Leninizm və ya leninçilik[1][2]Marksizmə əsaslanan siyasi və iqtisadi nəzəriyyə. Marksizmin bir qolu və mərhələsi olaraq bolşevik lider Vladimir Lenin tərəfindən irəli sürülmüşdür. Yanaşmaya görə Lenin Marksın əsərini üç təməl nöqtədə, yəni fəlsəfə, iqtisadiyyat və siyasət sahələrində əks etdirmiş, onu yeni şərtlərə uyğun təlim olaraq təməl qanunlardan kənara çıxmadan yenidən inkişaf etdirmişdir.

Kommunizm
Konsepsiyalar
Marksizm-Leninizm fəlsəfəsi

Sosializm
Beynəlmiləlçilik
Kollektivçilik
Sinfi mübarizə

İdeologiya
Utopik sosializm

Marksizm
Leninizm
Marksizm-Leninizm
Trotskizm
Titoizm
Çuçxe ideyaları
Maoizm
Ənvər Xoca ideyaları
Çe Qevaraçılıq
Ho Şi Min ideologiyası
Roza Lüksemburq ideyaları
Praçanda Yolu
Anarxo-kommunizm
Avrokommunizm

Şəxsiyyətlər
Tomas Mor

Henri Sen-Simon
Şarl Furye
Robert Ouen
Karl Marks
Fridrix Engels
Roza Lüksemburq
Vladimir Lenin
Lev Trotski
İosif Stalin
Mao Tsedun

Simvollar
Kommunizm hərəkatının rəmzləri
Baş mövzu
Anarxizm

Antikapitalizm
Antikommunizm
Müharibə kommunizmi
Demokratik mərkəziyyət
Proletariat diktaturası
İbtidai kommunizm
Sosializm
Stalinizm

Əsas ideyaları

redaktə

Leninizm marksizm dövrünün tələbatlarına görə həm nəzəri, həm siyasi, həm də iqtisadi sahədə təməl qanunlara yenidən uyğunlaşdırılması deməkdir. Leninizm anlayışı yeni faktlar və yeni elmi inkişaflar istiqamətində marksizmi yenidən inkişaf etdirilməsini şərtləndirərək onun inqilabi və elmi xüsusiyyətlərini səciyyələndirmişdir.

"Leninizm" termini Lenin yaşayan zaman çox istifadə olunmurdu. Ancaq səhhəti ilə əlaqədar olaraq ölümündən az əvvəl Sovet hökumətində aktiv rolunu başa vurduqdan sonra sıx istifadə olunmağa və yayılmağa başladı. İlk olaraq Grigory Zinoviev "leninizm" terminindən istifadə etdi. Bu vaxtdan etibarən leninizm formalizmi marksizmin yeni bir mərhələsi olaraq qəbul edildi.

Lenin "Nə etməli?" adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura malik olduqları zaman mümkün olacağını, bunun da Kommunist Partiyasının rəhbər partiya rolunu oynayacağı zaman reallaşa biləcəyini göstərmişdir. Həmin kitabda Lenin peşəkar inqilabçıların partiyaya yiyə durmalarının və qələbəyə istiqamət vermələrinin vacibliyini göstərir. Lenin kapitalizmin ancaq bu yolla devrilə biləcəyinin mümkünlüyünə inanırdı. Ona fikrincə bu ancaq proletar diktatura sayəsində reallaşa bilərdi. Lenin bununla dahiyanə bir surətdə sübut etdi ki sosialist inqilabının bütün ölkələrdə eyni zamanda qələbə çalacağı haqqında K. Marksın və F. Engelsin məlum fikri yeni tarixi şəraitə uyğun gəlmir. İmperializm dövründə kapitalist ölkələrinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafı qanununun təsir göstərməsi müxtəlif ölkələrdə proletar inqilabının müxtəlif vaxtlarda yetişib qalib gəlməsi qanunauyğunluğunu meydana çıxarır.

Leninizmin digər təməl ideyası da imperializmi kapitalizmin ən yüksək mərhələsi olaraq görməsidir. O özünün "İmperializm kapitalizmin ən yüksək mərhələsidir" əsərində imperializmin siyasi, iqtisadi əsaslarını dərindən təhlil etmişdir. Bunun üçün Lenin bir neçə il ərzində imperializmə dair çoxlu material, statistik məlumat toplamışdı. Məlum olduğu kimi bu materialların çoxusu Leninin ümumi həcmi 40 çap vərəqindən ibarət olan "İmperializm dəftərlərində" çap olunmuşdur. Lenin kapitalizmin qlobal bir sistemkən istifadə etdiyi hiylələri (Marks bu fenomeni nəzərdə tutmuşdur) marksizmi inkişaf etdirərək aşkara çıxarmışdır. İmperializmin dərin təhlili əsasında Lenin yeni tarixi şəraitdə kapitalist ölkələrinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişaf etməsi qanununu kəşf etmiş və buna əsaslanaraq sosialist inqilabı haqqında marksizm nəzəriyyəsini yaradıcılıqla zənginləşdirmişdir.

