Laçın (quş)
Laçın (lat. Falco peregrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Laçın | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Laçın (quş) |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Təsviri
redaktəGöyərçindən xeyli iridir (0,8 kq-a qədər). Bel tərəfi, qanadları və quyruğu göyümtülə çalan boz, qarın tərəfi isə açıq rənglidir və köndələn naxışları var. Döşündəki naxışlar damcı formalıdır. "Bığları" parlaq qara, ayaqları sarıdır.
Arealı
redaktəAvropa, Asiya, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerikanın cənub-qərb hissəsi. Azərbaycanda dağların yüksək qurşaqlarında məskunlaşıb nəsil verir. Oturaq, qışlayan və miqrant populyasiyaları var.
Yaşayış yeri və həyat tərzi
redaktəSıldırım qayalıqlarda nəsil verir, amma yemlənmək üçün müxtəlif landşaftlara uçur. Əlçatmaz sıldırım qayalarda nəsil verdiyi üçün biologiyası Qafqazda zəif öyrənilib. Fevralın axırında—martda yuva sahəsində görünür. Yuvası qayada olur. Eyni yuvadan uzun müddət istifadə edir. Aprel ayında 2-3 yumurta verir, adətən 2 bala böyüdür. Avqustda pərvaz balaları görünür. Əsas yemi quşlardır: göyərçin, kəklik, ular, qışda ördək, qaz və s. Şikarını havadan çalıb ovlayır.
Sayı və azalma səbəbi
redaktəQafqazda heç vaxt çoxsaylı olmayıb. XX əsrdə sayı fasiləsiz azalıb. Son illərdə kritik vəziyyətə düşmə təhlükəsi var. Böyük və Kiçik Qafqazın Azərbaycana məxsus hissəsində nəsil verənlər 10 cütdən çox deyil. Talış dağlarında nəsil vermir. Qışda Rusiyadan gələn populyasiyanın hesabına nisbətən çox olur.
Məhdudlaşdırıcı amillər
redaktəQədim dövrlərdən ovçu quş kimi istifadə edilmiş, sonralar ovçuların rəqibi hesab edilib tələf olunmuş, eyni vaxtda yem bazası zəifləmişdir.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması və satışı qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəQorunan ərazilərdən kənarda yuva sahələrinə təbiət abidəsi statusunun verilməsi, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, əhalinin qorunmasına geniş cəlb edilməsi.
Sinonimləri
redaktə- Falco atriceps Hume
- Falco kreyenborgi Kleinschmidt, 1929
- Falco pelegrinoides madens Ripley & Watson, 1963
- Rhynchodon peregrinus (Tunstall, 1771)
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.