Mübah

xüsusi hökmü olmayan əməli bildirən islam fiqhi termini

Mübah (ərəb. مباح‎) və ya caiz — İslam dininə görə axirət savabının yazılması haqqında heç bir dəlil olmayan bəyənilən əməldir.

Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. idarətun – az. İdarə; ər. işarətun – az. İşarə və s.].[1]

Sərbəstlik

redaktə

Allahın və Rasulunun, edib etməməmək haqqında bütün insanların edəcəyi işdə sərbəst buraxdığı işə Mübah deyilir. Halal, Caiz və Mütləq kimi dini məfhumları buna nümunə göstərə bilərik. Haqqında hökm gəlməmiş olan hər hansı bir şey halaldır. O Allah ki, yerdə olanların hamısını sizin üçün yaratdı[2]. Bu ayətlərdə yerdə və göylərdə olan nələr varsa insanları üçün yaradıldığına əyani sübutdur. Yeyilməsi, içilməsi və, istifadə edilməməsi haqqında ayət və hədislər mövcud olmadığı təqdirdə isdifadə etmək dini terminlərlə Caizdir. Bunlar insan üçün faydalı olan şeylərdir. Haramlar isə zərərli olan şeylərdir. Halaldan istifadə etmədəkdə Savab, Haramdan isdifadə etməkdə isə Günah yazılır.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Adilə Nəzərova. "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014
  2. Bəqərə, 2/29
  NODES
Done 1