Leninizimin inqilab nəzəriyyəsi

redaktə

Leninizmə görə inkişaf etmiş kapitalist ölkələrdə proletar inqilabı baş verə bilməz , çünki, bu ölkələr işçilərə yüksək maaş və sosial təminat verir, bu da onlarda inqilabi şüurun inkişaf etməsinin qarşısını alır. Buna görə də ancaq inkişafda olan və ya aqrar ölkələrdə fəhlə inqilabı baş verə bilər. Lakin əgər inqilab ancaq kasıb ölkələrdə meydana çıxırsa bu da burada müəyyən problemlərin olduğunu göstərir. Marksizmə görə inkişaf etmiş ölkələr sosializmə keçə bilməz, çünki, kapitalizm hələ buralarda bütün gücünü istifadə etməmiş, istismarını reallaşdırmamışdır, elə buna görə də xarici qüvvələr inqilabı müvəffəqiyyətsizliyə uğratmaq üçün əlindən gələni edəcək. Buna leninizm iki həll yolu təklif edir. İlk təklifi çox sayda inkişaf etməmiş ölkənin qısa bir müddətdə birləşərək böyük federal bir quruluş quraracağı, bu sayədə kapitalizmə qarşı müqavimət göstərəcəyi və sosializmi bərpa edəcəyidir. Sovetlər Birliyinin qurulmasının təməl fikri də budur. Digər təklifi də inkişaf etməmiş ölkələrdə başlayan inqilabın və ya inqilab atəşinin inkişaf etmiş kapitalist ölkələrdəki inqilab qığılcımını tətikləyə biləcəyidir (nümunə olaraq Lenin Rus İnqilabının bir Alman İnqilabını odlaya biləcəyini ümid etmişdi). İnkişaf etmiş ölkə beləcə sosializmi quracaq və inkişaf etməmiş ölkələrin də eyni şeyi etməsinə kömək edəcək. Hər ikisində də, nəzəri olaraq sosializmin inkişaf etməmiş tək, yoxsul bir ölkədə uzun müddət mövcud ola bilməyəcəyini göstərir. Buna görə Leninizm, tək ölkədə inqilabın sonuna qədər yaşaya bilməyəcəyini, bir dünya inqilabının lazım olduğunu söyləyir.

Lenin göstərirdi ki kapitalizmin son mərhələsi olan imperializm müəyyən iqtisadi əlamətlərin, kəmiyyət dəyişmələrinin mövcud olması nəticəsidir. Həmin əlamətlər bunlardır:

1) İstehsalın və kapitalın yüksək dərəcədə təmərküzləşməsi nəticəsində inhisarlar yaranır;
2) Bank kapitalı ilə sənaye kapitalı qovuşaraq maliyyə kapitalı, maliyyə oliqarxiyası yaradır;
3) Kapital ixracı sürətlə artır;
4) Kapitalistlərin beynəlxalq inhisar ittifaqları meydana gəlir və bunlar dünyanı bölüşdürür;
5) Dünya ərazisini kapitalist dövlətlərin yenidən bölüşdürülməsi məsələsi qarşıya çıxır.

Leninizm bir vaxtlar marksizmin yeni bir mərhələsi olmaqdan daha çox rəsmi ideoloji nəzəriyyə kimi fəaliyyət göstərmişdir. Bu rəsmi ideologiyaya adekvat həyata keçirilən siyasət nəticəsində marksizm qorxu rejminin təmsilçisi kimi qəbul edilməyə başlanmışdı.

Marksizm və Leninizmə xas olan başqa bir nəzəriyyə də Leninin ölümündən sonra həyata keçirilən islahatların Stalinçi olaraq qiymətləndirən və buna qarşı çıxan Trotskizmdir. Trotskizm Stalin rejminə müxalif olsa da Leninizm sahəsində innovativ bir fikrə malik deyildi.

1920-ci illərin axırlarında Leninin bir sıra müttəfiqi və tərəf müqabili təqib edilərək öldürüldü. Buxarin, Zinoviev, Trotski kimi inqilab rəhbərləri Leninin ölümündən sonra Stalin iqtidarı ilə yola getmədilər elə buna görə də əksinqilabçılıq və agentlikdə ittiham olunaraq edam edildilər.

