmadığı ortaya çıxmışdır. Bugünkü Kutaisinin yaxınında tapıldığı sanılan Aiakutaia şəhəri, bunların başında gəlirdi. Kolhetidə gümüş pulun basılması da Kolhetinin çox inkişaf etmiş olduğunu göstərməkdədir. Bu pulu yerli əhali istifadə edirdi. Az inkişaf etmiş bir xalqın pul istifadə etməsi söz mövzusu ola bilməyəcəyinə görə, pulun varlığı da yüksək inkişaf etmişlik səviyyəsini işarə edər. Kolhetidə ortaya çıxarılan pula elm adamları "Kolhuri tetri" (Kolheti ağı) adını verdilər. Kolheti sərhədləri xaricindəki yerlərdə də "Kolhuri tetri"yə rast gəlinmiş olması, onun xarici ticarətdə də istifadə edildiyini göstərər.

Kolhetinin, Yunan dünyası xaricində Şərq ölkələriylə də əlaqəsi vardı. İ. Ö. VI. əsrdə İranda güclü bir dövlət ortaya çıxdı. İran dövləti sərhədləri içində Kartveli boylarının yaşadığı yerlər də vardı. İranlılar Kartveli boylarına vergi öhdəçiliyi qoydular. Kolhetini İran krallığı ələ keçərmiş deyildi, amma Kolhlar hər beş ildə bir dəfə İranlılara 100 qız və 100 oğlan göndərirdilər. Beləcə Kolhlar, təcavüzkar qonşularıyla barış içində yaşayırdılar.

Xarici keçidlər

redaktə
  NODES