Leninizm və dialektika

redaktə

Marksizm fəlsəfəsinin bütövlükdə, marksist dialektikasının xüsusilə yaradıcılıqla inkişaf etdirilməsinin tam yeni, yüksək mərhələsi inqilabi elmin korifeyi böyük Leninin adı ilə XX əsrin marsizmi olan leninizm ilə üzvi sürətdə bağlıdır. Leninizm tarixə imperializm və proletar inqilabları dövrünün, müstəmləkəçiliyin süqutu və milli azadlıq hərəkatlarının qələbəsi dövrünün, bəşəriyyətin kapitalizmdən sosializmə keçməsi və kommunizm cəmiyyətinin qurulması dövrünün marksizmi kimi daxil olmuşdur. Marksist dialektik metodu tarixi inkişafın yeni dövründəki ictimai proseslərə məharətlə tətbiq etmək və onu daha da irəlilətmək, zənginləşdirmək işinin öhdəsindən başqa ölkədə, başqası deyil, məhz Rusiyada inqilab dahisi Vladimir İliç Lenin gələ bilmişsə bu əsla təsadüf deyil, tarixin zərurətlə meydana gətirdiyi hadisədir. XX əsrdə bəşər tarixinin yeni, yüksək mərhələsini başlamış olan Rusiya fəhlə sinfinin və bütün zəhmətkeşlərin tarixi xidməti Rusiyanı bütövlükdə qabaqcıl inqilabi ideyaların beşiyinə çevirə bilməsidir.

Dahi Leninin bütün elmi və inqilabi fəaliyyətini bir sözlə ifadə etmək mümkün sayıla bilərsə o söz "dahi dialektik" ola bilər. V. İ. Lenin XX əsrin ən mahir dialektiki, inqilab elminin böyük korifeyi olaraq yetişmişdir. Leninizm XX əsrin iqtisadi, siyasi, ideoloji inkişafın elmi ümumiləşdirilməsinə məhz dialektika kimi elmi idrak silahının köməyi ilə nail ola bilmişdir.

Leninizmin inqilabi və mübariz təlim olmasının iki mühüm səbəbi vardır:birincisi odur ki, leninizm proletar inqilabı zərurəti ilə yaranmışdır;ikicisi odur ki, leninizm marksizmin canlı yaradıcı ruhunu məhv etməyə çalışan II İnternasional opportunizmi ilə çarpışmalarda yetişib mətinləşmişdir. Hər cür əksinqilabi, mühafizəkar və qeyri elmi ideologiyaya hər cür opportunizmə, təftişçiliyə, təriqətçiliyə və ehkamçılığa qarşı mübarizə leninizmin ruhunu və daxili pafosunu təşkil edir.

Leninizm marksizmin inkişafında tarixi bir zərurətlə yaranmışdır. Onun banisi V. İ. Lenin tarixin bu tələbini dərindən anlayaraq göstərirdi ki, elmi kommunizmin əsas vəzifəsi kapital ziddiyətlərinin bütün formalarını aşkara çıxarmaq və proletariata kapitalizm köləliyindən qurtuluş yolunu göstərməkdən ibarət olmalıdır. Bir halda ki, proletariatın başçılıq edəcəyi inqilab Qərbdəki inqilablardan öz məzmunu, vəzifəsi və forması etibarilə fərqlənir və yeni inqilabi təcrübə əmələ gətirir o halda marksizmin və onun tərkib hissələrindən olan materialist dialektikanın inkişafının yeni zəngin bir dövrü başlanmaya bilməzdi.

İnqilab hərəkatının Qərbi Avropadan Rusiyaya keçməsi ilə əlaqədar olaraq leninizm tarixi bir zərurətlə məhz Rusiyada meydana gəlmişdir. XX əsrin ərəfəsində və başlanğıcında Rusiya imperializmin məlum ziddiyətlərinin düyün nöqtəsinə çevrilmişdi. Rusiya çarlığı qərb imperializminin ən böyük ehtiyat qüvvəsi idi. Bunların məqsəd və mənafeyində əsaslı elə bir fərq yox idi. Buna görə də Rusiyada çarizmə qarşı yaxınlaşan inqilab böyüyüb imperializmə qarşı inqilaba çevriləcəkdi. Belə bir tarixi şərait üzündən leninizmin Rusiyada meydan gəlməsi onun heç də xalis rus təbiətli bir cərəyan olması demək deyildir. Leninizm ümumdünya tarixi inkişafda dərin kökləri olan beynəlmiləl bir hadisədir ki, bunu leninizmin yaranmasından indiyədək keçən dövr dönə-dönə sübut etmişdir.

V. İ. Lenin K. Marksın və F. Engelsin nəzəri irsinə, o cümlədən, materialist dialektika təliminə əsaslanaraq onu yeni tarixi şəraitdə elə bir yüksəkliyə qaldıra bildi ki, oradan XX əsrdə ümumdünya tarixi inkişafın gedişini görmək, inqilabi hərəkatın əsas istiqamətlərini aşkara çıxarmaq, mübarizənin başlıca cəbhələrində qüvvələrin yerləşdirilməsini müəyyən etmək mümkün oldu. Leninin nəzəri fəaliyyəti və onun bilavasitə yaratdığı yeni tipli Kommunist partiyası eləcə də digər qardaş kommunist və fəhlə partiyaları öz əməli fəaliyyətində marksizmin canlı ruhunu təşkil edən materialist dialektikaya əsaslanırlar.

XX əsr, leninizm və dialektika! Bu anlayışlarda dərin daxili ümumi əlaqə vardır. Bunların arasındakı qarşılıqlı əlaqə zamanın obyektiv inkişaf məntiqini ifadə edir. XX əsr ictimai həyatda misli görünməmiş inqilabi dəyişikliklər əsridir;leninizm inqilabi nəzəriyyədir;dialektika inqilab haqqında elmdir. Beləliklə, XX əsr leninizm və dialektika dedikdə zamanın, həyatın, cəmiyyətin inqilabi sürətdə dəyişilməsi prosesinə uyğun gələn, məntiq və idrak nəzəriyyəsi qabarıq şəkildə ön plana çıxır. Buradan da, XX əsrdə ictimai həyat və inkişaf məsələlərini dialektikcəsinə anlamaq və mübarizə proqramı hazırlamaq üçün leninizmə müraciət edilməli idi və edilmişdir.

Yer üzərində sülh, milli azadlıq, demokratiya və sosializm problemləri indi yüz milyonlarla adamı düşündürür, bu problemlərin həll etməyin mümkün və gerçək olduğuna nikbin əfval-ruhiyyə və mübarizə üçün möhkəm inam doğurur. Leninin bütün çoxcəhətli yaradıcılığında nəzəri istedad və fəaliyyət müstəsna yer tutur. Onu sırf "təcrübəçi" adlandıranları Lenin bir-birinin ardınca meydana çıxan dərin məzmunlu fəlsəfi, nəzəri əsərləri tamamilə məyus edirdi. Lenin özü dərindən inanır və möhkəm prinsipiallıqla qeyd edirdi ki, inqilabi nəzəriyyə olmasa inqilabi hərəkat da ola bilməz. Böyük nəzəriyyəçi Lenin marksizmi təftişçilərdən və ehkamçılardan müdafiə edərək onu dövrün yeni vəzifələrinə və tələblərinə uyğun şəkildə daha da inkişaf etdirdi.

Leninin yaşadığı və fəaliyyət göstərdiyi tarixi dövr onun qanunauyğunluqları sinfi ziddiyətlərin kəskinləşməsi inqilabi situasiya bir tərəfdən inqilabın cəbri olan materialist dialektika elminin əhəmiyyətini artırır digər tərəfdən isə onun daha da inkişad etdirməyi tarixi bir vəzifə olaraq irəli sürüdü. Dünyanı inqilabi sürətdə dəyişdirmək uğrunda fəhlə sinfinin və onun siyasi partiyasının düzgün elmi strategiya və taktikasını hazırlaya bilmək üçün materialist dialektika indi də bütün marksist-leninçi partiyalara su və hava qədər lazımdır.

Lenin dühasının əzəməti bundadır ki, o elmi idrak üsulu olan dialektikanı məhdud çərçivədə saxlamır, onu yeni cəhətlərlə, yeni yanaşma formaları ilə gerçəkliyə yaxınlaşmağın yeni üsulları ilə zənginləşdirir. Lenin qeyd etmişdi ki, dialektika gerçəkliyə saysız-hesabsız dərəcədə hər cür yanaşma, yaxınlaşma çalarlarına malik canlı, çoxcəhətli idrakdır.

İmperializm və onun ziddiyyətləri haqqında Lenin təliminə əsaslanan kommunist və fəhlə partiyaları müasir şəraitdə mənafelərin antoqonizm təşkil edən ictimai qüvvələrin meyillərin hərəkatın bütün dolaşıqlıqlarını məharətlə açırlar.

XX əsrin marksizmi olan leninizm marsizmin əsas tərkib hissələri olan dialektik və tarixi materializm siyasi iqtisad və elmi kommunizm təlimlərini yeni elmi şəraitdə hərtərəfli inkişaf etdirib zənginləşdirmişdir.

İstinadlar

redaktə
  1. Август антипартија блоку // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 34.
  2. Молдавија Коммунист Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 26.

Həmçinin bax

redaktə
  NODES